Dövlət Bayrağı meydanı

Rəsmi Bakı: Ermənistan tərəfi anlamalıdır ki, bu təcrübənin heç bir perspektivi yoxdur

46
Azərbaycan XİN nümayəndəsi erməni həmkarlarına YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatı ilə tanış olmağı tövsiyə edib.

BAKI, 26 avqust — Sputnik. "Təəssüf ki, Ermənistan XİN hələ də "yaddaş pozğunluğu" sindromundan əziyyət çəkir. Belə olan halda biz qarşı tərəfə bir daha xatırladırıq ki, 30 ilə yaxın müddət ərzində Azərbaycana qarşı təcavüz siyasəti həyata keçirərək, onun beynəlxalq tanınmış ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayan Ermənistan bu torpaqlardakı tarixi, mədəni və dini irsin dağıdılması, mənimsənilməsi, mədəni sərvətlərimizin ölkəmizdən qeyri-qanuni çıxarılması kimi hərbi cinayətlərə görə məsuliyyət daşıyır".

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən məlumat verilib.

"Bu cinayətlərin araşdırılması üçün Azərbaycan tərəfindən vaxtı ilə YUNESKO-ya bölgəyə səfər edilməsi ilə bağlı çoxsaylı müraciətlər edilib və məhz Ermənistan beynəlxalq missiyaların Azərbaycanın o zaman işğal altında olan ərazilərinə səfər etməsinə əngəl olub. Bu fakt təşkilatın hesabatlarında əks olunub; Ermənistan XİN-ə YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatı ilə tanış olmağı tövsiyə edirik.

Hesabatda aydın şəkildə, Azərbaycan hökumətinin Dağlıq Qarabağ və işğal olunmuş digər ətraf ərazilərə fakt araşdırma missiyasının göndərilməsi müraciəti, lakin Ermənistanın hərbi işğalı səbəbindən bu missiyanın həyata keçirilməsinin mümkün olmadığı qeyd olunur. Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra Ermənistanın bu torpaqlarda törətdiyi məqsədyönlü dağıntıların miqyası beynəlxalq ictimaiyyət, o cümlədən dövlətlərin rəsmi nümayəndələri, müstəqil media agentlikləri, habelə qeyri-hökumət təşkilatları və s. tərəfindən ətraflı şəkildə qeydə alınıb.

Görünməmiş vandallıq və "mədəni təmizləmə" törətmiş bir ölkənin öz əməllərini ört-basdır etmək üçün Azərbaycana qarşı yalan və cəfəng ittihamlarla çıxış etməsi təcrübəsi, təəssüf ki, yeni deyil. Ermənistan tərəfi sonunda anlamalıdır ki, bu təcrübənin heç bir perspektivi yoxdur. Azərbaycan işğaldan azad olunmuş ərazilərimizə YUNESKO-nun müstəqil və obyektiv missiyasının həyata keçirilməsi məsələsinə dəfələrlə münasibət bildirib, hətta bu prosesi sürətləndirməyə çağırıb. Rəsmi İrəvanın belə bir missiyanın həyata keçirilməsinə etiraz etmədiyini bəyan etdiyinə görə, ümid edirik ki, missiya yaxın zamanlarda reallaşacaq və onilliklər ərzində Azərbaycan ərazilərində Ermənistan tərəfindən aparılmış tarixi, mədəni və dini irsin məqsədli şəkildə məhv edilməsi siyasətinin nəticələri qeydə alınacaq", - məlumatda qeyd edilib.

Eləcə də oxuyun:

46
Teqlər:
Ermənistan, XİN, Azərbaycan, UNESCO, hesabat, missiya

Səfir İranın təlimləri, Ermənistana daşınan yüklər Seyid Həsən Amilinin təhdidi barədə

125
(Yenilənib 21:37 24.09.2021)
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatların çox yayılmasına təəssüf edir.

BAKI, 24 sentyabr - Sputnik. İranın keçirdiyi təlimlərlə bağlı məsələ yanlış formada təqdim olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bu günlərdə Culfa-Aslanduz arasında, Azərbaycanla sərhəd boyunca hərbi təlimlərinin keçirilmə səbəbini izah edərkən deyib. 

Səfir qeyd edib ki, təlimlərlə bağlı məlumatı aylar öncə Azərbaycan tərəfinə bildirib və bu, planlı təlim olub:

"Bu təlimlər davamlı həyata keçirilir, bundan əvvəl Qərbi Azərbaycanda keçirilib. Hərbi gücümüz dostlarınızın xidmətindədir, dostlarımıza qarşı təhdid sayıla bilməz".

Musəvi Ərdəbil məscidinin imamı Seyid Həsən Amilinin Azərbaycanı təhdid edən moizəsi barədə deyib ki, "dövlətlərin mövqeyini rəsmi qurumların təmsilçiləri ifadə edir, digər şəxslər yox".

İran səfiri ölkənin "altılıq" (Azərbaycan-Türkiyə-İran-Rusiya-Gürcüstan-Ermənistan) formatına dəstək verdiyini də bildirib. Qeyd edib ki, "bu, bütün region ölkələrinin xeyrinədir". 

"Azərbaycanla İran arasında mehriban qonşuluq münasibətləri var. Üçüncü tərəflər, düşmənlər var ki, bu münasibətləri istəmirlər. Son dövrlər Hikmət Hacıyevlə iki görüş keçirmişəm, ikitərəfli münasibətləri ətraflı müzakirə etmişəm", - səfir deyib.

Onun sözlərinə görə, son görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidentinin İran Prezidentinə ismarıclarını çatdırıb:

"Bunlar dostyana, qardaşyana ismarıclar idi. Təəssüf ki, sosial şəbəkədə həqiqətə uyğun olmayan məlumatlar çox yayılır. Yuk maşınları məsələsini araşdırdıq. Məlum oldu ki, özəl şirkətlər bu addımı atıblar. Biz özəl şirkətlərə xəbərdarlıq etdik ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşsınlar.

Ermənistan qonşularımızdan biridir. Biz hər zaman separatçılığa qarşı olmuşuq. Bizim dövlət səviyyəsində həm daxili, həm xarici siyasətimizi Ali lider təyin edir. Ali lider həm də Ali Baş Komandan, həm də siyasi liderdir. Ali liderin bəyanatında Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu vurğulanıb. Ancaq mən arxayınlıqla deyirəm ki, üçüncü tərəflər ikitərəfli münasibətlərə xələl gətirə bilməyəcək".

Həmçinin oxuyun:

* Allahşükür Paşazadə: "Ərdəbil kimi qədim, zəngin tarixə malik Azərbaycan şəhəri..."

* Gorus-Qafan yolu yenidən gündəmdə: İran səfiri Bakıda daha bir rəsmi ilə görüşdü

* Hikmət Hacıyev son üç gündə iki dəfə İran səfiri ilə görüşüb: Mövzu Gorus-Qafan yoludur?

125
Bakı buxtasına mənzərə, arxiv şəkli

Azərbaycanın MDB-də 25 illik tarixi: müsbət mənfilər

1189
Azərbaycan Respublikası 1993-cü il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin üzvü olub. Bunun ölkəyə hansı müsbət təsiri olub və bu əməkdaşlıq formatının gələcəyi varmı - mütəxəssislərin dilindən.

 

BAKI, 24 sentyabr — Sputnik. MDB yarandığı gündən etibarən təkcə siyasi deyil, həm də Sovet İttifaqının dağılmasından sonra ayrılan ölkələr arasında iqtisadi əlaqələrin qurulması üçün bir platforma kimi fəaliyyət göstərir.

Azərbaycanın MDB-də praqmatik mövqeyi

Azərbaycanlı ekspert Tofiq Abbasov bildirib ki, bu cür format keçmiş İttifaq subyektləri arasında bir sıra mübahisəli məsələlərin həllinə kömək edib. O, Azərbaycanın MDB-dəki mövqeyini rasional olaraq qiymətləndirib.

"1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bir çox problemlər aradan qaldırılıb. Azərbaycan MDB nizamnaməsini imzaladı və sonra hamı başa düşdü ki, ona üzv olmaq sosial-iqtisadi və digər məsələlərin həllinin etibarlı zəmanətidir, çünki vahid sistem olduğundan hər kəsin təşkilat daxilində müəyyən üstünlüklərə dair öz fikirləri var idi", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, MDB siyasi deyil, geoiqtisadi formatdır ki, bu da keçmiş Sovet İttifaqı çərçivəsində iqtisadi prosesləri tənzimləyir və bütün iştirakçılara keçmiş İttifaqın faydalarından istifadə etmək hüququnu verir.

Mütəxəssis hesab edir ki, Azərbaycanın MDB-yə qoşulması doğru addım, respublikanın fəaliyyəti isə konstruktiv idi.

"Ayrılma prosesi baş verdikdə tərəflərin özlərinə mümkün qədər çox saxlaması üçün səbəbləri və ya iddiaları olur. SSRİ bərabər respublikalar üçün bərabər imkanlara malik olan bir ölkə idi, buna görə də İttifaqın dağılması mexanizmin işə salınmasına səbəb oldu: gələcəyə nəyin, kimin və kim ilə daxil olduğuna və ən əsası – nəyin kimə aid olduğuna qərar vermək lazım idi", - Abbasov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanın MDB-yə qoşulması bir çox təsərrüfat məsələlərinin, iqtisadi problemlərin həllini tapmağa, sovet dövrünün yeni subyektləri ilə əlaqələrin qurulmasına kömək edib.

Mütəxəssis hesab edir ki, Azərbaycan MDB ölkələri arasında malların daşınması üçün hab kimi müsbət rol oynaya bilər.

"Azərbaycan, həm quruda, həm də dənizdə böyük infrastruktur imkanlarına malik olan, Mərkəzi Asiya üçün çox əhəmiyyətli bir kommunikasiya dəhlizidir. Üstəlik, Azərbaycan İran və Şimali Qafqazı birləşdirə bilər", - deyə mütəxəssis bildirib.

MDB Avrasiya İqtisadi Birliyinə tramplin kimidir

Rusiyalı politoloq, Yeni Cəmiyyət İnstitutunun direktoru Vasili Koltaşov isə MDB formatını köhnəlmiş hesab edir. Onun fikrincə, bu platformadan Azərbaycan Rusiya ilə bir sıra məsələlərdə - əlaqələrin, ticarətin inkişafı, miqrasiya məsələlərinin həllində istifadə edir, ancaq eyni zamanda o, Bakıya Avrasiya İqtisadi Birliyinə sıx inteqrasiyadan qaçınmağa imkan verib. Onun fikrincə, gələcək məhz bu yeni formatla bağlıdır.

Postsovet məkanı ölkələri Rusiya da daxil olmaqla bir-biri ilə geniş qarşılıqlı təcrübə əldə ediblər. MDB - üzvlərinin iqtisadi qarşılıqlı əməkdaşlığı öz xeyrinə dərinləşdirdiyi və genişləndirdiyi Avrasiya İqtisadi Birliyi üçün bir növ tramplinə çevrilib.

"Düşünürəm ki, Azərbaycan gec-tez Avrasiya inteqrasiyasında daha fəal iştirak məsələsini nəzərdən keçirəcək. İqtisadi ehtiyac Rusiya ilə münasibətlərdə daha səmərəli, daha ardıcıl fəaliyyət qurmaqdan və bu əlaqələri dərinləşdirməkdən ibarətdir. Rusiya çox sayda Avrasiya ölkəsində prosesləri dərhal irəlilədə biləcək əhəmiyyətli bazara malikdir. Ancaq bunu yalnız Moskva özü istəyərsə və Bakı Rusiya ilə MDB-nin köhnəlmiş formatına heç cür sığışmayan münasibətlərdə iştirak edərsə. Bu tamamilə fərqlidir", - deyə politoloq izah edib.

Eləcə də oxuyun:

1189
Teqlər:
MDB, Azərbaycan