Azərbaycan Xarici İşlər Nazirliyinin binası, arxiv şəkli

Azərbaycan XİN Kəlbəcərdə jurnalistlərin şəhid olması ilə bağlı bəyanat yayıb

13
(Yenilənib 17:03 04.06.2021)
Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

BAKI, 4 iyun — Sputnik. "Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Kəlbəcərdə mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması ilə bağlı bəyanatında bildirilib.

"Kəlbəcərdə baş verən bu hadisə bir daha onu göstərir ki, bu ərazidəki minalar Ermənistan tərəfindən, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində məqsədli şəkildə yerləşdirilib. Məqsəd isə Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaqdır.

Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Bu da bir daha onu göstərir ki, Ermənistan tərəfi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir. Ermənistanın bu davranışı regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.

Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq.

Azərbaycan öz tərəfindən sülhü və təhlükəsizliyi təmin etmək üçün bütün müvafiq, o cümlədən lazımi hüquqi tədbirləri görəcəkdir", - bəyanatda vurğulanıb.

Kəlbəcərdə faciə 

4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (AZƏRTAC xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Eləcə də oxuyun:

13
Teqlər:
bəyanat, Azərbaycan XİN, həlak, mina, Kəlbəcər, jurnalist
Mövzu:
Kəlbəcərdə azərbaycanlı jurnalistlər minaya düşdülər

"Vahid Rusiya" Dumaya seçkilərdə namizədlər siyahısını təsdiqlədi

14
(Yenilənib 21:34 19.06.2021)
Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” partiyasına Sergey Şoyqu və Sergey Lavrov liderlik edəcəklər.

BAKI, 19 iyun - Sputnik. Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının bu gün keçirilən qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıda liderlərin beşliyini və namizədlərin siyahısını təsdiqləyib.

Qurultay federal və təkmandatlı dairələrdən Dumaya namizədlərin siyahısını da təsdiq edib.

Rusiya prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmelyova və Uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilib.

Siyahı 57 regional qrupa bölünüb.

Vladimir Putinin qurultayda çıxışı

Rusiya prezidenti Vladimir qurultay iştirakçıları qarşısında çıxış edib. 

RF prezidenti Vladimir Putin seçki kampaniyasının məsuliyyətli dövr olduğunu, parlamentin formalaşmasının dövlətin həyatında vacib mərhələ olduğunu bəyan edib.

"Seçki kampaniyası həmişə sınaqdır və ümumilikdə siyasi sistemin möhkəmliyinin yoxlanılmasıdır. "Vahid Rusiya"nın burada da xüsusi rolu var. Lider partiya açıq, rəqabətli siyasi yarış atmosferinin yaradılmasında nümunə olmağa borcludur", - o bildirib.

Rusiya Dövlət Dumasına seçkilər

2021-ci il iyunun 17-də Rusiya prezidenti Vladimir Putin 2021-ci il sentyabrın 19-na VIII çağırış RF Dövlət Dumasına seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Onlar Rusiyada regional və bələdiyyə orqanlara seçkilərlər bir yerdə vahid səsvermə günündə keçiriləcək.

Həmçinin oxuyun:

Putin seçki kampaniyası, vaksinasiya və demoqrafik çuxur barədə

14
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

119
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

119
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

73
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

73