İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalayıb

Siyasi partiyalar Şuşa Bəyannaməsi ilə əlaqədar bəyanat yayıblar

20
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

BAKI, 16 iyun — Sputnik. Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması ilə əlaqədar bəyanat yayıblar.

Sputnik Azərbaycan bəyanatı təqdim edir:

"2021-ci il iyunun 15-də - tarixi Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi böyük tarixi və strateji əhəmiyyətə malikdir. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" və "Bir millət, iki dövlət" ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi bu Bəyannamə iki qardaş ölkə arasındakı bütün strateji əlaqələri ən yüksək səviyyəyə qaldırır. Azərbaycan-Türkiyə münasibətlərinin bu şəkildə inkişafı dostlarımızı sevindirir, ölkəmizin güclənməsini, rifahını və təhlükəsizliyini istəməyənləri isə məyus edir.

Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirən Şuşa Bəyannaməsinin mühüm tarixi və strateji əhəmiyyət kəsb etdiyini bildiririk.

Bəyannamədə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, beynəlxalq hüquq kontekstində bu təhdid və ya təcavüzün aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərilməsini dəstəkləyirik.

Şuşa Bəyannaməsində Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, hər iki ölkənin Təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsini yüksək dəyərləndiririk.

Milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, iqtisadi əlaqələrə böyük töhfə verəcək, Azərbaycan ilə Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələləri, həmçinin Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli mənafelərin qorunmasına dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında diaspor fəaliyyətinin əlaqələndirilməsi təşəbbüslərini alqışlayırıq.

Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən uca zirvəsinə yüksəlib. Xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər ortaq dəyərlərə, sıx bağlara malik olması ölkələrimizi həmişə bir-birinə yaxın edib, xalqlarımız sevincli, kədərli günlərdə daim bir-birinin yanında olub. Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal altındakı torpaqların düşməndən azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımızın hər bir nümayəndəsi və siyasi partiya üzvləri tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkələrimizin birgə təşəbbüsləri dünya dövlətləri üçün ən gözəl nümunədir.

Biz – Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Azərbaycanın və bütövlükdə Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin inkişafı və hər iki ölkənin gələcək birgə fəaliyyətinin vacib əsası hesab edir və bu yüksək strateji müttəfiqlikdə dövlətimizin yanında olduğumuzu bəyan edirik.

Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!

1. Yeni Azərbaycan Partiyasının sədr müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov

2. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı

3. "Ana Vətən" Partiyasının sədri Fəzail Ağamalı

4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

5. Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa

6. Vəhdət Partiyasının sədri Tahir Kərimli

7. Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev

8. Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə

9. Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev

10. Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev

11. REAL Partiyasının sədri İlqar Məmmədov

12. Azərbaycan Ümid Partiyasının sədri İqbal Ağa-zadə

13. Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayev

14. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn

15. Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu

16. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev

17. Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev

18. Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə

19. Ağ Partiyasının sədri Tural Abbaslı

20. "Ədalət" Partiyasının sədri İlyas İsmayılov

21. Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov

22. Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev

23. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev

24. Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər

25. Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev

26. "Milli Vəhdət" Partiyasının sədri Yunus Oğuz

27. Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli

28. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov

29. Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə

30. Yeni Zaman Partiyasının sədri Musa Ağayev

31. Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova

32. Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev

33. Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimov

34. "Birlik" Partiyasının sədri Xudadat Xudiyev

35. Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov

36. Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov

37. Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov

38. Azadlıq Partiyasının sədri Əhməd Orucov

39. Azərbaycan Təkamül Partiyasının sədri Teyyub Qənioğlu

40. Azərbaycan Milli Demokrat Partiyasının sədri Tufan Kərimov

41. Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan

42. "Qorqud" Partiyasının sədri Firudin Kərimov

43. Milli Demokrat İdrak Partiyasının sədri Osman Əfəndi

44. Milli Konqres Partiyasının sədri İxtiyar Şirinov

45. Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu

46. Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimov

47. Azərbaycan Kommunist Partiyası - Hacı Hacıyev, Rauf Qurbanov

48. "Azərbaycan Mübarizləri" Partiyasının sədr müavini Səadət Müslümova"

Şuşa Bəyannaməsi

İyunun 15-də Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşa bəyannaməsi imzalanıb.

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşada təkbətək və geniş tərkibdə görüşlərdən sonra bəyanatla çıxış ediblər.

"İmzalanmış müttəfiqlik barədə bəyannamə bizim münasibətlərimizi ən yüksək zirvəyə qaldırır", - deyə Azərbaycan lideri bildirib.

Sənədin bütün müddəaları ölkələrimiz arasında gələcək əməkdaşlığın əsasıdır, Əliyev deyib.

Bakı və Ankara dünya miqyasında nadir birlik nümunəsi göstərirlər, prezident əlavə edib.

"Bəyannamə tarixi Qars müqaviləsinə söykənir", vurğulayan Azərbaycan lideri bildirib ki, sənəddə əməkdaşlığın ən müxtəlif sferalarına toxunulur.

Eləcə də oxuyun:

20
Azərbaycan hərbçiləri, arxiv şəkli

Prezidentin Moskva səfəri, RF ilə artan əlaqələr, sərhəddə gərginlik - Həftənin icmalı

2047
(Yenilənib 11:44 25.07.2021)
Bu həftə dövlət başçısının gözlənilməz Rusiya səfəri, sərhəddə silahlı toqquşmayadək artan gərginlik və digər hadisələrlə yadda qaldı.

BAKI, 25 iyul — Sputnik. Geridə qalan həftə də siyasi hadisələrlə zəngin olub.

Zakir Həsənov təxribatların qarşısının alınması üçün göstərişlər verdi

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyulun 19-u keçirdiyi xidməti müşavirədə bəyan edib ki, azad edilmiş ərazilərdə, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədindəki son vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür. Nazir Ermənistan silahlı qüvvələrinin ehtimal olunan təxribatlarının qarşısının alınması ilə əlaqədar komandir-rəis heyətinə göstərişlər verib.

Düşmən yenə Naxçıvanı atəşə tutdu

İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub. Cavab atəşi ilə qarşı tərəf susdurulub.

ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

"Amerika Birləşmiş Ştatları Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrdən narahatdır". Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsində yayılan məlumatda bildirilib.

"Hər iki tərəfi qısa zamanda gərginliyi azaltmağa, məsələni sülh yolu ilə həll edilməsinə və substantiv danışıqların bərpası üçün əlverişli atmosferin yaradılmasına çağırırıq", - deyə məlumatda qeyd olunub.

Moskvada Əliyev – Putin görüşü

İyulun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş baş tutub.

Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlər koronavirus pandemiyasından sonra bərpa olunur, yaxın gələcəkdə Rusiya nümayəndə heyəti ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün Bakıya gələcək. Bu barədə Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə bildirib.

"Gəlməyə razılıq verdiyiniz üçün Sizə minnətdaram, Allaha şükür, münasibətlərimiz, ilk növbədə iqtisadiyyat demək olar ki, koronavirusdan sonra bərpa olunur", - deyə Putin Əliyevlə görüş zamanı bildirib.

O, Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəal işlədiyini qeyd edib.

"Yaxın gələcəkdə bu məsələlərlə məşğul olacaq nümayəndə heyətimizi artıq Bakıya göndərməyi planlaşdırırıq", - deyə Rusiya dövlətinin başçısı bildirib.

Onun sözlərinə görə, müxtəlif əməkdaşlıq sahələrini - sənaye, nəqliyyat, infrastruktur və digər məsələləri nəzərdən keçirmək planlaşdırılır.

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair kompromis həllər tapdığı üçün Azərbaycan rəhbəri İlham Əliyevə təşəkkür edib.

"Əlbəttə ki, ən vacib məsələlərdən biri bölgədəki vəziyyətin həlli məsələsi olaraq qalır. Bilirəm ki, siz əlbəttə buna böyük diqqət və əhəmiyyət verirsiniz. Və kompromis həllər tapdığınız üçün sizə təşəkkür etmək istəyirəm", - deyə Putin Kremldə keçirilən görüşdə azərbaycanlı həmkarına bildirib.

"Onlar hər zaman məsələnin ən çətin tərəfidir. Ancaq əgər biz istəyiriksə və hamımız məsələnin həllini istəyiriksə, bu yolla getrməliyik. İndiyə qədər biz bunu etməyə nail olduq", - Putin əlavə edib.

Prezident İlham Əliyev şəhid jurnalistlərin ailələrinə ev verib

22 iyul - Milli Mətbuat Günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTAc-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib.

Sputnik Azərbaycan xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev şəhid jurnalistlərin ailələrini ziyarət edərək, mənzillərin sənədlərini, həmçinin şəhid ailəsi vəsiqəsini və onlara təyin olunmuş sosial ödənişlərin kartlarını təqdim edib.

Nazir bildirib ki, Prezident İlham Əliyevin 14 iyun 2021-ci il tarixli Sərəncamı ilə hər iki şəhid jurnalistimiz 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif edilib. Dövlət başçısının tapşırığına əsasən, şəhidlərimizin yaşadıqları əraziyə yaxın məsafədə (Sumqayıt şəhərində və Bakının Xocasən qəsəbəsində) yerləşən yaşayış komplekslərindən mənzillərin sənədləri təqdim edilib. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.

Görüşdə vurğulanıb ki, bütün bunlar cənab Prezidentin şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani təzahürüdür.

Şəhid jurnalistlərin ailə üzvləri göstərilən yüksək qayğıya, yeni mənzillə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Karantin uzadıldı, avqustda da həftəsonları marşrut və metro işləməyəcək

İyulun 22-də Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Azərbaycan və Rusiya birgə lizinq şirkəti yaradır

İyulun 23-ü Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü çərçivəsində iki ölkə arasında birgə lizinq şirkətinin yaradılması ilə bağlı sənəd imzalanıb. Müştərək şirkəti Azərbaycanın "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyi və Rusiyanın "KamAZ" şirkəti yaradır.

Sənəd GAZ Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "KamAZ"ın baş direktoru Sergey Koqoqin tərəfindən imzalanıb.

Qərar verildi, Şuşaya dəmiryol xətti çəkiləcək

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmiryol xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. QSC-nin sədri Cavid Qurbanov bildirib ki, dəmiryolunun layihələndirmə işləri Türkiyə şirkəti tərəfindən həyata keçirilib.

Cavid Qurbanov qeyd edib ki, ərazidə tunellər çoxdur, ərazi dağlıq ərazidir: "Azərbaycan Prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq".

Prezident Azərbaycanın bir neçə səfirini geri çağırdı, bir neçəsini isə təyin etdi

Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamları ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qaley Əliyeviç Allahverdiyev Azərbaycan Respublikasının Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının Avstriya Respublikasında, Sloveniya Respublikasında və Slovakiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən, həmçinin Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İrfan Şakir oğlu Davudovu Azərbaycan Respublikasının Malayziyada, Kamil Tacid oğlu Xasiyevi isə Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Prezidentin sərəncamı ilə Rövşən Nüsrət oğlu Sadıqbəyli Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.

İlham Əliyevin Qərb bölgəsinə səfəri

İyulun 22-də Prezident İlham Əliyev Daşkəsən, Naftalan, Goranboy və Gəncəyə səfər edib. Səfər çərçivəsində Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara verilib. İlham Əliyev Daşkəsəndə "AzerGold" QSC-nin "Çovdar" İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Prezident İlham Əliyev Naftalan Mərkəzi Sanatoriyasının açılışında iştirak edib. Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçası istifadəyə verilib. Prezident İlham Əliyev Goranboyda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirak edib. Goranboy Olimpiya İdman Kompleksinin açılışı olub. Prezident İlham Əliyev Gəncədə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olub.

Azərbaycan Ordusunun Baş qərargah rəisi təyin edildi

İyulun 23-ü Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-leytenant Vəliyev Kərim Tofiq oğlu Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi təyin edilib.

Azərbaycan Ordusunun hərbçisi şəhid olub

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.

Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilib.

Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.

Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür.

Həmçinin oxuyun:

Azərbaycan və Rusiya liderləri görüşdə nə danışıblar?

İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar

Prezident Azərbaycanın bir neçə səfirini geri çağırdı, bir neçəsini isə təyin etdi

Baş nazir rəsmiləri topladı: COVID-19-a yoluxmanın artması ilə bağlı düyməyə basıldı

2047
Mübariz Əhmədoğlu, politoloq

Politoloq: “Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək”

17
(Yenilənib 17:01 23.07.2021)
Politoloq Mübariz Əhmədoğlu deyir ki, ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı
Mübariz Əhmədoğlu: “Bu məsələdə Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”

“Bölgədəki bütün kommunikasiyaların açılması paralel olaraq həyata keçirilməlidir. Bu, Ermənistana Rusiya və İranla dəmir yolu əlaqəsi qurmağa imkan verəcək, Azərbaycan üçün bu, Naxçıvan Muxtar Respublikasına əlavə marşrut verəcək. Bölgədə 4 ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə - bu yanaşmanı dəstəkləyir, Ermənistanın da buna müsbət reaksiyasını gözləyirik, amma bu yanaşma seçici olmamalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda, Avropa Şurasının Prezidenti Şarl Mişel ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Politoloq Mübariz Əhmədoğlu Sputnik Azərbaycan-a deyir ki, Ermənistan kommunikasiyaların açılmasının əleyhinədir: “Bunu da müxtəlif formalarda təqdim edirlər. Ölkə prezidentimiz Rusiya prezidentli ilə görüşündə də kommunikasiyaların paralel şəkildə açılmasını diqqətə çatdırdı. Digər kommunikasiyaların bərpası ilə müqayisədə Zəngəzur dəhlizinin fəaliyyətə açılması daha tez başa gələcək. Mehri dəmiryolu Moskva-Tehran qatarının getdiyi marşrutdur. Yəni Rusiyanın qatarı İranın və Türkiyənin sərhəddi ilə gedirdi. Bu böyük geosiyasi üstünlükdür. Kommunkasiya məsələsində Azərbaycan tək deyil. Bu məsələlərin irəliləməsində Azərbaycan və Rusiya birlikdə hərəkət edəcək”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

17
Bakıda klinikaların birində koronavirus testi

Azərbaycanda son sutkada 386 nəfər COVID-19-a yoluxub