Prezident İlham Əliyev Xocasən qəsəbəsində mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib

Azərbaycan Prezidenti: Ermənistanda müharibədə ölənlərin ailələrinə bir daxma da verilmir

2020
(Yenilənib 15:14 14.07.2021)
İlham Əliyev deyib ki, Ermənistan İkinci Qarabağ müharibəsində Azərbaycandan da çox itki verib, lakin orada müharibədə ölənlərin ailələrinə nə avtomobil verilib, nə də mənzil.

BAKI, 14 iyul — Sputnik. Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimində söyləyib.

Dövlətimizin başçısı deyib: "Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir.

Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilməyib.

Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır".

2020
Görüş zamanı

Xaricdəki Azərbaycan səfirlərini topladılar: bu layihə çərçivəsində etməli?

14
(Yenilənib 22:00 29.07.2021)
Fuad Muradov deyib ki, ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir.

BAKI, 29 iyul — Sputnik. 28 iyul 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədrinin ADA universitetində Azərbaycanın xaricdəki səfirləri ilə görüşü baş tutub.

Görüşdə Azərbaycan Respublikasını müxtəlif ölkələrdə təmsil edən 23 səfir, Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım, ADA Uninversitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva və digər qonaqlar iştirak edib.

Görüşdə xüsusi qonaq qismində Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov da iştirak edib.

  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
  • Görüş zamanı
    © Photo: Karabakh Revival Fund
1 / 4
© Photo: Karabakh Revival Fund
Görüş zamanı

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev ilk olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin Qarabağın uzun onilliklər ərzində davam edən erməni işğalına son qoyaraq, ölkəmizin ərazi bütövlüyünü təmin olunmasından və bu Qələbənin ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində yeni reallıq yaratmasından danışıb. R.Hacıyev sözlərinə Qarabağ Dirçəliş Fondunun yaradılması, əsas məqsəd və vəzifələri, hazırki fəaliyyət istiqamətləri və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva olduğu və bir müddət öncə ictimaiyyətə təqdim olunan "Karabakh.Center" (www.karabakh.center) layihəsi haqqında ətraflı məlumat verərək davam edib.

Daha sonra dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən "Qarabağda Urbisid" adlı sənədli film və "Karabakh.Center" saytının təqdimat videosu nümayiş olunub.

Görüş zamanı Qarabağ Dirçəliş Fondunun beynəlxalq əməkdaşlıq imkanları, xarici ölkələrdə "Karabakh.Center" layihəsi və xüsusilə erməni işğalı nəticəsində ərazilərimizə dəymiş zərər haqqında təşviqat işlərinin təşkili müzakirə edilib.

Həmçinin, səfirlərin təmsil olunduğu ölkələrdə və xaricdə yaşayan fəallarla səmərəli əməkdaşlıq qurulması və diasporamızın Qarabağ üçün ianələrin köçürülməsinin imkanları haqqında fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov qeyd edib ki, xaricdə təşviqat işlərinin aparılması üçün uyğun platformaları və təşkilatları qruplaşdırmaq və ölkədən kənarda yaşayan soydaşlarımızın ianə edərək işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində görülən tədbirlərə qoşulmasını təmin etmək çox vacibdir. O, uzun illərdir xaricdə yaşayan və peşəkar formada fəaliyyət göstərən diplomatların təcrübələrindən və tövsiyələrindən faydalanmağın vacib olduğunu bildirib.

Fuad Muradov tarixdə münaqişə zəmnində dağıntıya məruz qalmış şəhərlərin təcrübələrinin öyrənilməsi və "şəhərlərin qardaşlaşması" məsələsinə toxunub.

Görüşün moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə öz çıxışında ikinci Qarabağ müharibəsinə dair həqiqətlərin öyrənilməsinin, həmçinin Azərbaycana qarşı dünya mətbuatında tirajlanan saxtalaşdırılmış faktlara qarşı birgə səmərəli mübarizənin aparılmasının vacibliyini vurğulayıb.

Müzakirə zamanı müxtəlif ölkələlərdə Azərbaycan Respublikasını təmsil edən səfirlər təbliğat və təşviqat işləri ilə bağlı maraqlı məlumat və ideyalarla bölüşərək, ianələrin toplanması, bərpa və quruculuq işlərinə soydaşlarımzı və investorları cəlb etməyin zəruriliyini qeyd edərək, bu məqsədlə nəzərdə tutduqları bir sıra təkliflər irəli sürüblər.

Sonda, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev faydalı görüşün baş tutmasına dəstək verən Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramova, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradova, ADA universitetinin rəhbərliyinə və iştirak edən səfirlərə öz minnətdarlığını bildirib.

14

Ceyhun Bayramovla Aİ-nin xüsusi nümayəndəsi arasında telefon danışığı olub

1180
(Yenilənib 21:12 29.07.2021)
Söhbət zamanı Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.

BAKI, 29 iyul - Sputnik. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın telefon danışığı baş tutub.

XİN-dən verilən məlumata görə, tərəflər üçtərəfli bəyanatların icrası ilə bağlı və bölgədəki cari vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Aİ-nin xüsusi nümayəndəsi iki dövlətin sərhəd bölgəsində yaşanan gərginliklə bağlı narahatlığını ifadə edib.

C.Bayramov son günlərdə Ermənistan tərəfindən iki dövlətin sərhəd bölgəsində təxribatlar törədildiyi, bunun nəticəsində 23 iyul tarixində bir azərbaycanlı hərbi qulluqçunun şəhid olduğu, 28 iyul tarixində isə iki hərbi qulluqçumuzun yaralandığı barədə məlumat verib. Azərbaycan Silahlı Qüvvələrinin bu hərbi təxribatlara cavab tədbirləri həyata keçirdiyi və Azərbaycanın beynəlxalq sərhədlərini qoruduğu qarşı tərəfin diqqətinə çatdırılıb.

Ermənistanın belə bir məsuliyyətsiz davranışa son verməli olduğu, üzərinə götürdüyü öhdəliklərə riayət etməli olduğu vurğulanıb.

Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı və bu məsələlərin diplomatik yolla həllinin tərəfdarı olduğu Aİ xüsusi nümayəndəsinin diqqətinə çatdırılıb.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Azərbaycan-Ermənistan sərhədindəki gərginlik

İyulun 29-na olan məlumat

11:10

Ermənistan tərəfinin guya atəşkəsin tərəfimizdən pozulması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

Bildirilir ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir.

Ermənistan tərəfi son saatlarda guya Azərbaycan Ordusunun atəşkəsi pozması nəticəsində erməni hərbçinin yaralandığı barədə məlumat yayıb.  

09:10

Kəlbəcər rayonu istiqamətində atəşkəs yenidən pozulub

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

İyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

09:57

İyulun 28-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər

İyulun 28-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində başladığı təxribatın qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri davam edir.

Bölmələrimiz tərəfindən qarşı tərəfin atəş nöqtələrinin neytrallaşdırılması istiqamətində zəruri addımlar atılmışdır.

Ermənistan ərazisində guya mülki obyektlərə zərərin yetirilməsi barədə xəbərlər yalandır və sırf dezinformasiya məqsədi daşıyır. Ermənistan hərbi-siyasi rəhbərliyi ənənələrinə sadiq olaraq Ermənistan ictimaiyyətini və beynəlxalq aləmi çaşdırmaq üçün yalan məlumatlar yaymaqda davam edir.

Ermənistanın hərbi-siyasi rəhbərliyini iki ölkənin dövlət sərhədində hərbi avantüra məqsədi daşıyan təxribatlar və vəziyyəti qəsdən gərginləşdirmək əməllərindən çəkinməyə və sivil qaydada dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Bir daha bildiririk ki, Ermənistan-Azərbaycan dövlət sərhədində vəziyyətin gərginləşdirilməsinə görə məsuliyyət tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığını təmin etmək üçün Ermənistanın bütün təxribatlarının qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.

05:05

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində təxribat törətməyə davam edir. 

İyulun 28-i saat 00:50 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan növbəti dəfə intensiv atəşə tutub. 

Qarşı tərəfdən açılan atəş nəticəsində iki hərbi qulluqçumuz - Əliyev Sadiq Nizami oğlu və İmranlı İmran Dilqəm oğlu yaralanıb. Yaralılara ilkin tibbi yardım göstərilib, onların həyatları üçün təhlükə yoxdur.

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

Bir daha qeyd edirik ki, iki ölkənin dövlət sərhədi boyunca gərginliyin artırılmasına görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

İyulun 27-də dövlət sərhədində baş verənlər

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cavab atəşi ilə düşmən susdurulub.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 26-da dövlət sərhədində baş verənlər

Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində növbəti dəfə təxribat törədib.

İyulun 26-sı saat 03:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutub. 

Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

İyulun 25-də dövlət sərhədində baş verənlər

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

İyulun 24-də Azərbaycan-Ermənistan sərhədində baş verənlər

11:07

Hazırda Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir. 

"Əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır", - məlumatda qeyd olunur.

03:23

Ermənistan mətbuatının guya Azərbaycana məxsus PUA-nın Vedi rayonunun Arazdəyən kəndi üzərində vurulması barədə yaydığı xəbər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən havaya heç bir PUA qaldırılmayıb.

İyulun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədində baş verənlər

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir. 

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

1180
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi