Rusiya idmançıları Tokio-2020 Olimpiya Oyunlarının bağlanış mərasimində, arxiv şəkli

ABŞ Rusiya idmanına "sərhədsiz müharibə" elan edir

24
Son zamanların bütün yüksək səviyyəli dopinq qalmaqallarının Amerika idmançıları ilə əlaqəli olması ehtirasları bir az da coşdurur.

BAKI, 27 avqust — Sputnik. Rusiya idmançılarının Tokio Olimpiadasında uğurla çıxış edib ən ağır dopinq nəzarətindən keçərək bütün problemlərini həll etdiklərini düşünürdünüz? Təəssüf ki, xeyr. Deyəsən, idmanımızın problemləri yeni başlayır.

ABŞ konqresmenləri elə bir yeni qanun layihəsini tərtib ediblər ki, hətta sürrealist "Rodçenkov Qanunu" bununla müqayisədə toya getməlidir. ABŞ Konqresinin Helsinki Komissiyasının yaratdığı "Qızıl Akt" dopinq pozuntularını çirkli pulların yuyulması və reket kimi ağır cinayətlərə bərabərləşdirməyi nəzərdə tutur.

Əgər qanun qəbul olunarsa, bütün dünya onun tətbiq sahəsi olacaq. ABŞ xüsusi xidmət orqanları ən azı bir amerikalı atletin iştirak etdiyi, heç olmasa bir Amerika şirkətinin sponsorluq etdiyi və ya ən azı bir Amerika televiziya şirkəti tərəfindən yayımlanan hər hansı bir beynəlxalq idman yarışında "dopinq sxemlərinin təşkilatçılarını" axtaracaqlar.

Korrupsiyaya bulaşmış və reketirlərin təsiri altında olan təşkilatlar haqqında qanun (RICO ) 1970-ci ildə ABŞ-da mafiyaya qarşı mübarizə üçün qəbul edilmişdir. O güman edir ki, bu cinayətlərdə şübhəli bilinənlərin dinlənilməsini, izlənilməsini və məhkəmədə dinləmə materiallarından istifadə etmək olar. RICO Nyu-Yorkun xaç atalarının, Los-Anceles və Kiy-Uestin satqın polislərinin məsuliyyətə cəlb olunması üçün tədbiq olunub.

"Qızıl Akt" da "Rodçenkov Qanunu" kimi tamamilə toxunulmazdır. Onun sayəsində Amerika xüsusi xidmət orqanları dünyanın digər ölkələrinin vətəndaşlarını ovlayacaq. Onları müşahidə etmək, dinləmək, həbs edilməsini, bank hesablarının bağlanmasını və ABŞ-a ekstradisiya edilməsini, həm də bəzi sirli "xüsusi əməliyyatlar"ın keçirilməsini tələb etmək lazımdır. Amerika tərəfdaşlarının nə nəzərdə tutduğunu belə düşünmək istəmirəm.

Heç kim bu qanunun konkret kimə qarşı yönədiyini gizlətmir.

"Rusiya kimi avtoritar ölkələr üçün, dopinq asimmetrik bir silah olaraq qalır, hansı ki, onun vasitəsilə o, qanunu pozur", - deyə "Qızıl Akt"ın müəlliflərindən biri, Helsinki Komissiyasının üzvü Co Uilson bildirib.

Helsinki Komissiyasının həmsədri konqresmen Stiv Koen qanun layihəsinin zəruriliyinin Amerika atletlərinin Tokio Olimpiadasındakı şikayətlərini sübut olunmasını izah edib.

"İdmançılarımız şübhələnirlər ki, kimlərsə dopinqdən istifadə etməyə davam edirlər", - deyə Koen bildirib.

Bu, Yevgeni Rılov üzgüçülükdə 200 metr məsafədə qızıl medal qazanaraq amerikalı üzgüçü Rayan Merfinin ağlamasına açıq bir işarədir.

"Burada hər şeyin 100 faiz təmiz olub-olmadığını deyə bilmirəm", - deyə Tokiyada məğlub idmançı bildirib.

Sonra eyni bu mövzuda onun komanda yoldaşı Lili Kinq çıxış etməyə başlayıb

"Burada (Olimpiadada) olması lazım olmayan bir çox insan var", - deyə o, bildirib.

Cəfəngiyyat vəziyyəti sadəcə çətinləşdirir.

Həm "WADA", həm də Beynəlxalq Olimpiya Komitəsi (BOK) dəfələrlə təsdiqləyib ki, rusiyalı qaliblərindən heç bir qadağan olunmuş maddə tapılmayıb. Onlar sadəcə mübarizə aparıblar və vicdanla qalib gəliblər. Ancaq məğlub olan amerikalılar bununla barışa bilmirlər.

Niyə Dövlət Departamentində yalnız Amerika vətəndaşlarına Olimpiya medalları verilmir? Ya da amerikalı idmançıların inciyib-incimədiyini görmək üçün hər hansı bir çempionatın təşkilatçısını təyyarə gəmisinin tam müşayiəti ilə ölkənin sahilinə yaxınlaşdırmaq? Guya kimsə altıncı yolda qalib gəlib? Rus? Xeyir... Siz daha yaxşı sayın.

Son zamanların bütün yüksək səviyyəli dopinq qalmaqallarının Amerika idmançıları ilə əlaqəli olması ehtirasları bir az da coşdurur. Qaçış üzrə idmançı Şa'Karri Riçardson marixuana səbəbindən kənarlaşdırılıb. Gimnast Simona Baylsa ritalin gətirilmədiyi üçün olimpiadada iştirak edə bilməyib. Üç il əvvəl əfsanəvi üzgüçü, dəfələrlə Olimpiya və dünya çempionu Rayan Loxte dopinqə görə yarışlardan uzaqlaşdırılıb. Bəs bütün karyerası boyu kortikosteroidlərdən istifadə edən məşhur velosipedçi Lans Armstronqu xatırlayırsınız?

Bunlar yalnız ən səs-küylü qalmaqallardır. Ancaq eyni zamanda, dünya ictimaiyyəti ABŞ-ın peşəkar idman sahəsində nələrin baş verdiyini heç bilmir. Bunlar dünyaca məşhur milli basketbol, beysbol və xokkey liqalarıdır. Minlərlə məşhur idmançıların trilyon dollarlıq işləri var. Bütün bu çiçəklənən çətinliyi Amerika Birləşmiş Ştatları Anti-Dopinq Agentliyi (USADA) heç bir şəkildə idarə etmir.

Hər bir liqanın dopinq tətbiqini izləyən öz təşkilatı var, ancaq orada o qədər pullar fırlanır ki, heç kim heç kəsi qeyri-qanuni maddələrlə tuta bilmir. 2012-ci ildə "WADA"nın baş direktoru David Houman dopinq nəzarətində "boşluqların" olmasına görə NBA-ı (Milli Basketbol Assosiasiyası) açıq şəkildə tənqid edib. Hətta o, əfsanəvi basketbolçuları böyümə hormonu üçün test verməyi təklif edib. Ancaq onların hamısı bu fikrə məhəl qoymadılar.

Əgər dövlətin dopinqə dəstəyi haqqında danışırıqsa, ABŞ-dakı amerikalı idmançıların problemləri haqqında yuxarıda oturanların çox yaxşı xəbərləri var. Bunlar məhz sistemli proseslərdir və bu proses yalnız nəsildən-nəslə daha da ağırlaşır, on minlərlə uşaq və gəncləri şikəst edir. Xeyr, bu Rusiya təbliğatının fərziyələri deyil. Gəlin ABŞ Prezidentini dinləyək.

"Amerika idmançıları bütün səviyyələrdə peşəkardırlar və həm həvəskarlar, həm də idman universitetini təmsil edənlər <…> - onların hamısı steroid və ya digər qadağan olunmuş maddələrdən istifadə etmək istəyinə müqavimət göstərə bilmirlər <…> Xüsusilə ən yüksək səviyyədə təzyiq böyükdür, harda ki, milli komanda da yer almalıdır <…> çünki paltardəyişmə otağına gəlirsən və yay ərzində 20 funt (doqquz kiloqram - Ed.) əzəzlə kütləsini artıran bir rəqib görürsən və fikirləşirsən ki: bir dəqiqə, mən də belə etməliyəm, əks təqdirdə o, mənim milli komandadakı yerimi alacaq <…> Bu nəhəng bir problemdir..."

Bu, 2008-ci ildə Delaver ştatının ABŞ senatoru olan Co Baydenin həmkarları qarşısında təmkinlə çıxışından bir sitatdır və bu çıxışda onları Dopinqə qarşı Beynəlxalq Konvensiyanı təsdiq etməyə çağırıb.

Görünür ki, Amerika hakimiyyəti idmanında baş verənlərdən tam xəbərdardır. Ancaq onlar nədənsə Rusiyada antidopinq qanunvericiliyini pozanları tutmaq istəyirlər. Kafka istirahət edir.

Həmçinin oxuyun:

Amerikalıları Olimpiadada düzgün oyundan kənarlaşdırıblar

24
Teqlər:
idman
Milli Məclisin iclası, arxiv şəkli

Azərbaycan Türkiyə xüsusi təyinatlılarının təliminə dair sənəd parlamentə göndərilib

12
(Yenilənib 18:06 15.09.2021)
Deputatların sözlərinə görə, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci il payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, onlayn formatda keçirilən iclasda komitə sədri Səməd Seyidov gündəlikdəki məsələlərdən danışıb.

İclasda əvvəlcə, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim edilib. Bildirilib ki, bu müddətdə komitənin 14 iclası keçirilib, 19 məsələ, o cümlədən bir sıra qanun layihələri, Azərbaycanla bəzi ölkələr arasında bağlanmış sazişlər, protokollar, müqavilələr müzakirə olunub, habelə dünyada və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Komitənin tövsiyə etdiyi 12 məsələ Milli Məclisdə qəbul edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra dövlətlərin, beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşüblər. Qeyd edilib ki, ötən müddətdə komitədə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Məlumat verilib ki, ötən müddətdə komitə üzvləri, həmçinin kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallıq göstərərək, beynəlxalq münasibətlərə dair öz fikirlərini bildiriblər, xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycanın haqlı mövqeyinin geniş ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdiriblər.

Qeyd edilib ki, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəyə ümumilikdə 4742 ərizə və şikayət daxil olub, 3127 müraciətlə bağlı müvafiq tədbirlər görülüb, aidiyyəti təşkilat və idarələrə məktublar göndərilib. Komitə üzvləri tərəfindən vətəndaşların onlayn və fərdi qaydada qəbulu keçirilib.

Sonra komitənin 2021-ci ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, qarşıdakı dövrdə bir sıra qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid sənədlərə rəy verilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin irəli sürülməsi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları və oradakı soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Növbəti sessiyanın iş planına, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin, habelə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi və digər məsələlər daxil edilib.

Daha sonra komitədə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Komitə sədri bildirib ki, Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə möhkəm münasibətlər qurulub. Bu gün Azərbaycan və Türk əsgərləri birgə təlimlər keçirlər və bu, orduların bir-birinə yaxınlaşması deməkdir. Qeyd edilib ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin qorunması üçün atılan mühüm addımdır.

Tədbirdə çıxış edən komitə üzvləri Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Ramin Məmmədov, Ramil Həsən Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu barədə öz fikirlərini açıqlayıblar, təlimlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

Müzakirələrin sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə sədrinin müavini Sevinc Fətəliyeva, deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Asim Mollazadə, Rasim Musabəyov və Sabir Rüstəmxanlı iştirak ediblər.

12
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov

Emin Hüseynov: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər”

13
(Yenilənib 16:23 15.09.2021)
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır
Emin Hüseynov: “Biz o irsi, o mirası qoruyub saxlamışıq”

Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, "ermənilər Ağdamı xarabalığa çevirib" dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib. Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.

Emin Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

13
 Əlil, arxiv şəkli

Saxta əlilliklərlə bağlı şok rəqəm - üç ildə on yeddi min

0
(Yenilənib 13:32 16.09.2021)
Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub.

BAKI, 16 sentyabr — Sputnik. 3 ildə 17 minə yaxın saxta əlillik halları aşkarlanıb və dayandırılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov məlumat verib. O, bildirib ki, əlillik təyinatı prosesi vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirilib: "Bu ilin 8 ayında 35 minə yaxın şəxsə əlillik təyin edilib. O cümlədən 11 min şəxsə ilkin, digərlərinə təkrar əlillik təyinatı aparılıb".

A. Bayramov saxta əlillik təyinatlarına qarşı prosesin davam edəcəyini də bildirib: "Eyni zamanda rayon xəstəxanalarında yoxlamalar aparılır. Göndərişlər zamanı ciddi pozuntular aşkarlanıb. Buna görə müəyyən rayon mərkəzi xəstəxanalarınin rəhbərləri işdən azad edilib, töhmət verilib və hüquq-mühafizə orqanlarına müraciət olunub".

A. Bayramov onu da qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxsə 30 minədək reabilitasiya vasitəsi verilib. Onun sözlərinə görə, 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib: "Onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib".

Bundan əlavə, qurum rəhbəri qeyd edib ki, Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların 1750 nəfərinə əlillik təyinatı aparılıb.

0