Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

Azərbaycan Rusiya prezidentləri ortaq mövqedən çıxış edir - deputat

695
(Yenilənib 18:39 21.07.2021)
İlham Əliyevin Moskva səfəri postmüharibə dövrünün reallıqları və bu kontekstdə tərəflərin ortaq mövqeyini bir daha ortaya qoyub.

BAKI, 21 iyul - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşündə daha çox iqtisadi məsələlər müzakirə olundu, amma əsas diqqət mərkəzində saxlanılan məsələ post-konflikt reallıqları ilə bağlı idi.

Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov APA-ya bildirib. 

Deputat qeyd edib ki, ümumilikdə görüş olduqca məhsuldar keçib və ikitərəfli münasibətlər, regional məsələlərə bağlı geniş aspektdə fikir mübadiləsi aparılıb. Səfər postmüharibə dövrünün reallıqları və bu kontekstdə tərəflərin ortaq mövqeyini bir daha ortaya qoyub.

Nəsirovun fikrincə, postmüharibə dövrü ilə bağlı həm Azərbaycan, həm də Rusiya prezidentləri ortaq mövqedən çıxış edir. Bu, hər iki dövlət başçısının mətbuata açıqlamalarından da görünür. Görüşdə regionda məhz əməkdaşlıq mühitinin formalaşması, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması, o cümlədən bu nöqteyi-nəzərdən kommunikasiyaların bərpası ətrafında fikir mübadiləsi aparılıb. Söhbət məhz Rusiya Prezidentinin iştirakı ilə imzalanmış 10 noyabr 2020-ci il, o cümlədən 11 yanvar 2021-ci il tarixli sənədlərdə əksini tapmış kommunikasiyaların bərpası məsələsindən gedir. Amma hər iki sənəddə də yer alan bu məsələ ilə bağlı proses çox zəif getməkdədir və bir çox hallarda donmuş vəziyyətdədir.

""Zəngəzur dəhlizi”nin açılması məsələsində də hər iki tərəfin eyni yanaşmadan çıxış etməsi öz təsdiqini tapdı. Bu məsələdə tək Rusiya deyil, həmçinin İran, Türkiyə və Gürcüstan da bizi dəstəkləyir. Belə olan vəziyyətdə hər şey Ermənistanın davranışından asılıdır. Çünki Ermənistan üçün "Zəngəzur dəhlizi"nin açılması onun blokadan çıxması, eləcə də İran və Rusiya ilə Azərbaycan ərazisindən keçməklə dəmiryolu və avtomobil xətlərinin açılması deməkdir. Bu da Ermənistan üçün olduqca vacib məsələyə çevrilib", - deyə Nəsirov bildirib. 

E.Nəsirov Rusiya Prezidentinin görüşdə hər iki tərəfin müharibədən sonra kompromisə hazırlığı ilə bağlı açıqlamasına da diqqət çəkib: 

"Burada Azərbaycan tərəfinin əsas nəzərdə tutduğu məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Çünki Prezident İlham Əliyev bu istiqamətdə konkret təşəbbüslərlə çıxış edib, amma Ermənistan tərəfdən hələ ki, müsbət cavab gəlmir. Digər tərəfdən, Azərbaycan bir məsələdə güzəştə gedə bilər. Ölkəmiz humanizm prinsiplərindən çıxış edərək bir neçə dəfə erməni diversantları ölkələrinə təhvil verib. Azərbaycan bu istiqamətdə növbəti addımlar ata bilər. Yəni hər şey Ermənistanın bundan sonrakı davranışlarından asılıdır. Amma Ermənistan tərəfi hələ də qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Bir çox hallarda yenidən sərhəddə atəşkəs rejimi pozulması kimi hallar qeydə alınmaqdadır".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü qeyd edib ki, Rusiyanın proseslərə və xüsusilə Ermənistana təsir imkanları genişdir: 

"Çünki birbaşa Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşləri və siyasi dialoqu yoxdur. Belə vəziyyətdə Rusiyanın imkanlarından istifadə etmək çox əhəmiyyətlidir. Əslində Azərbaycan Prezidentinin Vladimir Putinə söylədikləri və Azərbaycanın mövqeyi Rusiya vasitəsilə Ermənistana çatmış olacaq. Minalanmış ərazilərinin xəritələrin verilməsi məsələsi gündəmdədir. Bu məsələdə müəyyən addımlar atılıb, amma bunlar yetərli deyil. Hələ də bizim ərazilərimizin bir hissəsi minalanmış vəziyyətdə qalmaqdadır".

Xatırladaq ki, iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib. Liderlərin görüşündə Qarabağ problemi başda olmaqla regional məsələlər, iqtisadi əməkdaşlıq, tranzit layihələri və iki ölkənin maraqlarını ifadə edən digər məsələlər müzakirəyə çıxarılıb. 

Həmçinin oxuyun: 

* Azərbaycan və Rusiya liderləri görüşdə nə danışıblar? 

* İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar

* Əliyevlə Putinin görüşündən gözləntilər

Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin nə danışırlar

695
Azərbaycan hərbçiləri, arxiv şəkli

Prezidentin Moskva səfəri, RF ilə artan əlaqələr, sərhəddə gərginlik - Həftənin icmalı

1997
(Yenilənib 11:44 25.07.2021)
Bu həftə dövlət başçısının gözlənilməz Rusiya səfəri, sərhəddə silahlı toqquşmayadək artan gərginlik və digər hadisələrlə yadda qaldı.

BAKI, 25 iyul — Sputnik. Geridə qalan həftə də siyasi hadisələrlə zəngin olub.

Zakir Həsənov təxribatların qarşısının alınması üçün göstərişlər verdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyulun 19-u keçirdiyi xidməti müşavirədə bəyan edib ki, azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Düşmən yenə Naxçıvanı atəşə tutdu

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

"Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində yayılan məlumatda bildirilib.

"Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq", - deyə məlumatda qeyd olunub.

Moskvada Əliyev – Putin görüşü

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər koronavirus pandemiyasından sonra bərpa olunur, yaxın gələcəkdə Rusiya nümayəndə heyəti ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gələcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bildirib.

"Gəlməyə razılıq verdiyiniz üçün Sizə minnətdaram, Allaha şükür, münasibətlərimiz, ilk növbədə iqtisadiyyat demək olar ki, koronavirusdan sonra bərpa olunur", - deyə Putin Əliyevlə görüş zamanı bildirib.

O, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəal işlədiyini qeyd edib.

"Yaxın gələcəkdə bu məsələlərlə məşğul olacaq nümayəndə heyətimizi artıq Bakıya göndərməyi planlaşdırırıq", - deyə Rusiya dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, müxtəlif əməkdaşlıq sahələrini - sənaye, nəqliyyat, infrastruktur və digər məsələləri nəzərdən keçirmək planlaşdırılır.

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair kompromis həllər tapdığı üçün Azərbaycan rəhbəri İlham Əliyevə təşəkkür edib.

"Əlbəttə ki, ən vacib məsələlərdən biri bölgədəki vəziyyətin həlli məsələsi olaraq qalır. Bilirəm ki, siz əlbəttə buna böyük diqqət və əhəmiyyət verirsiniz. Və kompromis həllər tapdığınız üçün sizə təşəkkür etmək istəyirəm", - deyə Putin Kremldə keçirilən görüşdə azərbaycanlı həmkarına bildirib.

"Onlar hər zaman məsələnin ən çətin tərəfidir. Ancaq əgər biz istəyiriksə və hamımız məsələnin həllini istəyiriksə, bu yolla getrməliyik. İndiyə qədər biz bunu etməyə nail olduq", - Putin əlavə edib.

Prezident İlham Əliyev şəhid jurnalistlərin ailələrinə ev verib

22 iyul - Milli Mətbuat Günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif edilib. Dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilib. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Görüşdə vurğulanıb ki, bütün bunlar cənab Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani təzahürüdür.

Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Karantin uzadıldı, avqustda da həftəsonları marşrut və metro işləməyəcək

İyulun 22-də Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır

İyulun 23-ü Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkə arasında birgə lizinq şirkətinin yaradılması ilə bağlı sənəd imzalanıb. Müştərək şirkəti Azərbaycanın "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və Rusiyanın "KamAZ" şirkəti yaradır.

Sənəd GAZ Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin tərəfindən imzalanıb.

Qərar verildi, Şuşaya dəmiryol xətti çəkiləcək

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmiryol xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmiryolunun layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən həyata keçirilib.

Cavid Qurbanov qeyd edib ki, ərazidə tunellər çoxdur, ərazi dağlıq ərazidir: "Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq".

Prezident Azərbaycanın bir neçə səfirini geri çağırdı, bir neçəsini isə təyin etdi

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamları ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, həmçinin Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İrfan Şakir oğlu Davudovu Azərbaycan Respublikasının Malayziyada, Kamil Tacid oğlu Xasiyevi isə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Prezidentin sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

İlham Əliyevin Qərb bölgəsinə səfəri

İyulun 22-də Prezident İlham Əliyev Daşkəsən, Naftalan, Goranboy və Gəncəyə səfər edib. Səfər çərçivəsində Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verilib. İlham Əliyev Daşkəsəndə "AzerGold" QSC-nin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib. Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Prezident İlham Əliyev Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib. Goranboy Olimpiya İdman Kompleksinin açılışı olub. Prezident İlham Əliyev Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

Azərbaycan Ordusunun Baş qərargah rəisi təyin edildi

İyulun 23-ü Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilib.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Həmçinin oxuyun:

Azərbaycan və Rusiya liderləri görüşdə nə danışıblar?

İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar

Prezident Azərbaycanın bir neçə səfirini geri çağırdı, bir neçəsini isə təyin etdi

Baş nazir rəsmiləri topladı: COVID-19-a yoluxmanın artması ilə bağlı düyməyə basıldı

1997
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək”

17
(Yenilənib 17:01 23.07.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı
Mübariz Əhmədoğlu: “Bu məsələdə Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”

“Bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir. Bu, Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmağa imkan verəcək, Azərbaycan üçün bu, Naxçıvan Muxtar Respublikasına əlavə marşrut verəcək. Bölgədə 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma seçici olmamalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Ermənistan kommunikasiyaların açılmasının əleyhinədir: “Bunu da müxtəlif formalarda təqdim edirlər. Ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı. Digər kommunikasiyaların bərpası ilə müqayisədə Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək. Mehri dəmiryolu Moskva-Tehran qatarının getdiyi marşrutdur. Yəni Rusiyanın qatarı İranın və Türkiyənin sərhəddi ilə gedirdi. Bu böyük geosiyasi üstünlükdür. Kommunkasiya məsələsində Azərbaycan tək deyil. Bu məsələlərin irəliləməsində Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda son sutkada 386 nəfər COVID-19-a yoluxub

3591
Azərbaycanda indiyədək ümumilikdə 340 443 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb.

BAKI, 25 iyul - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 386 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 340 443 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 332 056 nəfər müalicə olunaraq sağalıb, 5 006 nəfər vəfat edib, aktiv xəstə sayı 3 381 nəfərdir.

Ölkədə son sutka ərzində 9 684, hazırkı dövrədək isə 3 975 081 test aparılıb.

İyulun 24-nə olan yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 412 yeni yoluxma faktı qeydə alınıb, 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutkada koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 340 057 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 907 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib, aktiv xəstə sayı 3148 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 381, ötən müddət ərzində isə ümumilikdə 3 965 397 test aparılıb.

İyulun 23-nə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 371 yeni yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331782 nəfər müalicə olunaraq sağalıb, 5002 nəfər vəfat edib, aktiv xəstə sayı 2861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10448, ötən müddət ərzində isə ümumilikdə 3954016 test aparılıb.

Azərbaycanda son sutkada 45 734 nəfərə vaksin olunub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 720, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 014 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 461 701, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 616 230, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 845 471 təşkil edir.

İyulun 22-nə olan statistika

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün COVID-19-dan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 274  nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 629 nəfər müalicə olunaraq sağalıb, 4999 nəfər vəfat edib, aktiv xəstə sayı 2646 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7655, ötən müddət ərzində isə ümumilikdə 3 943 568 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 17 067 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 675 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 415 967, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 602 510, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 813 457 təşkil edir.

İyulun 21-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün COVID-19-dan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4998 nəfər vəfat edib, aktiv xəstə sayı 2527 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6593, ötən müddət ərzində isə ümumilikdə 3 935 913 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 15 025 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5452, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9573 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 398 900, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 597 118, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 801 782 təşkil edir.

İyulun 20-nə olan statistika

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölüm halı qeydə alınmayıb. 

Ölkədə indiyədək ümumilikdə 338 837 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 414 nəfərdir.

Ölkədə son sutka ərzində 8479, hazırkı dövrədək isə 3 929 320 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 036 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 370 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 383 875, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 591 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 792 209 təşkil edir.

İyulun 19-na olan statistika

Azərbaycan Respublikasında son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 148 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 338 586 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331 350 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib, aktiv xəstə sayı 2 242 nəfərdir.

Ölkədə son sutka ərzində 6 022, hazırkı dövrədək isə 3 920 841 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 483 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 839 təşkil edir.

İyulun 18-nə olan statistika

Azərbaycan Respublikasında son sutkada koronavirus (COVID-19) infeksiyasına 255 yeni yoluxma faktı qeydə alınıb, 94 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 338 438 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 331 294 nəfər müalicə olunaraq sağalıb, 4 992 nəfər vəfat edib, aktiv xəstə sayı 2 152 nəfərdir.

Ölkədə son sutka ərzində 9 319, hazırkı dövrədək isə 3 914 819 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 869 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 370 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 356, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 580 819, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 537 təşkil edir.

İyulun 17-nə olan statistika

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 213 yeni yoluxma faktı qeydə alınıb, 88 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 338 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 200 nəfər müalicə olunaraq sağalıb, 4 991 nəfər vəfat edib. 1 992 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 817, bu günə qədər isə ümumilikdə 3 905 500 test icra olunub.

Azərbaycanda bu gün 39 986 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 430, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 556 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 323 487, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 566 320, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 757 167 nəfər təşkil edir.

İyulun 16-na olan statistika

Azərbaycanda son sutkada koronavirus infeksiyasına daha 169 yeni yoluxma faktı qeydə alınıb, 92 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutkada ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 970 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 112 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1868 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8628, ötən müddət ərzində isə ümumilikdə 3 894 683 test aparılıb.

Azərbaycanda bu gün 40 774 nəfər vaksinasiya olunub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 123, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 651 nəfər təşkil edib. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 283 501, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 548 890, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 734 611 nəfər təşkil edir.

İyulun 15-nə olan statistika

Azərbaycanda koronavirus infeksiyasına daha 199 yeni yoluxma faktı qeydə alınıb, 74 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 020 nəfər müalicə olunaraq sağalıb, 4 990 nəfər vəfat edib, aktiv xəstə sayı 1791 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9093, ötən müddət ərzində isə ümumilikdə 3 886 055 test aparılıb.

Azərbaycanda bu gün 41 733 nəfər vaksinasiya olunub.

İyulun 14-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 146 yeni yoluxma faktı qeydə alınıb, 73 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19-dan ölüm faktı qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 946 nəfər müalicə olunaraq sağalıb, 4988 nəfər vəfat edib, aktiv xəstə sayı 1668 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9046, ötən müddət ərzində isə ümumilikdə 3 876 962 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 696 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 222, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 474 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 200 994, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 512 773, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 688 221 təşkil edir.

İyulun 13-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 133 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 456 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 873 nəfər müalicə olunaraq sağalıb, 4 988 nəfər vəfat edib, aktiv xəstə sayı 1595 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 365, ötən müddət ərzində isə ümumilikdə 3 867 916 test aparılıb.

Ölkədə son sutkada koronavirus (COVID-19) əleyhinə 50 784 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 19 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31 413 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 159 298, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 494 551, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 664 747 təşkil edir.

İyulun 12-nə olan statistika

Azərbaycanda koronavirus infeksiyasına daha 69 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 3 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 337 323 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 802 nəfəri müalicə olunaraq sağalıb, 4987 nəfər vəfat edib, aktiv xəstə sayı isə 1534 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6271, ötən müddət ərzində isə ümumilikdə 3 858 551 test aparılıb.

İyulun 11-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 337 254 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.

Ölkədə son sutka ərzində 10 144, hazırkı dövrədək isə 3 852 280 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 732 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 809, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 923 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.

İyulun 10-na olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 136 yeni yoluxma faktı qeydə alınıb, 57 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1389 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.

İyulun 9-na olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 668 nəfər müalicə olunaraq sağalıb, 4 982 nəfər vəfat edib, aktiv xəstə sayı 1312 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9947, ötən müddət ərzində isə ümumilikdə 3 831 673 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 510 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 756, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 754 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 015 615, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 437 929 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 577 683 təşkil edir.

İyulun 8-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1202 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 478 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 166, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 312 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.

İyulun 7-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 127 yeni yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 567 nəfər müalicə olunaraq sağalıb, 4 979 nəfər vəfat edib, aktiv xəstə sayı 1 138 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 025, ötən müddət ərzində isə ümumilikdə 3 813 017 test aparılıb.

Həmçinin Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 55 169 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 24 211, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 30 958 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 910 624, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 396 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 514 617 təşkil edir.

İyulun 6-na olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 78 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 557 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 513 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1066 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9952, ötən müddət ərzində isə ümumilikdə 3 802 992 test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb. Həmin sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

Həmçinin Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61 922 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 425, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 497 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 855 455, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 371 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 483 659 təşkil edir.

İyulun 5-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 62 yeni yoluxma faktı qeydə alınıb, 33 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 336 479 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 466 nəfər müalicə olunaraq sağalıb, 4 978 nəfər vəfat edib, aktiv xəstə sayı 1035 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 951, ötən müddət ərzində isə ümumilikdə 3 793 040 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 769 vaksin vurulub. Son bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 294, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 475 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 793 533, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 345 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 448 162 təşkil edir.

İyulun 4-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 53 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından bir nəfər ölüb.

Azərbaycanda indiyədək ümumilikdə 336 417 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 330 433 nəfər müalicə olunaraq sağalıb, 4978 nəfər vəfat edib, aktiv xəstə sayı 1006 nəfərdir.

Ölkədə son sutka ərzində 8 679, hazırkı dövrədək isə 3 787 089 test aparılıb.

İyulun 3-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına son sutkada 95 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, son sutka ərzində koronavirusdan ölüm qeydə alınmayıb.

İndiyədək ölkədə ümumilikdə 336318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330380 nəfər müalicə olunaraq sağalıb, 4977 nəfər vəfat edib, aktiv xəstə sayı 961 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10428, ötən müddət ərzində isə ümumilikdə 3778410 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 69718 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 31055, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38663 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3740447, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2321863, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1418584 təşkil edir.

İyulun 2-nə olan statistika

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 101 yeni yoluxma faktı qeydə alınıb, 63 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 223 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 338 nəfər müalicə olunaraq sağalıb, 4 977 nəfər vəfat edib, aktiv xəstə sayı 908 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 851, ötən müddət ərzində isə ümumilikdə 3 767 982 test aparılıb.

1 iyula olan yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 336 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 275 nəfər müalicə olunaraq sağalıb, 4 975 nəfər vəfat edib, aktiv xəstə sayı 872 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 828, ötən müddət ərzində isə ümumilikdə 3 758 131 test aparılıb.

Qeyd edək ki, dünən Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 86 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Həmçinin bu gün Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85 889 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 063 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 256 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 340 292 təşkil edir.

3591
Teqlər:
statistika, Azərbaycan, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər