SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Əsədov Minskdə: MDB-nin taleyi barədə ilk mesajlar gəlir

© Sputnik / Viktor TolochkoПремьер министры Азербайджана и Белоруссии Али Асадов и Роман Головченко
Премьер министры Азербайджана и Белоруссии Али Асадов и Роман Головченко - Sputnik Azərbaycan, 1920, 28.05.2021
Abunə olmaq
"Bütün detalları dəqiqləşdirməyin, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin əsl bünövrəsinin formalaşdırılması barədə qərar verməyin vaxtı gəldi. Bünövrə isə iqtisadiyyatdır" - Aleksandr Lukaşenko.

BAKI, 28 may – Sputnik. Minskdə səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədov bir sıra görüşlər keçirib. Minskdə baş tutan MDB hökumət başçılarının iclası çərçivəsində görüşdüyü belaruslu həmkarı Roman Qolovçenko Əsədovu 28 May Respublika Günü münasibətilə təbrik edib. Belarus Prezidenti Aleksandr Lukaşenko da qonaqları salamlayarkən Azərbaycandan olan nümayəndə heyətinə milli bayram münasibətilə təbriklərini çatdırıb.

Bişkekin maraqları

Qırğızıstan Azərbaycanla hərtərəfli əməkdaşlığın gücləndirilməsinə ümid edir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Qırğızıstan Baş naziri Uluqbek Maripov Minskdə azərbaycanlı həmkarı Əli Əsədovla görüşündə deyib. “Əminəm ki, iki ölkə xalqlarının sıx əlaqələri Qırğızıstan və Azərbaycan respublikaları arasında ən müxtəlif sahələrdə əməkdaşlığın inkişafına imkan yaradacaq”, - Maripov deyib.

© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanBaş nazir Əli Əsədov Qırğızıstan Respublikasının Nazirlər Kabinetinin sədri ilə görüşüb
Əsədov Minskdə: MDB-nin taleyi barədə ilk mesajlar gəlir - Sputnik Azərbaycan, 1920, 28.05.2021
Baş nazir Əli Əsədov Qırğızıstan Respublikasının Nazirlər Kabinetinin sədri ilə görüşüb

Əli Əsədov öz növbəsində həmkarını Qırğızıstan Nazirlər Kabinetinin sədri seçilməsi münasibətilə təbrik edib. Azərbaycanlı nazir vurğulayıb ki, Azərbaycan və Qırğızıstanı ortaq tarix, mədəniyyət, dil və ənənələr birləşdirir. Əsədov həmçinin qeyd edib ki, ölkəsi Qırğızıstan-Azərbaycan dostluq parkının və Bişkek şəhərinin cənub hissəsində yerləşəcək Heydər Əliyev adına ümumtəhsil məktəbinin tikintisinin tezliklə yekunlaşmasında maraqlıdır və artıq razılaşmanın müvafiq layihəsini göndərib.

Azərbaycanın Baş naziri Maripovu ölkəmizə rəsmi səfərə dəvət edib. Görüşlərin nəticələrinə görə, tərəflər iki ölkənin hökumətlərarası komissiyalarının iclasının keçirilməsi barədə razılığa gəliblər.

Lukaşenko ilk mesajları verdi

“MDB-də əsas diqqəti ümumi iqtisadi arealın inkişafına yönəltmək lazımdır”. Sputnik Belarus-un məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdəki Müstəqillik sarayında keçirilən MDB ölkələrinin hökumət rəhbərləri ilə görüşündə deyib.

Onun sözlərinə görə, Belarusun xarici siyasətində prioritet MDB daxilində əlaqələrin inkişafıdır. Birliyin ən vacib vəzifələrini respublika öz sədrliyi müddətində proqram sənədlərində qeyd edib (bu il MDB-yə Belarus sədrlik edir – Sputnik), həmçinin bu vəzifələr Avrasiya İqtisadi Birliyi formatında da təşviq edilir.

© Photo : CIS Executive CommitteeBelarus Prezidenti Aleksandr Lukaşenkonun MDB hökumət başçıları ilə görüşü
Əsədov Minskdə: MDB-nin taleyi barədə ilk mesajlar gəlir - Sputnik Azərbaycan, 1920, 28.05.2021
Belarus Prezidenti Aleksandr Lukaşenkonun MDB hökumət başçıları ilə görüşü

“Bunların bəziləri artıq tərəfimizdən Belarus və Rusiya İttifaq Dövləti çərçivəsində gerçəkləşdirilib. Aydındır ki, MDB ölkələrinin hökumətləri və işçi orqanlarının əsas diqqətini ümumi iqtisadi fəzanın inkişafına cəmləndirmək lazımdılr”, - Lukaşenko deyib.

Prezidentin fikrincə, iqtisadi inteqrasiyanın inkişafının lazımi şərti Birliyin sənədlərinin təkmilləşdirilməsi və onların AİB-in mormativ-hüquqi bazası ilə ahəngdarlıq təşkil etməsinə nail olmaqdır.

“Açıq və birbaşa deyirəm: əgər yaxın vaxtlarda bunu həll etməsək, Müstəqi Dövlətlər Birliyinin səmərəli mövcudluğu haqda danışa bilməyəcəyik. Hələ üstəlik AİB-in də. Bütün detalları dəqiqləşdirməyin, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin əsl bünövrəsinin formalaşdırılması barədə qərar verməyin vaxtı gəldi. Bünövrə isə iqtisadiyyatdır”, - Belarus lideri vurğulayıb.

Minskdə nələr müzakirə olunur

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclası mayın 28-də Minskdə keçirilir. 

İclas iştirakçılarının gündəliyində  infeksion xəstəliklərin yayılmasının qarşısının alınması üzrə tədbirlərin, MDB ölkələri ərazilərinin sanitar mühafizəsi sahəsində və Birlik dövlətlərinin əhalisinin məşğulluğuna kömək sferasında əməkdaşlıq məsələlərinin müzakirəsi durur.

Saxta əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadə hallarının qarşısının alınması və onların aradan qaldırılması, dabaq xəstəliyinin profilaktikası və onunla mübarizə, həmçinin geodeziya, xəritəçəkmə, kadastr və Yerin məsafədən zondlaşdırılması sahəsində qarşılıqlı fəaliyyət məsələlərində əməkdaşlığı reqlamentləşdirən sənədlərin imzalanması da planlaşdırılır.

İclasda Dövlət maddi ehtiyatlarının idarə edilməsini həyata keçirən dövlət (icra) hakimiyyəti orqanlarının Əməkdaşlıq Konsepsiyası təsdiqlənəcək, silahlı qüvvələrin zabitlərinin operativ-strateji hazırlığı sahəsində baza təşkilatı və kadr təyinatı barədə qərarlar imzalanacaq.

Bundan başqa, hökumət başçıları MDB orqanlarının fəaliyyətinə dair bir sıra kadr qərarlarını, o cümlədən İcraiyyə Komitəsi sədrinin – təşkilatın icraçı katibinin müavinlərinin və MDB-nin Statistika Komitəsi sədrinin vəzifəyə təyin olunmaları barədə qərarlar qəbul edəcəklər.

Eləcə də oxuyun:

  • Lukaşenko: "Təyyarəni nə Vilnüs, nə Varşava, nə Lvov, nə də Kiyev qəbul etmək istədi"

  • Lukaşenko: "İnsanları qorumaqla qanuna uyğun hərəkət etdim"

  •  Azərbaycan Belarusla birgə plan hazırlayacaq: Lukaşenko Əliyevə zəng edib

Xəbər lenti
0