Kalaşnikov avtomatı, arxiv şəkli

Xüsusi nümayəndə: Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən narahatdır

23
(Yenilənib 14:40 20.07.2021)
Brüsselin Azərbaycan-Ermənistan sərhədində son günlər artan insidentlərdən narahat olduğunu dilə gətirən Klaar tərəfləri konstruktiv dialoqa dəvət edib.

BAKI, 20 iyul - Sputnik. Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistanın dövlət sərhədində baş verənlərdən narahatdır.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəsi Toyvo Klaar çərşənbə axşamı, iyulun 20-də özünün "Twitter" səhifəsində bildirib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Biz yeni itkilər qeydə alınmadan tərəfləri təmkinli olmağa, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq", - Klaar yazıb.

Xüsusi nümayəndə həmçinin Avropa İttifaqının tərəflərə kömək etməyə hazır olduğunu da qeyd edib.

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədində insidentlər baş verir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib.

Bundan sonra Ermənistan ordusunun bölmələri dəfələrlə Azərbaycanın sərhəd boyu yerləşən mövqelərini, eləcə də Qarabağdakı mövqelərimizi atəşə tutub.

Son günlər belə təxribatlar daha da intensivləşib. İyulun 19-u ərzində üç dəfə Naxçıvan ərazisi 

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən müxtəlif çaplı silahlardan atəşə tutulub, bir əsgərimiz yaralanıb.

Eləcə də oxuyun:

23
Teqlər:
xüsusi nümayəndə, Avropa İttifaqı, atışma, sərhəd, Azərbaycan, Ermənistan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (1195)
Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

İlham Əliyev AKP sədrinin birinci müavinini qəbul edib

19
Görüşdə ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

BAKI, 26 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulanıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd edilib ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunulub.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı, ölkələrimiz arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

19

Prezident: Azad olunmuş ərazilərdə bərpa işlərində dost ölkələrin şirkətləri iştirak edir

1444
(Yenilənib 23:07 25.07.2021)
Azərbaycan Prezidenti Serbiya şirkətlərinin gələcəkdə işğaldan azad olunmuş ərazilərdəki bərpa və yenidənqurma işlərində iştirakının mümkünlüyünü bildirib.

BAKI, 25 iyul - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Serbiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Vuçiçə çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulanıb.

Söhbət zamanı Azərbaycanın və Serbiyanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə dəstəklədiyi bildirilib. İqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub. Prezident İlham Əliyev deyib ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işlərində dost ölkələrin şirkətləri iştirak edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə bu işlərdə iştirakının mümkünlüyü bildirilib.

Həmçinin oxuyun:

Serbiya prezidenti Azərbaycan liderini ölkəsinə rəsmi səfərə dəvət edib

İlham Əliyev: "Bizim üçün Serbiya ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir"

İlham Əliyev Türkiyə və Serbiyanın səfirlərinin etimadnamələrini qəbul edib

1444

Londonun su batmış küçələri