Sputnik Latviya

Sputnik Latviya fəaliyyətini bərpa etdi

15
Sayt öz işini rus və latış dillərində .com domenində davam etdirəcək. Bundan başqa, Latviyadakı oxucular iOS və Android platformalarından Sputnik mobil tətbiqini latış və rus dillərində yükləyə bilərlər.

BAKI, 30 mart — Sputnik. Latviya hakimiyyətinin, portalın.lv domen zonasında bağlanması haqda qərarından sonra Sputnik İnformasiya Agentliyi və radiosu Sputnik Latviya informasiya resursunun işini rus və latış dillərində.com domenində bərpa edib.

Beləliklə, Sputnik-in peşəkar jurnalist və redaktorları beynəlxalq və yerli hadisələr haqda danışmağa və öz oxucularına aktual məsələlər barədə bütün fikir müxtəlifliyini təqdim etməyə davam edəcəklər. Bundan başqa, Latviyadakı oxucular iOS və Android platformalarından Sputnik mobil tətbiqini latış və rus dillərində yükləyə bilərlər.

Xatırladaq ki, martın 29-da Sputnik Latviya resursun.lv domen zonasında bağlanması haqda rəsmi məktub alıb. Ölkə XİN-ə istinad edən domen qeydiyyatı qurumunun rəsmi məktubunda deyilir: "sputniknews.lv domen adının qeydiyyatı Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə təhlükə ilə əlaqədar məhdudiyyətlər haqda Avropa Birliyinin qərarını pozur".

Fevral ayında Avropa Parlamentinin Latviyadan olan deputatı Robert Zile LNT telekanalının efirində Sputnik Latviya internet portalının bağlanmasına çağırmışdı. O, resursu "Latviyanın media məkanına təcavüzdə" günahlandırıb "təbliğat KİV-i" adlandırmışdı. Deputat hökümətdən "təbliğat" probleminin "hüquqi və texniki" həllini tələb etmişdi.

Sputnik agentliyinin təmsilçiləri resursun bağlanmasından dərhal sonra məsələ ilə bağlı açıqlama veriblər. Açıqlamada, Sputnik-in latış dilində fəaliyyətinin internet KİV üçün xüsusi icazə tələb etməyən Latviya qanunlarına tam uyğun aparıldığı qeyd olunub.

Sputnik (sputniknews.com) — onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radiodur. Sputnik 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. Sputnik xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

15
Teqlər:
informasiya agentliyi, Sputnik Latviya, sayt, portal, Sputnik
Əlaqədar
Sputnik dünyanın aparıcı məlumat mənbələri siyahısına daxil edilib
Sputnik-in sorğusuna oxuculardan pessimist cavablar
Sputnik dünya azərbaycanlılarını bayram münasibətilə təbrik edir
Dmitri Roqozinin köməkçisi Sputnik-ə danışdı
Sputnik Azərbaycan Milli Net Milli İnternet Mükafatını qazandı
YouTube loqosu, arxiv şəkli

SputnikPro "YouTube"un köməyi ilə öz ekspertlərini yetişdirməyi öyrədəcək

5
(Yenilənib 18:01 21.04.2021)
Cümə günü aprelin 23-də Bakı vaxtı ilə saat 14:00-da "YouTube – öz eksperlərinin və törəmə layihələrinin yaradılması üçün platforma kimi" mövzusunda ustad dərsi keçiriləcək.

BAKI, 21 aprel — Sputnik. SputnikPro maarifləndirmə layihəsi çərçivəsində növbəti ustad dərsində ekspertlərlə necə işləmək və törəmə layihələri necə yaratmaq barədə danışılacaq

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu SputnikPro maarifləndirmə layihəsinin onlayn-sessiyalar seriyasını davam etdirir.

Cümə günü aprelin 23-də Bakı vaxtı ilə saat 14:00-da "YouTube – öz eksperlərinin və törəmə layihələrinin yaradılması üçün platforma kimi" mövzusunda ustad dərsi keçiriləcək.

Ustad dərsində spiker "Украина.ру" internet məcmuəsinin sosial şəbəkələr şöbəsinin şef-redaktoru Aleksandr Fomin olacaq.

© Sputnik
Aleksandr Fomin

Fomin "Rossiya Seqodnya" media-qrupunda Ukraynada ştatdankənar müxbir kimi fəaliyyətə başlayıb (2017-ci il). Bundan əvvəl o, "Zvezda" televiziya kanalında çalışıb ("Ukrayna onlayn: Ukrayna KİV-lərində Şərq/Qərb layihəsi).

Rusiya Xalqlar Dostluğu Universitetini "beynəlxalq jurnalistika" ixtisası üzrə bitirib. RXDU-nun aspirantıdır.

Rusiya Federasiyası Federasiya Şurası yanında bloger və jurnalistlər şurasının üzvüdür. Rusiya Jurnalistlər İttifaqının üzvüdür.

Ustad dərsinin gedişində Aleksandr aşağıdakı tezisləri əhatə edəcək:

- adsız-sansız insanı niyə və necə ekspertə çevirməli?;

- siyasi ekspertlərin növləri və müsahibə zamanı onlarla necə işləməli;

- "TikTok" "YouTube"un davamı kimi: minimum qüvvə sərf edirik

Onlayn-sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

Sputnik Pro layihəsi 2020-ci ilin mart ayında "onlayn-mövsüm"ə start verib. Sessiyalar zamanı koronavirus pandemiyası şəraitində işin xüsusiyətləri, veb-təhlil alətləri və müəlliflik hüququ müzakirə olunur, dar ixtisaslaşmaya aid informasiyanı necə yoxlamağın, özünü və istifadəçini necə dolaşdırmamağın, xəbər resurslarının trafikinin artmasına necə nail olmağın və bu zaman "saralmamağın" yolları öyrədilir. Sessiya zamanı iştirakçılar bir-birinə çat vasitəsilə sms göndərə, real zaman rejimində fikir mübadiləsi apara bilərlər.

SputnikPro – Rusiyanın ən yaxşı media-menecerlərinin və KİV-də nəhəng iş təcrübəsinə malik aparıcı mütəxəssislərin iştirakı ilə keçirilən unikal ustad dərsləridir və Rusiyanın bu cür geniş miqyaslı ilk proqramıdır.

Sputnik Pro layihəsi artıq dünyanın 13 ölkəsində təşkil olunub. 2018-ci ilin martından etibarən layihədə 2000-dən çox jurnalist, media-menecer, PR mütəxəssisi, mətbuat xidməti əməkdaşı, bloger və bu istiqamətlərdə təhsil alan tələbə iştirak edib. Maarifləndirmə layihəsinin yenilikləri ilə aşağıdakı "Facebook" səhifəsindən tanış olmaq mümkündür:

https://www.facebook.com/SputnikProject/

5
Noutbuk arxasında əlində smartfon olan qız, arxiv şəkli

Layihəni smartfonla başlayıb şəxsi studiyada necə başa vurmalı

9
"SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində təşkil olunacaq növbəti vebinarda uğurlu "YouTube" layihəsinin necə hazırlana biləcəyindən danışılacaq.

BAKI, 24 mart — Sputnik. Sputnik beynəlxalq informasiya agentliyi və radiosu "SputnikPro" maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Cümə günü, mart ayının 26-da, Bakı vaxtı ilə saat 14:00-da "YouTube": layihəni smartfonla başlayıb şəxsi studiyada necə başa vurmalı" mövzusuna həsr olunmuş növbəti vebinar baş tutacaq.

Vebinarın spikeri "Ukraina.ru" internet nəşrinin sosial şəbəkələr bölməsinin baş redaktoru Aleksandr Fomin olacaq.

© Sputnik
"Ukraina.ru" internet nəşrinin sosial şəbəkələr bölməsinin baş redaktoru Aleksandr Fomin

Fomin "Rossiya seqodnya" media qrupunda ştatdankənar müəllif kimi Ukraynada (2017-ci ildə) fəaliyyətə başlayıb. Əvvəllər "Zvezda" televiziya kanalında ("Ukrayna Online: Şərq / Qərb" layihəsi) və Ukrayna mediasında çalışıb. Rusiayanın Xalqlar Dostluğu Universitetinin Beynəlxalq jurnalsitika fakültəsini bitirib. Elə həmin universitetin aspirantıdır. Rusiya Federasiya Şurası yanında Blogerlər və Jurnalistlər Şurasının, həmçinin Rusiya Jurnalistlər Birliyinin üzvüdür.

Aleksandr spikeri olacağı vebinarı aşağıdaki tezislər üzərində qurmağı planlaşdırır:

- əlinin altında yalnız smartfon və qeyd dəftərçəndə bir neçə ekspertin telefon nömrəsi varsa, işə necə başlamalı;

- format axtarışı: küçə sorğularından tele-konfranslara;

- düşmən siyasi rejimə malik ölkələrin stringerləri ilə təhlükəsiz işi necə qurmalı;

- xüsusi studiya: işimizi yeni qayda ilə təşkil edirik.

Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

"SputnikPro" onlayn mövsümünü 2020-ci ilin mart ayının ortalarında açıq elan edib. Sessiyalarda koronavirus pandemiyası şəriatində jurnalist işinin spesifikası, veb-analiz alətləri və müəllif hüquqları məsələləri müzakirə olunur, jurnalistlərə dar ixtisaslara aid mövzularda özlərini və oxucuları çaşdırmamaq üçün necə yazmalı olduqları öyrədilir, sarı mətbuata çevrilmədən xəbərlərin oxunmasına nail olmağın yolları barədə məlumat verilir.

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. "SputnikPro"-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

9
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0