Vladimir Putin və Angela Merkel, arxiv şəkli

Putinin Merkellə görüşdəki sentimental hərəkəti çinliləri heyran edib

68
(Yenilənib 17:57 21.08.2021)
Dmitri Peskov bildirib ki, Rusiyada qadınlara gül hədiyyə etmək tamamilə normal bir haldır. Onun sözlərinə görə iş yoldaşlarına və beynəlxalq münasibətlərdəki həmkarlara gül dəstəsi hədiyyə etmək gözəl əxlaqdan xəbər verir.

BAKI, 21 avgust — Sputnik. Çinin “Sohu” məcmuəsi Rusiya prezidenti Vladimir Putinin Almaniya kansleri Angela Merkellə görüşdən əvvəl ona gül dəstəsi hədiyyə etməsinə diqqət çəkib. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, çinli jurnalistlər rəsmi görüşlərdən əvvəl Putinin xanımlara gül hədiyyə etməsi ənənəsinin onun xarakterindn xəbər verdiyini bildiriblər.

Məqalə müəllifləri ehtimal edirlər ki, prezidentin bu hərəkəti sərt və nəzakətli insan olan Putinin “romantikadan da hali” olmadığını nümayiş etdirir.

“Emosional intellekt onun yüksək IQ səviyyəsini tamamlayır”, - deyə məqalədə bildirilir.

Xatırladaq ki, almaniyalı kansler avqustun 20-də bu statusda Rusiyaya sonuncu dəfə səfər edib. Cümə günü Merkel Putinlə görüşüb, ayın 22-də isə Ukraynanın paytaxtı Kiyevə səfər edəcək.

Putin əvvəllər də Merkelə gül hədiyyə edib. Belə ki, 2018-ci ilin baharında Almaniyanın “Bild” məcmuəsində dərc olunmuş məqalənin müəllifi Soçidə keçirilən görüşdə Rusiya prezidentinin Almaniya kanslerinə gül hədiyyə etməsinin “bir siqnal” olduğunu qeyd edib.

Buna cavab olaraq prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiyada qadınlara gül hədiyyə etmək tamamilə normal bir haldır. Onun sözlərinə görə iş yoldaşlarına və beynəlxalq münasibətlərdəki həmkarlara gül dəstəsi hədiyyə etmək gözəl əxlaqdan xəbər verir.

Həmçinin oxuyun:

68
Teqlər:
Putin, Putin, Merkel, Merkel
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Finlandiyanın xarici işlər naziri Pekka Olavi arasında görüş

Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri ilə görüşüb

251
Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib.

BAKI, 23 sentyabr - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Finlandiyanın xarici işlər naziri Pekka Olavi Haavisto ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə edilib və bu əlaqələrin genişləndirilməsi perspektivləri barəsində fikir mübadiləsi aparılıb. Hazırda Azərbaycan və Finlandiya arasında bütün səviyyələrdə qarşılıqlı anlaşmanın mövcud olduğu vurğulanıb.

Görüş zamanı ikitərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, o cümlədən, siyasi, iqtisadi, humanitar, təhsil, kənd təsərrüfatı, yüksək texnologiyalar, sərmayə qoyuluşu, mədəni sahələrdə əməkdaşlığın möhkəmləndirilməsinə dair, eləcə də regional təhlükəsizlik məsələləri, üçtərəfli bəyanatdan irəli gələn müddəaların həyata keçirilməsi və etimadın qurulması tədbirlərinin reallaşması üzrə fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 44-günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizdəki son vəziyyət, bu ərazilərdə Ermənistan tərəfindən məqsədli şəkildə törədilən geniş miqyaslı dağıntılar, tarixi -mədəni irsin məhv edilməsi, ətraf mühitə böyük zərərin vurulması, habelə mina təhlükəsi barədə danışıb eləcə də hazırda həyata keçirilən bərpa və yenidənqurma prosesi haqqında qarşı tərəfə ətraflı məlumat verib. O, Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazır olduğunu qeyd edib.

Tərəflər, həmçinin ATƏT çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Nazir Pekka Haavisto ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu ifadə edib. O, Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyinin təqdirəlayiq olduğunu bildirib və üçtərəfli bəyanatın icrasının vacib olduğunu vurğulayıb.

Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə gedib. 

Səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Baş Assambleyanın bu ilki iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.

Həmçinin oxuyun:

Ceyhun Bayramov Avropa Şurasının baş katibi ilə görüşdü

251
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu

ABŞ İran nüvə məsələsində razılığa gələ biləcəkmi? ekspert şərh edir

411
(Yenilənib 17:29 22.09.2021)
Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, İran tərəfi bu mesaja necə reaksiya verməsi sonrakı proseslərə təsir göstərəcək
Vüqar Zifəroğlu: “Danışıqlar kokret mövzular üzrə aparıla bilər”

“ABŞ İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planına tam qayıtmağa hazırdır”. Bunu ABŞ Prezidenti Cozef Bayden BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu Sputnik Azərbaycan-a deyib ki,  ABŞ-ın nüvə danışıqlarına qayıtması üçün konkret məqamlar bəllidir: “ABŞ “Vyana razılaşması”ndan çıxdığı zaman da konkret arqumentlər gətirmişdi. Danışıqlar kokret mövzular üzrə aparıla bilər. İran tərəfi bu mesaja necə reaksiya verməsi sonrakı proseslərə təsir göstərəcək. Amma hazırkı zamanda İran və ABŞ bu predmet üzrə danışıqlara başlaması və nüvə məsələsində razılığın əldə edilməsi ehtimalı çox aşağıdır. Bu məsələdən danışarkən İran-Çin münasibətlərinə də diqqət yetirilməlidir. Bu baxımdan, Qərb-İran münasibətlərinə təsir edən yeganə amil nüvə məsələsi deyil”.

Vüqar Zifəroğlunun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

411
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Əcnəbi jurnalist blogerlər Ağdama səfər ediblər

0
(Yenilənib 18:55 23.09.2021)
Bloger: Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm.

BAKI, 23 sentyabr — Sputnik. Sentyabrın 23-də Gürcüstandan olan bir qrup jurnalist və bloger işğaldan azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Sputnik Azərbaycan-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, onlar ilk olaraq Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksi ilə tanış olublar.

Daha sonra onlar Ağdam Çörək Muzeyinin, Ağdam Dram Teatrının qalıqlarına baxıb, işğal dönəmində ermənilərin heyvan saxladığı Ağdam Cümə məscidində olublar.

“Ağdamın hər yeri yerlə yeksan edilib. Ağdama növbəti dəfə də səfər etmək arzusundayam. Səbirsizliklə bura yenidən gəlib, abidələrin yeni və bərpa edilən formasını görmək istəyirəm”.
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
  • Gürcüstanlı jurnalistlərin Ağdama səfəri
    © Sputnik / Emin Babayev
1 / 3
© Sputnik / Emin Babayev
Gürcüstanlı jurnalistlərin Ağdama səfəri

Bu sözləri jurnalistlərə açıqlamasında gürcüstanlı bloger Nina Berdzenava deyib. O, Ağdamı gəlib bu vəziyyətdə görəcəyini təsəvvür etmədiyini bildirib.

"Ağdamda Azərbaycan xalqına məxsus tarixi abidələri dağıtsalar da, kökləri qalıb. Mən əminəm ki, Azərbaycan digər rayonlarda olduğu kimi buradakı abidələri də bərpa edəcək".
© Sputnik / Emin Babayev
Nina Berdzenava

“Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”. 

Bu sözləri Gürcüstanın Strateji və Beynəlxalq Araşdırmalar Fondunun eksperti, professor Zurab Batiaşvili Ağdam səfərinin təəssüratlarını bölüşərkən deyib. O bildirib ki, Ağdama səfəri onu sarsıldıb.

"Biz üç gündür Azərbaycandayıq. Bu günlər ərzində Bakıda, Gəncədə olduq. İndi isə Ağdama gəlmişik. Burda kəndlər, tarixi abidələr xarabalığa çevrilib. Əminəm ki, ən tez zamanda burda hər şey yenidən qurulacaq. Azərbaycan xalqı buna tam gücüylə dəstək verəcək. Azərbaycan iqtisadi, siyasi, hərbi cəhətdən güclü dövlətdir”.
© Sputnik / Emin Babayev
Zurab Batiaşvili

Qeyd edək ki, Ağdama səfər edən Gürcüstanlı qonaqlara ermənilərin işğal müddətində Azərbaycanın mədəni, tarixi və dini abidələrinə qarşı törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib.

Həmçinin oxuyun:

Toivo Klaar: Müharibənin acı xatirələri hər zaman qalacaq, lakin biz gələcəyə baxmalıyıq

0
Teqlər:
Gürcüstan