Əfqanıstanda Taliban (Rusiyada və digər ölkələrdə qadağan olunmuş terror qruplaşması ) hərəkatının üzvləri, arxiv şəkli

Taliban* yaxın iki həftədə yeni hökuməti formalaşdıracaq

19
Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayinin ofisindəki mənbə isə Kabildə Taliban* hərəkatının yüksək vəsifəli üzvlərinin inklüziv hökumətin yaradılmasını müzakirə etdiklərini, danışıqların hələ davam etdiyini bilidirb.

BAKI, 21 avgust — Sputnik. Taliban* hərəkatının siyasi ofisinin rəhbəri molla Əbdül Qəni Bəradər yaxın iki həftə ərzində Əfqanıstanın gələcək hakimiyyətinin formalaşdırılması barədə qərar qəbul etmək niyyətində olduğunu bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novostiyə hərəkatdakı mənbədən məlumat daxil olub.

Əfqanıstanın keçmiş prezidenti Həmid Kərzayinin ofisindəki digər mənbə isə Kabildə Taliban* hərəkatının yüksək vəsifəli üzvlərinin inklüziv hökumətin yaradılmasını müzakirə etdiklərini, danışıqların hələ davam etdiyini bilidirb.

Bir müddət əvvəl Frans Press agentliyi hərəkat nümayəndəsinə istinadən Bəradər və siyasi ofisin bir neçə nümayəndəsinin siyasi partiyalarla hökumətin təşkilinə dair danışıqlar aparmaq üçün Kabilə gəldiyini xəbər verib.

* Rusiyada fəqliyyəti qadağan olunmuş terrorçu təşkilat

Həmçinin oxuyun:

Əfqanıstan prezidentinin qardaşı taliblərə qoşulub

19
Teqlər:
Taliban, 'Taliban' hərəkatı, hökumət
İran bayrağı, arxiv şəkli

İranın xarici işlər nazirinin müavini Bakıya gəlir Üçgünlük səfər

163
Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcək

BAKI, 21 sentyabr — Sputnik. Xarici işlər nazirinin müavini və Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri doktor Məhəmməd Kazım Səccadpur araşdırma mərkəzləri arasında keçirilən üçtərəfli görüşdə iştirak etmək üçün bu gün Bakıya səfər edəcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı İranın Azərbaycandakı səfirliyi yayıb.

"Doktor Səccadpur elmi iclasda iştirak etməklə yanaşı, Azərbaycan Respublikasının bəzi rəsmiləri ilə də görüşəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, XİN rəhbərinin müavininin səfəri üç gün çəkəcək.

163
Teqlər:
İran, Azərbaycan, XİN, rəhbər, müavin, Bakı, səfər

Paşinyanın pozitiv açıqlamaları regionda vəziyyəti dəyişə bilərmi? Politoloq şərh edir

323
(Yenilənib 14:44 21.09.2021)
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin o ona mane olacaq qüvvələrdən çəkinir
Elxan Şahinoğlu: “Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır”

“Paşinyan son vaxtlar pozitiv açıqlamalar verir, ancaq real addımlar yoxdur”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, normal münasibətlər istəməklə bağlı açıqlamalar vermək azdır: “Dəhlizin açılması ilə bağlı addım atılmalıdır. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalıdır. Bunlar olmadan görüş xatirinə görüş keçirmək mənasızdır. Bəlkə də Paşinyan bu istiqamətdə addımlar atmaq istəyir, lakin ona mane olacaq qüvvələrdən çəkinir”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya baş nazirinin müavini Aleksey Overçukla görüşü zamanı ölkəsinin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu bildirib.

Elxan Şahinoğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

323
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov

Nazir müavini işğal dövründə Azərbaycan təbiətinə vurulmuş ziyandan danışdı

0
(Yenilənib 16:37 21.09.2021)
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb
Vüqar Kərimov: “Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib”

İşğal dövründə ermənilər tərəfindən 100 min hektar ərazidə məqsədli yanğınlar törədilib. Regionun təbiətinə, bioloji müxtəlifliyinə, bütövlükdə ekosisteminə ciddi ziyan vurulub. Sputnik Azərbaycan xəbər verir ki, bunu “Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında ətraf mühitin və təbii sərvətlərin vəziyyəti” mövzusunda tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib.

Nazir müavini bildirib ki, işğaldan əvvəl Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında mövcud olan 230 min hektar meşədən 54 min hektarı, yəni 25 faizi qırılıb: “Təbiətin istismarı nəticəsində ekoloji tarazlıq pozulub. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və meşə ekosisteminin, onun bir parçası olan flora və fauna növlərinin məhvinə gətirib çıxarıb. İşğaldan əvvəl həmin ərazilərdə 200-dən çox ali bitki növünə rast gəlinirdi. Bu da Azərbaycan florasının 42 faizindən çox hissəsini təşkil edirdi. Müharibə dövründə Şuşa ətrafında ağ fosfor tərkibli mərmilərdən istifadə edilib. Bunun nəticəsində ekosistemə çox ciddi ziyan dəyib. Ərazidə rast gəlinən bitki növlərindən 20-si endemik növlərdir. 127 fauna növü “Qırmızı kitab”a salınıb. Lakin, kilometrlərlə yol qət etsək də, bir-iki quş növündən başqa, hər hansı vəhşi heyvan növünə rast gəlmək olmur. Buna səbəb heyvanların işğal dövründə vəhşicəsinə ovlanması, ərazilərin minalanmasıdır”.

Vüqar Kərimovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0