Qaz anbarı, arxiv şəkli

Prezidentlər Azərbaycan qazının Bolqarıstana ixracını müzakirə etdilər

4900
(Yenilənib 20:11 09.08.2021)
Prezidentlərin söhbəti zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

BAKI, 9 avqust - Sputnik. Bazar ertəsi, avqustun 9-da Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə məlumatı Prezidentin mətbuat xidməti yayıb.

Qeyd olunur ki, söhbət zamanı Azərbaycan-Bolqarıstan münasibətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin inkişaf perspektivləri müzakirə edilib. Ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Söhbət əsnasında Azərbaycan təbii qazının Bolqarıstana ixracı və Yunanıstan-Bolqarıstan qaz interkonnektorunun tikintisi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası Bolqarıstana təkcə təbii qaz deyil, elektrik enerjisinin də ixracına başlayıb və bu da energetika sektorunda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Prezident Rumen Radev Azərbaycanda yaradılmış sosial innovasiya mərkəzlərinin əhəmiyyətini vurğulayaraq bu sahədə ölkəmizin təcrübəsinə maraq ifadə edib.

Bolqarıstanın dövlət başçısı Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlıq ifadə edərək, bu səfərin münasib vaxtda həyata keçiriləcəyini bildirib.

Eləcə də oxuyun:

4900
Teqlər:
qaz, ixrac, Azərbaycan, Bolqarıstan, telefon danışığı, prezidentlər
Штаб-квартира Европейского суда по правам человека в Страсбурге

Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək

84
Leyla Abdullayeva qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

BAKI, 17 sentyabr - Sputnik. “Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.

O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.

“Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.

Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.

Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.

Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik”, - deyə L.Abdullayeva əlavə edib.

Eləcə də oxuyun:

84
Teqlər:
Ermənistan, məhkəmə, Azərbaycan, ayrı-seçkilik, Avropa İnsan Haqları Məhkəməsi
Meğridə İrana məxsus yük maşını, arxiv şəkli

Ekspert: Azərbaycan xarici dövlətlərin mallarından gömrük rüsumu tutmaq hüququna malikdir

13
(Yenilənib 19:48 16.09.2021)
Sputnik Azərbaycan-a müsahibə verən politoloq Elşən Manafov belə hesab edir ki, İran və Ermənistanın Azərbaycanın qanuni tələblərinə məhəl qoymaması ölkəmizi Nəzarət-Buraxılış-Məntəqəsi (NBM) yaratmağa vadar edib.

BAKI, 16 sentyabr — Sputnik. İrana məxsus yük maşınlarından Azərbaycan sərhədində gömrük rüsumunun tələb olunması ilə bağlı yaranan qalmaqal yeni mərhələyə keçib. İranlı sürücülər, əgər Yerevan problemi bir neçə saat ərzində həll etməsə, yolu bağlayacaqları ilə hədələyiblər. Hazırda Gorus-Qafan yolunda İrana məxsus təxminən 50 ədəd yük maşını toplanıb.

Sputnik Azərbaycan-a müsahibə verən politoloq Elşən Manafov belə hesab edir ki, İran və Ermənistanın Azərbaycanın qanuni tələblərinə məhəl qoymaması ölkəmizi Nəzarət-Buraxılış-Məntəqəsi (NBM) yaratmağa vadar edib.

"Ermənistanı xarici aləmlə birləşdirən iki yol var: biri Basarkeçərdən (Tavuş) Gürcüstana, digəri Zəngəzurdan (Sünik) İrana gedir. Məsələ burasındadır ki, ikinci yolla bu ay ərzində İrandan bu ölkəyə məxsus yük maşınları (Azərbaycan tərəfinin razılığı olmadan) müxtəlif yükləri Qarabağa çatdırmağa başlayıblar. İran və Ermənistanın rəsmi şəxslərinin Azərbaycanın qanuni tələblərinə məhəl qoymamaları ölkəmizi nəqliyyat vasitələrini yoxlamaq üçün Gorus-Qafan yolunda polis blokpostları qurmağa vadar edib", – deyə Manafov bildirib.

Ekspertin sözlərinə görə, əslində, rəsmi İrəvan Naxçıvanla Ermənistan arşında dəmir yolunun tikintisinə icazə versə də, buna maneələr yaradır və sözügedən addım faktiki olaraq Azərbaycan tərəfinin gördüyü cavab tədbirdir.

Digər tərəfdən, Manafov qeyd edib ki, Gorus-Qafan yolu üzərindəki sərhəd məntəqəsində Azərbaycan sərhədçisinə hücum olunması və Ermənistan tərəfinin məsuliyyətsiz hərəkətləri Azərbaycanı təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edib.

"Ermənistanın Moskva bəyannaməsinə əməl etməməsi, İranın Bakının beynəlxalq hüquq normalarına əsaslanan tələblərini yerinə yetirməməsi Azərbaycanı İran və Ermənistanın tutduğu rəsmi mövqedən narazılığını ifadə edən qərar verməyə yönləndirdi", – deyə Manafov vurğulayıb.

Xatırladaq ki, sentyabrın 12 -də Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Rusiya Federasiyasının Müdafiə Nazirliyinə və Sülhməramlı Qüvvələrin Komandanlığına başqa ölkələrə məxsus nəqliyyat vasitələrinin qanunsuz olaraq Rusiya Federasiyasının sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə keçməsi ilə bağlı məktub göndərib. Məktubda bu kimi halların 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata zidd olduğu qeyd olunur və bu cür səfərlərin qarşısının alınması təklif olunur.

"Digər ölkələrin hüquqi və fiziki şəxsləri, onların nəqliyyat vasitələri Azərbaycan Respublikasının razılığı olmadan Azərbaycan ərazisinə daxil ola bilməz və bu cür hallar ölkəmizin qanunlarının pozulması deməkdir", - deyə Müdafiə Nazirliyinin məlumatında bildirir.

Manafov onu da qeyd edib ki, Azərbaycan ərazisinə daxil olan xarici dövlətlərə və ya şirkətlərə məxsus mallardan gömrük rüsumu tutmaq üçün bütün hüquqlara malikdir.

Eləcə də oxuyun:

13
Teqlər:
Gorus, Qafan rayonu, yol, rüsum, gömrük rüsumu, ekspert, şərh