SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hüquqi baxımdan məcburi ukraynalaşdırma

© Sputnik / Aleksandr Maksimenko / Mediabanka keçidПразднование Дня Независимости Украины
Празднование Дня Независимости Украины - Sputnik Azərbaycan, 1920, 25.08.2021
Abunə olmaq
Ukrayna post-Maydan rejimi Krım tatarları, kəraimlər və krımçaklar istisna olmaqla, ölkədə yaşayan bütün xalqların dillərini inkişaf etdirməsi və istifadəsini birbaşa qadağan edən bütöv qanunlar sistemi qəbul etdi.
BAKI, 25 avqust — Sputnik, Olqa Suxarevskaya, xarici siyasət üzrə magistr, hüquqşünas. Otuz il – tarixi miqyasda yalnız bir andır. Ukrayna üçünsə bu zaman kəsimi ölkənin ümumilikdə dövlət kimi mövcud olduğu dövrə bərabərdir. Belə qısa vaxt ərzində Avropanın ən inkişaf etmiş ölkələrindən birindən vətəndaş müharibəsinə, ərazisinin bir hissəsinin itirilməsinə və tamamilə iqtisadi çöküşə adlamağı bacaran ikinci ölkə tapmaq çətindir. Bu məsələdə məcburi ukraynalaşdırma heç də az rol oynamır. Və rusdilli əhalinin etnosidinin yalnız 2004, 2014-cü illərin rəngli inqilablarından sonra başladığını düşünənlər bir xeyli yanılırlar.
Hər şeyin necə başladığını yada salaq
SSRİ dağılan vaxt indiki Ukraynanın əhəmiyyətli hissəsini rusdillilər təşkil edirdi. Ukrayna dilindən isə yalnız ölkənin Qərb əyalətlərində geniş istifadə olunurdu. "Müstəqillik uğrunda mübarizənin" başlaması və Qalisiya millətçilərinin "dostluq qatarları" ilə səfərlərindən sonra rusdillilər haqlı olaraq Ukraynanın millətçi dövlətə çevrilməsindən ehtiyat etməyə başladılar.
1991-ci il. Leonid Kravçuk ölkə əhalisini əmin etdi: "Heç bir halda rusların məcburən ukraynalaşdırılmasına yol verilməyəcək. Milli mənsubiyyətə görə istənilən diskriminasiya cəhdinin qarşısı qətiyyətlə alınacaq".
Təəssüf ki, ona inandılar və "müstəqilliyi" dəstəklədilər. Amma hələ Belovejsk razılaşmasının mürəkkəbi qurumamış vəd pozuldu. Bu, təhsil sisteminin ukraynalaşmasının dinamikasında aydın şəkildə özünü göstərir. Müstəqillik elan olunandan dərhal sonra isə bütün ali məktəblər Ukrayna dilinə keçirildi.
1996-cı ildə milliyətçilərin təzyiqi altında Ukrayna dilinin yeganə dövlət dili olduğunu bəyan edən (maddə:10) Konstitusiya qəbul olundu. Kompromis kimi də elə həmin maddənin 2-ci bəndi ilə rus dilinin sərbəst şəkildə inkişafına təminat verildi. 1989-cu ildə qəbul olunmuş "Ukrayna SSR-də dillər haqqında Qanun" 2012-ci ilə kimi qüvvədə idi və bu sənədə əsasən, rus dili beynəlxalq ünsiyyət dili statusuna sahib idi.
Ancaq hələ 1997-ci ildə o zamankı prezident Leonid Kuçma qanunvericilik səviyyəsində ictimai həyatın bütün sahələrinin kütləvi şəkildə ukraynalaşdırılmasına başladı. Maraqlı fakt: müasir Ukrayna reallığına çevrilən "cəzalandırıcı filologiya" ideyası da məhz Kuçmanın qələminə məxsusdur.
"Ukraynada dillərin inkişafı və istifadəsi haqqında" qanun layihəsi də elə həmin vaxt ortaya çıxdı. Bu sənəd dövlət dilində çıxmayan KİV-lərə qarşı cərimə tətbiq olunmasını və onların lisenziyadan məhrum edilməsini nəzərdə tuturdu.
1991-ci ildə dil mübahisələrinə Ukrayna dilinin dövlət dili olaraq ölkənin bütün ərazisində məcburi ünsiyyət vasitəsi olduğunu ifadə edən 10-cu maddənin rəsmi şərhini verən Konstitusiya Məhkəməsi nöqtə qoydu.
Nəticədə 2012 -ci ilə qədər millət vəkilləri Vadim Kolesniçenko və Sergey Kivalov dillərlə bağlı yeni bir qanun hazırlayana kimi Ukraynada rus dilinə qarşı diskriminasiya xarakteri daşıyan qanunların sayı 70 -i, qanunvericilik aktlarının sayı isə bir neçə mini keçdi.
Kivalov-Kolesnichenko qanunu Ukrayna SSR-nin dillər haqqında qanunu ilə müqayisədə qüsurlu olsa da, Ukraynanın bir sıra cənub-şərq bölgələrində yerli şuralar tərəfindən istifadə edilən rus dilini regional dil elan etmək şansı verdi. Amma 2014 -cü il dövlət çevrilişi hər şeyin üstündən xətt çəkdi.
Ukraynalaşdırmadan etnoisdə
Keçmiş SSRİ məkanında yarızarafat-yarıgerçək belə bir fikir var idi ki, qanunların sərtliyini onların mütləq şəkildə yerinə yetirilməli olmaması ilə kompensasiya etmək mümkündür. Son vaxtlara kimi elə belə də olub. İnsanlar rəsmi tədbirlərdə dövlət dilində bir neçə ifadə işlədəndən sonra yenə rus dilində danışmağa davam edirdilər.
Bütün bunların fonunda millətçilər ikiüzlülük edərək deyirdilər: "Nə diskriminasiya?, "Sizə rus dilində danışmağı kim qadağan edir?"
Amma özləri  dil müfəttişlərinin təyini, həyatın bütün sahələrində rus dilində ünsiyyətin tamamilə qadağan edilməsi, "dilin alçaldılmasına" görə cinayət məsuliyyəti və cərimələrin verilməsi ilə kifayət qədər sərt dil qanunları hazırlayırdılar. Petro Poroşenkonun hakimiyyətinin sonunda təsdiq etdiyi qanun isə 2005 -ci ildən Ali Radada idi.
"Ləyaqət uğrunda inqilab" adı verilən dövlət çevrilişindən sonra ukraynalaşdırma sistemli etnosid xarakteri aldı. Və bunlar heç də boş sözlər deyildi.
UNESCO -nun Latın Amerikasında Etnosid və Etnik İnkişaf Konfransının (San-Xose, 1981) qərarına əsasən, etnosid – "bir etnik qrupun öz mədəniyyətinə və ya dilinə sahib olmaq, onu inkişaf etdirmək və ya yaymaq hüququndan məhrum olduğu vəziyyətdir".
Ukrayna post-Maydan rejimi Krım tatarları, kəraimlər və krımçaklar istisna olmaqla, ölkədə yaşayan bütün xalqların dillərini inkişaf etdirməsini və istifadəsini birbaşa qadağan edən bütöv qanunlar sistemi qəbul etdi. Özü də bütün hüquqi sistem elə quruldu ki, diskriminasiya və alçaldılmaya məhz rus dili məruz qalmağa başladı.
Beləliklə, orta təhsil haqqında qanuna uyğun olaraq, dili Avropa İttifaqının rəsmi dillərindən olan etnik azlıqlar 5 -ci sinifdə 20%, 9-cu sinifdə isə 40% -ə qədər dövlət dilində əsas orta təhsil almalıdırlar. Digər etnik azlıqlar, əsasən də ruslar, təhsil müddətinin ən azı 80% -ini Ukrayna dilində oxumalıdırlar.
Milli azlıqların belə "çeşidlərə" bölünməsi AŞPA-nın ikiüzlü mövqeyi və Aİ-nin Şərqi Avropa üzvlərinə təzyiqinin nəticəsində ortaya çıxdı. 2020-ci ilin sentyabr ayından etibarən Ukraynadakı rus məktəblərinin tamamilə ləğv edildiyini söyləmək kifayətdir.
Bütün bunlara sadacə, Rusiyaya və "Rus dünyasına" rəğbət bəsləməklə Ukraynanın ərazi bütövlüyünün pozulması, terrora dəstək və vətənə xəyanət maddələri ilə uzunmüddətli həbs cəzası almaq riskini də əlavə etsək, Ukraynada rus olmağın nə qədər böyük cəsarət tələb etdiyi aydın olar.
İnsanların rus olduqlarını etiraf etməkdən qorxduqlarını sosiologiya da təsdiqləyir. Əgər 1989-cu ildə Ukraynada əhalinin 22,1%-i özünü rus adlandırırdısa, 2001-ci ildə bu rəqəm 17,3, 2018-ci ildə isə 6 %-ə düşdü. Bununla yanaşı, rus kimliyini "çoxmillətlilik" pərdəsi altında gizləmə fenomeni də müşahidə olunur. Özünü rus hesab edənlərin yalnız 39%-i bunu birmənalı şəkildə ifadə edir. Rusların 30%-i etnik cəhətdən bir neçə millətə aid olduqlarını bildiriblər.
Ukraynalaşdırma = deqradasiya
On ildən bəri davam edən və artıq açıq repressiyalara keçmiş məcburi ukraynalaşdımaya baxmayaraq Ukrayna rusdilli ölkə olaraq qalır.
"Sosial monitorinq" mərkəzinin keçirdiyi son sorğunun nəticələrinə görə, ölkə əhalisini yalnız 31,9%-i evdə təkcə Ukrayna dilində danışır. Və bu, rəsmi sorğudur. Özü də 2019-cu ildə rusdilli, ukraynalı və ingilisdilli sorğuların payının müvafiq olaraq 86%, 10%və 4% olduğu Google məlumatlarına nəzərən daha aydın təsəvvür yaradır. Çünki ölkədəki ninsanların dil müfəttişlərinin və "saray sosioloqları"nın nüfuzedici nəzərlərindən uzaqda hansı dildə danışdıqlarını göstərir.
Xarici dildə danışmaq və öyrənmək ehtiyacı təhsilin keyfiyyətinə də təsir göstərir. Beynəlxalq Tədris Təşkilatı – PISA Ukraynanı ilk dəfə 2018-ci ildə testdən keçirdi. Əgər Ukrayna və Rusiyanın ballarını müqayisə etsək, belə bir mənzərə ortaya çıxar: oxu Ukrayna 466, Rusiya 479, riyaziyyat müvafiq olaraq 453 və 488, təbiət elmləri 469 və 478. Ümumilikdə Ukrayna məktəbliləri ruslardan bir il geri qalırlar.
Növbəti araşdırma 2021-ci ildə aparılacaq və o zaman dinamikanı qiymətləndirmək olar. Ancaq ukraynalı məktəblilərin "ana" dilindən axsadıqları göz önündədir. Ölkə məzunlarının 14,5%-i 2018 -ci ildə keçirilən Ukrayna dili və ədəbiyyatı üzrə xarici müstəqil imtahandan kəsiliblər. Ölkə tarixi üzrə imtahandan keçməyənlər isə 14,19 faizi təşkil edib.
Bu, heç də təəccüblü deyil. Dilçi-alim Yevgeniya Vereşaginann sözlərinə görə, erkən yaşda (14 yaşa kimi) pis mənimsənilmiş doğma olmayan dildə tədris yalnız dilin özünün öyrənilməsində pis effekt vermir, həm də uşağın normal psixi inkişafı üçün təhlükəlidir. Bu zaman uşaq öz yaradıcı potensialını reallaşdıra və müəllimə çatdıra bilmir. Nəticədə uşaqda əqli cəhətdən gerilik, qazanılmış acizlik, linqvopsixoz, nevroz, psixosomatik pozuntular meydana çıxa bilər. Bəlkə, Ukraynada bu qədər "aktivist"in olması elə bununla əlaqədardır?
Ukrayna vətəndaşlarının Rusiyaya kütləvi miqrasiyası da ukraynalaşdırmanın "populyarlığından" xəbər verir. 2014-cü ildən 2021-ci ilin ilk yarısına kimi 1 milyondan çox ukraynalı Rusiya vətəndaşlığı alıb. Üstəlik, 2018-ci ildə "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" sakinlərinə hələ Rusiya vətəndaşlığı verilmədiyi vaxt Rusiya əhalisi ukraynalıların hesabına yarım milyon artıb.
***
Ən paradoksal məqam odur ki, Ukrayna dilini heç bir təhlükə gözləmir. Əgər əhalinin üçdə bir hissəsi daim bu dildə danışırsa, o dəqiq ölüb getməyəcək. Sözsüz ki, bu insanların doğma dildə məlumat, təhsil və xidmət almağa ehtiyacı var. Və ünsiyyət vasitəsi olaraq Ukrayna dilinə olan tələbat, məlumat əldə etmə və s. başqa dillərdə danışanlara qarşı repressiya tədbirlərindən deyil, dövlət dilinin verdiyi imkanlardan və bu dildəki məzmunun keyfiyyətindən asılıdır.
Otuz illik etnosid siyasəti dil landşaftının dəyişməsinə deyil, vətəndaş müharibəsinə gətirib çıxardı. Odur ki, nəticə çıxarmaq vaxtıdır...
Həmçinin oxuyun:
Sözdə demokratiya: Ukrayna necə senzura və repressiyalar ölkəsinə çevrildi
Xəbər lenti
0