Vena

Ermənistanın Azərbaycana qarşı separatizm terrorçuluğu Vyanada gündəmə gəldi

16
(Yenilənib 21:10 09.09.2021)
Vyanada Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammiti keçirilib. Milli Məclisin sədri tədbirdə çıxış edib.

BAKI, 9 sentyabr — Sputnik. Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 9-da Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən Terrorizmlə Mübarizə üzrə Birinci Qlobal Parlament Sammitində çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, spiker çıxışında 11 sentyabr hadisələrindən sonra terrorizmin qarşısının alınmasının və onunla mübarizənin dövlətlərin gündəliyində dayanan ən vacib məsələlərdən birinə çevrildiyini diqqətə çatdırıb.

Bildirib ki, beynəlxalq ictimaiyyət hazırkı mərhələdə təhlükəsizliyə təhdid və əsas insan hüquqlarının kobud surətdə pozulması olan terrorizmlə mübarizəyə paralel olaraq, BMT çərçivəsində qəbul edilmiş beynəlxalq sənədlərdə effektiv antiterror tədbirlərinin əsas elementlərdən biri kimi qəbul edilmiş terror qurbanlarının hüquqlarını tam nəzərə almalıdır.

Sahibə Qafarova dünyada terror qurbanlarına və onların ailələrinə lazımi dəstəyin göstərilməsinin vacibliyini söyləyərək əlavə edib ki, parlamentlər terror qurbanlarına mümkün olan ən böyük yardım və dəstəyin göstərilməsi üçün təsirli mexanizmlərin formalaşmasında əsas rol oynayaraq, bu məsələnin həllində hökumət, vətəndaş cəmiyyəti təşkilatları, media və özəl sektor arasında əməkdaşlığı yaradan inklüziv qanunlar hazırlamalıdır. Terror qurbanlarına dəstəklə bağlı müvafiq qanun və qaydalar BMT-nin Qlobal Terrorla Mübarizə Strategiyasında və Terror Qurbanlarına Yardım üzrə Beynəlxalq Əməkdaşlığın Gücləndirilməsinə dair Qətnaməsində təsbit edilmiş prinsip və öhdəlikləri özündə əks etdirməlidir.

Milli Məclisin sədri heç bir ölkənin terror təhlükəsindən sığortalanmadığını nəzərə alaraq, bütün dövlətlər tərəfindən terror qurbanlarına dəstək üçün müvafiq hüquqi və institusional tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın xarici döyüşçü terrorçular, terrorizmin maliyyələşdirilməsi, terrorizm, zorakı separatizm, ekstremizm və digər qanunsuz fəaliyyətlər arasındakı əlaqənin aradan qaldırılması da daxil olmaqla, bütün formalarda və təzahürlərdə terrorçuluğa qarşı mübarizədə ardıcıl dəstək göstərdiyini xatırladan Sahibə Qafarova vurğulayıb ki, ötən il 44 günlük müharibə Ermənistanın Azərbaycana qarşı fəal şəkildə istifadə etdiyi zorakı separatizm, terrorizm və ekstremizm arasındakı əlaqəni açıq şəkildə göstərib.

Spiker diqqətə çatdırıb ki, Azərbaycana qarşı törədilən terror aktlarının qurbanları ilə bağlı xüsusi şərtlər nəzərə alınmaqla, ölkəmizdə terror qurbanlarının ehtiyaclarını qarşılamaq üçün geniş və davamlı dövlət və qeyri-hökumət yardımları mövcuddur. Azərbaycanın bu sahədəki siyasəti terror qurbanlarının və onların ailələrinin həyatlarının sürətlə normallaşmasına yönəlib.

16
Co Bayden, arxiv şəkli

Müharibəni başlamaması üçün ABŞ Prezidentindən nüvə düyməsini aldılar

23
(Yenilənib 20:23 17.09.2021)
Qanuna görə, Amerika Birləşmiş Ştatları Prezidenti, ilk növbədə ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri olmaqla, hərbi rəhbərlərlə məsləhətləşdikdən sonra nüvə raketlərinin buraxılması haqqında əmr verə bilər.

BAKI, 17 sentyabr — Sputnik. Bu ilin yanvarın ayında qanuni yolla seçilən ABŞ prezidenti amerikanın nüvə silahını idarə etməyib. Bu sensasiyalı xəbəri bizə məşhur müstəntiq, hələ yarım əsr əvvəl Prezident Nikson üçün "Uoterqeyt" təşkil edən Bob Vudvord gətirib. Jurnalistikanın 78 yaşlı patriarxı yenicə nəşr olunan "Risk" ("Peril") kitabında ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Mark Millidən sitat gətirib.

O, jurnalistə bildirib ki, 6 yanvar hadisələrindən sonra Prezident Donald Trampın öz vəzifədən getməmişdən qabaq hər hansı bir qarşılıq törədəcəyindən o qədər qorxub ki, nüvə zərbəsi endirmək barədə qərar qəbul etmək alqoritmini dəyişib.

Təbii ki, mövzu o qədər həssasdır ki, Milli vəziyyəti dolayısı yolla, ezop dilində təsvir edir. Lakin onun nə etdiyini anlamaq o qədər də çətin deyil. Qanuna görə, Amerika Birləşmiş Ştatları Prezidenti, ilk növbədə ABŞ-ın Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri olmaqla, hərbi rəhbərlərlə məsləhətləşdikdən sonra nüvə raketlərinin buraxılması haqqında əmr verə bilər. Hərbçilərin fikirləri yalnız məsləhət xarakterlidir. Ancaq Milli zabitlərə xəbərdarlıq edib ki, Trampın bu sahədə verdiyi hər hansı əmr əvvəlcə ona məruzə edilməli və yalnız bundan sonra o nə edilməli barədə qərar verəcək.

Hələ bu harasıdır. Trampa heç nə demədən general Milli öz çinli həmkarına - Mərkəzi Hərbi Komissiyanın Birgə Qərargah rəisi Li Çzoçen-ə zəng edərək bir şey olarsa narahat olmayın deyib. Sözbəsöz: "Əgər biz hücum etməyə hazırlaşsaq mən sizə zəng edəcəyəm general Li. Bu, sürpriz olmayacaq".

Hazırda respublikaçılar və demokratlar qızğın şəkildə bu zəngin dövlətə xəyanət olub-olmaması barədə qızğın mübahisələr edirlər.

Spoyler: Xəyanət olub. Lakin ABŞ hökumət idarəetmə sistemində ən yüksək səviyyədə vəziyyət o qədər qarışıb ki, indi demokratlar qışqıraraq bəyan edirlər: "Siz anlamırsınız, bu başqa haldır!". Hətta çoxları onlara inanır da.

Vəziyyət Baydenin hakimiyyətə gəlişi ilə yaxşılaşdımı? Qətiyyən. Bu günlərdə ABŞ-ın Ali Baş Komandanını Əfqanıstanla bağlı suallara cavab verməsi üçün Konqresə dəvət etdilər. Lakin Baydenin başqa işləri çıxdı. Onun əvəzindən konqresmenlərin qarşısına Əfqanıstanda vəziyyətə dair heç bir anlayışı olmayan ABŞ dövlət katibi Blinken çıxdı.

Əgər, bu ordusu bir neçə yüz şəxsdən ibarət banan respublikasında olsaydı yenə nəsə demək olardı. Qərargah rəisinin düşmən ölkənin qərargah rəisinə zəng edib bunlar deməsi axı gülməlidir: "Bax qardaş narahat olma, biz sənə zərbə endirməmişdən qabaq sənə zəng edəcəyəm"

Axı, Birləşmiş Ştatlar adi, nüvə, bioloji və kimyəvi silah ehtiyatlarına görə dünya lideridir. Eyni zamanda ABŞ hərbi maşını hazırda maraqlı transformasiya mərhələsindədir. Bəzi analitiklər hesab edirlər ki, Əfqanıstandan qaçış və ABŞ-ın gözlənilmədən Səudiyyə Ərəbistanını dəstəkləməkdən imtina etməsi heç də təsadüf deyil. Bu mənasız və hamını bezdirən "beynəlxalq terrorizmlə müharibə"nin sona çatması və daha böyük beynəlxalq təcavüz proqramını həyata keçirmək cəhdidir.

"Rand" Korporasiyasına görə, hələ 2014 -cü ildə Pentaqon "Üçüncü bərpa" (The Third Offset) adlı sirli bir planı müzakirə etməyə başladı. Bu plana görə, ABŞ-ın əsas hərbi rəqibləri – gücləri təxminən eyni olan Çin və Rusiya olacaq. Onlar üzərində qələbə ABŞ-ın yeni, çoxqütblü dünyada hegemoniyasını təmin etməlidir.

Plana əsasən Əfqanıstan və ya İraq kimi xırda şeylər unudulmalı, səylər isə böyük dövlətlərə qarşı birləşdirilməlidir. Bunun üçünsə ordu yüksək texnologiyalı ordu olmalıdır. Robotlar, süni intellekt, kosmik texnologiyalar, kiber qüvvələr və s.

Niyə "Üçüncü bərpa"? Hesab olunur ki, ilk dəfə ABŞ qoşunları Koreya müharibəsindən sonra texnoloji dəyişiklik yaşayıb. İkinci texnoloji sıçrayış Vyetnamdakı məğlubiyyətdən sonra gəldi. Üçüncü dəyişiklik isə terrorla mübarizədə qaçılmaz məğlubiyyətdən sonra planlaşdırılıb.

İdeya heç də dərhal dəstəklənmədi. Lakin 2018-ci ildə, artıq Trampın dövründə ABŞ-ın milli müdafiə strategiyası qəbul olundu. Strategiyada ABŞ-ın əsas rəqibləri məhz Çin və Rusiya, gələcək hərbi əməliyyatların əsas teatrı isə Hind və Sakit Okean hövzəsi elan olunur.

"Üçüncü bərpa" – bu sizin üçün təbii ki səhrada taliblərin dalınca düşmək deyil. Fərqli strategiya, fərqli silahlanma və fərqli pullar. Trampın dövründə Pentaqonun büdcəsi 700 milyard dolları ötdü. Bayden 2022-ci ildə hərbçilərə 753 milyard dollar verməyi planlaşdırır. Üstəlik, yüz milyard dollardan çox vəsait yeni hərbi texnologiyaların flaqmanına - ABŞ Müdafiə Nazirliyinin Perspektivli araşdırmalar idarəsinə ayrılacaq. 10,4 milyard dollardan çox vəsait kiberqoşunlara ayrılacaq.

Maraqlıdır ki, bu planda ən böyük rol süni intellektə düşür. "Google"-in rəhbəri Erik Şmidt, "Palantir"-in rəhbəri Piter Til və digər rəqəmsal oliqarxlar xeyli müddətdir ki uğurla öz məhsullarını Pentaqona satırlar.

Digər məsələ isə onların necə işləməsidir. Süni intellekt bağışlanmaz səhvlər edib. Məsələn, 2003-cü ildə İraq müharibəsinin başlanğıcında insan müdaxiləsi olmadan atılan ABŞ-a məxsus "Patriot" raketləri əvvəlcə ingilis, sonra ABŞ qırıcılarını vurdu. Pilotlar öldü.

Bu yaxınlarda Almaniyada yerləşən ABŞ-ın Ramştayn bazasında erkən xəbərdarlıq etmə sistemi səhvən həyəcan siqnalı verdi. Bu vaxt Baltik dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinin təlimləri keçirilirdi. Kompüter isə təlim raketlərini real raketlər kimi qəbul etdi.

Buna baxmayaraq, amerikalı tərəfdaşlar nüvə silahı sahəsində süni intellekti tətbiq etməyə planlaşdırır. Özü də raketi buraxmaq kimi həssas sahədə.

ABŞ müdafiə nəşri, o cümlədən "Rand" kompüterin təhdidləri müəyyənləşdirmək və qərarları qəbul edərkən kompüterin necə səhv edəcəyinə dair xeyli ssenari dərc edib. Məsələn, qeyri-adi bir atmosfer hadisəsi kompüteri çaşdıra bilər. Kompüter onu rəqiblərin raketləri kimi qəbul edəcək və qarşılıqlı olaraq öz raketlərini buraxacaq. Rəqib isə real raketlərlə cavab verəcək. Bundan sonra isə... Apokalipsis...

Bütün bunlara baxmayaraq süni intellekt ideyası ABŞ-da daha da populyarlaşır. İstər-istəməz adamın ağlına gəlir ki, süni intellekt sadəcə bəhanə üçün amerikalı tərəfdaşlara lazımdır. Kim raketləri buraxmaq barədə əmr verdi? Bilirsiniz, kompüter. O, sadəcə çaşdı. ABŞ filmlərində kompüterlərin ağlını itirdiyi kimi – "Kosmik odiseyadan" tutmuş, "İnterstellar"-a qədər. Biz heç bir məsuliyyət daşımırıq. Kompüteri ki Nyunberqə aparmayacaqsan ki.

Baxın görün ABŞ elitasında necə qarışıqlıq yaşanır. Ətrafa adaptasiya olmayan prezident. Həmişə ən lazımlı vaxta yoxa çıxan vitse-prezident. Köməksiz dövlət katibi.

Hərbçilər? General Mark Milli ABŞ ordusuna müxtəliflik və multikulturalizm aşılamaq fikrini təbliğ edir. O, LGTB nümayəndələrinə himayədarlıq edir. Bunun üçün ABŞ Ordusunda xidməti təbliğ edən və Millinin çəkildiyi reklama baxmaq kifayət edir.

Nümayişkaranə şəkildə zəif elita. Qəribə hərbiçi - friklər. Qeyri-iradi olaraq komandanlığı süni intellektə ötürmək istəyirsən. Sonra isə "dərin dövlətdən" naməlum oliqarxların verdiyi hər hansı bir qərara görə kompüter səhvinin üstünə atmaq olar.

Keçmiş respublikalar SSRİ -dən ayrılarkən 1990 -cı illərdə amerikalı tərəfdaşlar nə qədər hay küy qaldırdılar. Nüvə silahlarının oğurlanması, yayılması və qaçaqmalçılığı ilə bağlı nə qədər proqnozlar var idi. Onların heç biri gerçəkləşmədi. Sovet sivilizasiyası öz son sınağından da uğurla keçdi: Nüvə silahını saxladı və hər kəs üçün təhlükəsizliyi təmin etdi.

ABŞ-ın öz raketlərinə münasibətini ən yaxşı halda etinasız adlandırmaq olar. Bu xəbərlər fonunda ümumiyyətlə raketlərin işə salınması üçün kodları itirməyə belə bacaran Bil Klintonu xatırlamamaq olmaz. Kodları daha sonra uzun müddət axtarırdılar.

Əgər ABŞ elitası belə intellekt nümayiş etdirirsə, onların süni intellektinin daha yaxşı işləyəcəyinin zəmanəti haradadır? Bəlkə də beynəlxalq ictimaiyyətin ABŞ -dakı nüvə düyməsi ilə baş verən kabusa diqqət yetirməsinin vaxtıdır. Onların nüvə arsenalları beynəlxalq nəzarətə götürməlidirmi? Yeri gəlmişkən, Rusiya kömək edə bilər.

Həmçinin oxuyun:

Professor: “Nə ABŞ-a, nə də Çinə qarşıdurma lazım deyil”

23
Teqlər:
Co Bayden, nüvə, nüvə silahı
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

22
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub.

BAKI, 17 sentyabr - Spotnik. Döyüşlərin, dağıntıların acı xatirələri hər zaman qalacaq, lakin əsas odur ki, biz gələcəyə doğru baxaq. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfəri əsnasında deyib.

Aİ rəsmisi bildirib ki, oxşar təcrübəni Avropa İkinci Dünya müharibəsində yaşayıb:

“İkinci Dünya müharibəsindən sonra bizim liderlər bəyan etdilər ki, yeni yol tapmaq lazımdır, biz birgə yaşamağa və irəliyə doğru getməliyik. Düşünürəm ki, Avropa İttifaqının bu təcrübəsini Azərbaycanla, Ermənistanla və ümumilikdə Cənubi Qafqazla bölüşə bilərik. İki dünya müharibəsinin çox acı irsinin, nəticələrinin öhdəsindən gəlmək təcrübəmiz bəlkə də burada irəliyə getmək üçün bir yoldur. Biz regionda fərqli gələcəyin qurulmasına kömək etmək üçün Azərbaycanla, Ermənistanla, Cənubi Qafqazla birlikdə çalışmaq istəyirik. Acı xatirələr var, amma biz gələcəyə baxmalıyıq".

Qeyd edək ki, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ağdama səfər çərçivəsində Pənahəli xanın İmarət kompleksində olub. T.Klaar İmarət kompleksinə, burdakı türbələrə baxış keçirib, ermənilərin kompleksin ərazisində törətdiyi vandallıq əməllərinin şahidi olub.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov xüsusi nümayəndəyə ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərində, o cümlədən Ağdamda mədəni, tarixi və dini abidələrini dağıtdığını, evləri, inzibati binaları, muzeyləri və digər sosial obyektləri yerlə yeksan etdiyini bildirib.

E. Hüseynov işğaldan azad edilmiş Ağdam rayonunda aparılan bərpa, quruculuq işləri barədə də qonağı məlumatlandırıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa İttifaqının nümayəndəsi ilə nə danışıb?

22
Teqlər:
Playstation 4-ün costiki, arxiv şəkli

"Playstation"da qanun pozuntusu aşkarlandı

0
“Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb.

 

BAKI, 18 sentyabr — Sputnik. Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu istiqamətdə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisindəki “Playstation” oyun-əyləncə mərkəzində karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halı aşkarlanıb. Karantin qaydalarının pozulduğu həmin obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək baxılmasından ötrü Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bir müddət öncə Bakıda analoji hadisə baş vermişdi. Belə ki, "Pub-110" adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar edildiyi üçün həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

 

0