Prezident Sumqayıtda yeni yaşayış kompleksinin təməlini qoydu

11
(Yenilənib 15:19 03.09.2021)
Prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub

BAKI, 3 sentyabr — Sputnik. Sumqayıtda güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub

Sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təməlqoyma mərasimində iştirak edib.

Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov dövlət başçısına yeni layihə barədə məlumat verib.

Bildirilib ki, Sumqayıt şəhərində növbəti güzəştli mənzil layihəsi 2 hektar ərazini əhatə edir. Burada doqquz, on iki və on altı mərtəbəli 11 bina inşa olunacaq. Mənzillərin ümumi sayı isə 466-dır. Onlar studio tipli, 2, 3 və 4 otaqlı olacaq. Ərazidə, həmçinin 90 yerlik uşaq bağçası da inşa ediləcək.

Diqqətə çatdırılıb ki, Mənzil İnşaatı Dövlət Agentliyinin regionda inşa olunmuş ilk layihəsi də Sumqayıt şəhərindədir. Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olacaq. Mənzillər, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi, su, qaz və elektriklə təmin ediləcək. Mənzillərin satışı həm güzəştli ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə aparılacaq.

Dövlət başçısı yeni yaşayış kompleksinin təməlini qoyub.

Qeyd edək ki, hazırda dünyada baş verən iqtisadi böhran fonunda ölkəmizdə bu layihənin icrası Prezident İlham Əliyevin vətəndaşlarımızın sosial məsələlərinin həllinə nə dərəcədə diqqət, qayğı və həssaslıqla yanaşmasının növbəti təzahürüdür. Bu, bir daha sübut edir ki, Azərbaycan vətəndaşının sosial məsələlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayanır.

Ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən müasir memarlıq üslubunda çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək baxımından bu layihə əhəmiyyəti ilə seçilir.

Həmçinin oxuyun: 

* İlham Əliyev Sumqayıtda: Məhkəmə və məktəb açıldı, sosial evlərin təməli qoyuldu

11

Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə görüşüb

5
(Yenilənib 22:27 25.09.2021)
BQXK-nin prezidenti humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

BAKI, 25 sentyabr - Sputnik. Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıldı və tərəflər arasındakı uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. 

Ceyhun Bayramov münaqişə sonrası regionda mövcud olan vəziyyət, xüsusilə də mina təhlükəsi və onun doğurduğu fəsadlar, azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib. Nazir münaqişə kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini həmsöhbətinin diqqətinə çatdırıb.

Öz növbəsində BQXK-nin prezidenti Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, təmsil etdiyi qurum tərəfindən bu istiqamətdə aparılan işlər barəsində məlumat verib. O, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Görüş zamanı, həmçinin ümumi humanitar məqsədli fəaliyyət barədə fikir mübadiləsi aparılıb.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Amerika Yəhudi Komitəsinin nümayəndələri ilə görüşüb

Ceyhun Bayramov Ermənistan XİN rəhbəri ilə görüşüb

5
Teqlər:
Ceyhun Bayramov, BQXK
Sergey Lavrov

Böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir - Sergey Lavrov

321
(Yenilənib 22:53 25.09.2021)
Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi.

BAKI, 25 sentyabr - Sputnik. Nüvə dövlətləri arasında istənilən müharibə, hətta nüvə müharibəsi olmasa belə, qəbuledilməzdir. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

"Biz böyük dövlətlər arasında münasibətlərin qarşılıqlı hörmətə əsaslanmasına tərəfdarıq. İstərdik ki, bu münasibətlər heç vaxt müharibəyə gətirib çıxarmasın. Ən azı, nüvə müharibəsininin olmasını dəqiq istəmirik. Yaxşı ki, prezidentlər Putin və Bayden nüvə müharibəsinin prinsipcə məqbul olmadığını bildiriblər. Mən isə düşünürəm ki, böyük dövlətlər arasında istənilən müharibə qəbuledilməzdir. Çünki onun hər zaman nüvə münaqişəsinə gətirib çıxarması riski böyükdür", - deyə Lavrov mətbuat konfransında bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Lavrov Rusiya və ABŞ liderlərinin Cenevrə sammitinin münasibətlərdə hər hansı bir dəyişikliyə və irəliləyişə gətirmdiyini, lakin buna baxmayaraq müsbət hadisə olduğunu demişdi - prezdentlər nüvə müharibəsinin məqbul olmadığı mövqeyini təsdiq edib, habelə silahlara nəzarətə dair danışıqlar barədə razılığa gəliblər.

321
Teqlər:
Sergey Lavrov, nüvə müharibəsi
Elektrik xətləri, arxiv şəkli

İES-lərin enerji hasilatında artım, SES-lərin hasilatında isə azalma var

0
(Yenilənib 23:07 25.09.2021)
Avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

BAKI, 25 sentyabr — Sputnik. Yanvar-avqust aylarında istilik elektrik (İES) və su elektrik stansiyalarında (SES) istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 8 ayda respublikada elektrik enerjisinin istehsalı 18 milyard 612,4 milyon kilovat/saat olub.

Hesabat dövründə ötən ilin eyni aylarına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 994,2 milyon kilovat/saat artaraq 17 milyard 409,7 milyon kilovat/saat, SES-lərdə 120,3 milyon kilovat/saat çoxalaraq 966,9 milyon kilovat/saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 4,8 milyon kilovat/saat azalaraq 235,8 milyon kilovat/saat olub.

Qeyd edək ki, təkcə avqust ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 611,2 milyon kilovat/saat artaraq 2 milyard 767,4 milyon kilovat/saat olub.

Ay ərzində elektrik enerjisinin ixracı 150,6 milyon kilovat/saat, idxalı isə 10,5 milyon kilovat/saat təşkil edib.

Həmçinin oxuyun:

Bərpa olunan Laçın SES kimə işıq verəcək?

0
Teqlər:
İES, SES