Azərbaycan hərbçisi, arxiv şəkli

Müdafiə Nazirliyi sərhədlə bağlı Yerevanın iddiasına cavab verdi

53
(Yenilənib 15:41 06.07.2021)
MN-in açıqlamasına görə, əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər.

BAKI, 6 iyul — Sputnik. Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur. Bunu Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən bildirib.

"Ermənistan tərəfinin dövlət sərhədində baş vermiş insidentlə bağlı yaydığı məlumata cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən atəş açılmayıb. Şəxsi heyətimiz arasında heç bir yaralanan yoxdur.

Əgər Ermənistan silahlı qüvvələrində hər hansı bir itki və ya yaralı varsa, bu, yalnız öz aralarında baş verən insident nəticəsində ola bilər", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətinin nümayəndəsi, polkovnik Samvel Asatryan bildirmişdi ki, Geğarkunikdə guya Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında atışma olub. Nəticədə Ermənistan tərəfindən bir əsgər, Azərbaycan tərəfindən isə iki əsgər yaralanıb.

Sərhəddə gərginlik

Müntəzəm olaraq iki ölkənin sərhədindən təlaşlı xəbərlər gəlir. Bu il mayın 12-də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi tədbirlərini qarşı tərəf Zəngəzur ərazisinin, xüsusilə Qaragöl ətrafının qəsbi kimi qələmə verməyə çalışıb. Ermənistan KTMT-yə müraciət etsə də, təşkilatdan ona hərbi əməliyyatlara əl atmamaq tövsiyə edilib. Mayın 24-dən 26-dək Azərbaycan ordusunun mövqeləri üç istiqamətdən atəşə tutulub.

Bundan üç gün sonra Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib.

İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

Bu hadisələrdən sonra müntəzəm olaraq Ermənistan tərəfi Naxçıvan Muxtar Respublikasında, Kəlbəcərdə, Tovuzda yerləşən mövqelərimizi atəşə tutur və təxribat törətməyə cəhd edir. Bütn təxribat cəhdləri Azərbaycan Ordusunun hərbçiləri tərəfindən dəf edilir.

Eləcə də oxuyun:

 

53
Teqlər:
hərbçi, sərhəd, Yerevan, cavab, Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub

Tarixi gün Azərbaycan ilk dəfə İsraildə nümayəndəlik açdı

2101
(Yenilənib 13:55 29.07.2021)
İsrailin Azərbaycandakı səfiri Con Dik deyib ki, bu, İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır.

BAKI, 29 iyul — Sputnik. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun İsrailə səfəri çərçivəsində Azərbaycanın bu ölkədə Ticarət Nümayəndəliyinin açılışı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Bildirilir ki, açılış mərasimində İsraildən olan nazir Yoel Razvozov da iştirak edib və nazirlər Ticarət Nümayəndəliyinin lentini kəsiblər.

© AR Ministry of Economy
Azərbaycanın Ticarət Nümayəndəliyi

"Bu gün tarixi gündür. Ölkələrimiz arasında əlaqələr təxminən 30 il əvvəl qurulduğundan Azərbaycanın İsraildə heç bir nümayəndəliyi yox idi. İndi bu dəyişdi. Bu gün Azərbaycan Təl-Əvivdə Ticarət Nümayəndəliyi açdı və ilk dəfə İsraildə Azərbaycan bayrağı dalğalanacaq. Bu ölkələrimiz və xalqlarımız arasında əlaqələri daha da yaxınlaşdıraraq münasibətlərimizin daha güclü və daha çoxtərəfli olması üçün imkanlara yaradacaqdır. İnanıram ki, bu İsraildə Azərbaycan səfirliyinin açılması istiqamətində daha bir addımdır. Gələn il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik. İnşallah, biz bunu hamımız birlikdə, Azərbaycanda və İsraildə qeyd edəcəyik", - deyə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

© AR Ministry of Economy
Azərbaycanın Ticarət Nümayəndəliyi

Qeyd edək ki, bu gün Azərbaycanın İsraildə Turizm Nümayəndəliyinin də açılışı olub.

Həmçinin oxuyun:

* İsrail səfiri Azərbaycan xalqına təşəkkür etdi: Biz həqiqətən təsirləndik

* Səfirdən Azərbaycana kreativ hədiyyə - VİDEO

Azərbaycanlı deputat İsrailə dəstəyini ifadə etdi: Unutmayacağıq

İsrail və İranın Bakıdakı səfirləri "dalaşdılar"

2101
Politoloq İlyas Hüseynov

Politoloq Bakı Bəyyanaməsinin önəmini şərh edir

7
(Yenilənib 01:12 29.07.2021)
Politoloq İlyas Hüseynov bildirib ki, Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər
İlyas Hüseynov: “Azərbaycan yanında dost dövlətləri görmək istəyir”

Milli Məclisdə Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşünün yekun sənədi olaraq Bakı Bəyannaməsi imzalanıb.

Politoloq İlyas Hüseynov Sputnik Azərbaycan-a bildirib ki,üçtərəfli Bəyannamənin imzlanması strateji münasibətləri yeni səviyyəyə qaldırır: “Vətən Müharibəsi dövründə də bu iki dövlət Azərbaycanın haqlı mövqeyini dəstəklədi və beynəlxalq səviyyədə bunu bəyan etdilər. Bu da bizim beynəlxalq müstəvidə olan mövqelərimizi daha da gücləndirirdi. Hazırkı post münaqişə dövründə də Azərbaycan yenə də yanında dost dövlətləri görmək istəyir. Digər tərəfdən bu əməkdaşlıq müstəvisi hərbi və iqtisadi seqmentlərlə də möhkəmləndirilir. Azərbaycan Qafqazda Türkiyə və Pakistan arasında olan kilid nöqtədir. Hər üç dövlətin mövqeyi və strateji baxışı bəllidir”.

İlyas Hüseynovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

7
Qazaxda mətkəbin həyəti

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri