Əfqanıstanda qaçqınlar, arxiv şəkli

Ekspert: Avropanı Əfqanıstandan miqrant narkotik axını gözləyir

13
(Yenilənib 21:26 13.08.2021)
"Miqrantların və narkotiklərin Rusiya, türkiyə, Belarus və İran kimi ölkələr üzərindən axınına hazırlaşmaq lazımdır".

BAKI, 13 avqust — Sputnik. Avropa İttifaqı ölkələri Əfqanıstanda vəziyyətin pisləşməsi fonunda bu ölkədən miqrant və narkotik axınına hazırlaşmalıdırlar. Sputnik Azərbaycan istinadən xəbər verir ki, bunu RİA Novosti-yə müsahibəsində Avropa Şurasının beynəlxalq münasibətlər üzrə aparıcı eksperti Qustav Qressel deyib.

Onun sözlərinə görə, Avropa baş verən hadisələrin nəticələrinə hazırlaşmalıdır.

"Miqrantların və narkotiklərin Rusiya, türkiyə, Belarus və İran kimi ölkələr üzərindən axınına hazırlaşmaq lazımdır", - deyə agentliyin müsahibi bildirib.

Qressel həmçinin son illər bu problemlərin necə dərinləşdiyinin müşahidə olunduğunu da bildirib.

"Təəssüf ki, həmin problemlər Əfqanıstanda qoşunların sayından asılı olmayaraq qalmaqdadır", deyə Qressel vurğulayıb.

Həmçinin oxuyun:

13
Milli Məclisin iclası, arxiv şəkli

Azərbaycan Türkiyə xüsusi təyinatlılarının təliminə dair sənəd parlamentə göndərilib

12
(Yenilənib 18:06 15.09.2021)
Deputatların sözlərinə görə, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

BAKI, 15 sentyabr — Sputnik. Sentyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2021-ci il payız sessiyasında ilk iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a məlumat verilib ki, onlayn formatda keçirilən iclasda komitə sədri Səməd Seyidov gündəlikdəki məsələlərdən danışıb.

İclasda əvvəlcə, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülən işlər barədə hesabat təqdim edilib. Bildirilib ki, bu müddətdə komitənin 14 iclası keçirilib, 19 məsələ, o cümlədən bir sıra qanun layihələri, Azərbaycanla bəzi ölkələr arasında bağlanmış sazişlər, protokollar, müqavilələr müzakirə olunub, habelə dünyada və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Komitənin tövsiyə etdiyi 12 məsələ Milli Məclisdə qəbul edilib.

Diqqətə çatdırılıb ki, hesabat dövründə komitə sədri və üzvləri bir sıra dövlətlərin, beynəlxalq təşkilatların nümayəndə heyətləri ilə görüşüblər. Qeyd edilib ki, ötən müddətdə komitədə Niderland Krallığı ilə ikitərəfli münasibətlərə dair müzakirələr aparılıb.

Məlumat verilib ki, ötən müddətdə komitə üzvləri, həmçinin kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə fəallıq göstərərək, beynəlxalq münasibətlərə dair öz fikirlərini bildiriblər, xüsusilə müharibədən sonrakı dövrdə Azərbaycanın haqlı mövqeyinin geniş ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdiriblər.

Qeyd edilib ki, 2021-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitəyə ümumilikdə 4742 ərizə və şikayət daxil olub, 3127 müraciətlə bağlı müvafiq tədbirlər görülüb, aidiyyəti təşkilat və idarələrə məktublar göndərilib. Komitə üzvləri tərəfindən vətəndaşların onlayn və fərdi qaydada qəbulu keçirilib.

Sonra komitənin 2021-ci ilin payız sessiyası üçün iş planına baxılıb. Bildirilib ki, qarşıdakı dövrdə bir sıra qanun layihələrinin müzakirəsi, beynəlxalq və dövlətlərarası müqavilələrin təsdiqi, icrası və ləğv edilməsi qaydalarına aid sənədlərə rəy verilməsi, parlamentlərarası əlaqələrin daha da inkişaf etdirilməsi barədə təkliflərin irəli sürülməsi, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan təşkilatları və oradakı soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi nəzərdə tutulub. Növbəti sessiyanın iş planına, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda erməni hərbi təcavüzünün ağır nəticələrinin, habelə "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin geniş ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsi və digər məsələlər daxil edilib.

Daha sonra komitədə "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub.

Komitə sədri bildirib ki, Azərbaycan və Türkiyə arasında ən yüksək səviyyədə möhkəm münasibətlər qurulub. Bu gün Azərbaycan və Türk əsgərləri birgə təlimlər keçirlər və bu, orduların bir-birinə yaxınlaşması deməkdir. Qeyd edilib ki, iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı regionda sülhün və təhlükəsizliyin qorunması üçün atılan mühüm addımdır.

Tədbirdə çıxış edən komitə üzvləri Sahib Alıyev, Elman Nəsirov, Nəsib Məhəməliyev, Sevil Mikayılova, Ramin Məmmədov, Ramil Həsən Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair Anlaşma Memorandumu barədə öz fikirlərini açıqlayıblar, təlimlərin əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Azərbaycan və Türkiyə strateji müttəfiqdirlər və belə sənədlərin qəbul edilməsi bu münasibətlərin dərinləşməsi baxımından çox önəmlidir.

Müzakirələrin sonunda "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Onlayn iclasda komitə sədrinin müavini Sevinc Fətəliyeva, deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Cavanşir Feyziyev, Tural Gəncəliyev, Azər Kərimli, Asim Mollazadə, Rasim Musabəyov və Sabir Rüstəmxanlı iştirak ediblər.

12
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov

Emin Hüseynov: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər”

14
(Yenilənib 16:23 15.09.2021)
Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib ki, bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır
Emin Hüseynov: “Biz o irsi, o mirası qoruyub saxlamışıq”

Ermənilər Ağdamda çox vəhşiliklər törədib, tarixi yaddaşımızı silməyə cəhd ediblər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

E.Hüseynov bildirib ki, "ermənilər Ağdamı xarabalığa çevirib" dedikdə burada söhbət adi dağıntılardan, binaların dağıdılmasından getmir: “Onlar bizim tariximizi, mədəniyyətimizi silmək istəyiblər. Ağdam gözəl şəhər olub, Sovet İttifaqı dövründə iqtisadi baxımdan ən güclü potensialı olan sənaye zonası olub. Ağdamda 17 müəssisə mövcud olub. Hətta o müəssisələrdən biri Sovet İttifaqının kosmos sənayesi üçün cihazlar istehsal edib. Ağdam, eyni zamanda, bir muğam mərkəzi olub. Rayon böyük muğam sənətkarları yetişdirib. Biz o irsi, o mirası qoruyub saxlamışıq. Bura gələn Ağdam sakinləri bu xarabalıqları görürlər, ürəkləri parçalanır, ancaq onlar qürurludurlar ki, torpaqlarımız işğaldan azad edilib”.

Emin Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

14
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov

Ekspert Azərbaycanda torpaqların şoranlaşmasının səbəblərini izah edir

0
(Yenilənib 14:43 16.09.2021)
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov bildirib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir
Telman Zeynalov: “Torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”

Bu gün Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində keçirilən tədbirdə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov Azərbaycan ekoloji vəziyyətlə bağlı sualları cavablandırıb

Torpaqların şoranlaşması və onun qarşısının alınması barədə verilə suala cavab verən ekspert bu prosesin səbəblərini açıqlayıb.

O bildirib ki, uzun illər Azərbaycan ərazisində təsərrüfatlarda istifadə olunan suvarma üsulları bu gün bir çox ərazilərimizdə şoranlaşmaya gətirib çıxarıb.

Ekspert deyib ki, son dövrlər ölkədə ənənəvi suvarma üsullarından fərqli olaraq müasir suvarma texnologiyalarının tətbiqi bu prosesin qarşsının alınmasına xidmət edir: “Sovet dövründə torpaqların yanlış suvarılması, eyni zamanda torpaq örtüyünə vurulan ziyan sonda şoranlaşmaya gətirib çıxardı. Eyni zamanda təsərrüfat sahələrinin su ilə təminatı üçün qurulan su kanallarının beton bəndlərlə deyil, torpaqla qurulması şoranlaşmanı yaradan başlıca səbəblərdən oldu. Davamlı şəkildə torpağa hopan su torpağın altındakı duz təbəqəsinin bir müddət sonra üzə çıxmasına səbəb oldu. Ona görə də tərəfdarıyam ki, torpaqlar damcı suvarma üsulundan istifadə edilərək suvarılsın”.

Telman Zeynalovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

0