SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan və üçtərəfli bəyanatın şərtləri - Alternativ varmı?

© Sputnik / Maksim Blinov / Mediabanka keçidПремьер-министр Армении Никол Пашинян, фото из архива
Премьер-министр Армении Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.05.2021
Abunə olmaq
Ermənistanda keçiriləcək seçkilərdə kimin qalib olmasından asılı olmayaraq 10 noyabr birgə bəyanatının şərtlərinə əməl olunacaq.

BAKI, 25 may — Sputnik, Elvin Səlimov. Ötən həftə xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin 131-ci iclasında çıxış edib. Nazir Ceyhun Bayramov çıxışında 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış üçtərəfli bəyanatın Ermənistan və Azərbaycan arasında 30 ilə yaxın davam edən silahlı münaqişəyə son qoyduğunu bildirib. O, Ermənistanın bəyanatdan və ümumilikdə, beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozmasını təəssüf ilə qeyd edib.

Bəs 10 noyabr bəyanatının şərtlərinin Ermənistan tərəfindən pozulması onu qüvvədən sala bilərmi? Bu təqdirdə Azərbaycan hansı addımları ata bilər? Sputnik Azərbaycan mövzu ilə bağlı Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşirin fikirlərini öyrənib. Millət vəkili 10 noyabr bəyanatının qüvvədən düşməyəcəyini bildirib. Onun sözlərinə görə, bu bəyanat Ermənistan cəmiyyətində ağır məğlubiyyət sənədi kimi qəbul edilir və ona münasibət birmənalı deyil: "Bu sənəd Ermənistanda hakimiyyət uğrunda gedən mübarizənin alətinə çevrilib. Paşinyanın rəqibləri bu kapitulyasiya sənədini ona qarşı istifadə edirlər. Amma zaman-zaman Paşinyan və komandası da sənəddən boyun qaçırırmış kimi görünürlər. Bu da daxili auditoriyaya hesablanıb".

Millət vəkili deyib ki, Paşinyan bəyanatdakı şərtlərin icrası ilə bağlı qeyri-müəyyən fikirlər səsləndirsə də, oradakı bütün şərtlərin yerinə yetirilməsi mütləq təmin ediləcək. Elşad Mirbəşirin fikrincə, bəyanatın şərtlərinin yerinə yetirilməsi həm də Ermənistanı uzun illərin gərginliyindən çıxara bilər: "30 ildir Ermənistan bir dövlət kimi işğalçılıqdan başqa fəaliyyət növünü özü üçün müəyyənləşdirə bilməyib. Biz öz gücümüzlə göstərdik ki, Ermənistanın təxribatçı və işğalçı siyasətinin qurbanına ermənilər çevrilir. Əgər kommunikasiya xətləri açılarsa, Ermənistan inkişaf yoluna qədəm qoya bilər. Ermənistanın pozucu fəaliyyəti göz önündədir, amma bu, bəyanatın əhəmiyyətini itirməsi demək deyil".

"Ermənistanda keçiriləcək seçkilərdə kimin qalib olmasından asılı olmayaraq 10 noyabr birgə bəyanatının şərtlərinə əməl olunacaq. Çünki Ermənistanın alternativ mövqe sərgiləmək imkanı mövcud deyil. Hakimiyyətə kim gəlirsə gəlsin, birgə bəyanatın şərtlərinə əməl etməyə məcbur olacaq. Əks halda, Azərbaycan Ermənistan tərəfini bu bəyanatdakı şərtləri yerinə yetirməyə sövq edəcək addımlar atmaq imkanlarını özündə saxlayır", – deyə millət vəkili vurğulayıb.

Həmçinin oxuyun:

Nazir Ceyhun Bayramov: “Bu addımlar üçtərəfli bəyanatın yerinə yetirilməsinə mane olur”

"Azərbaycan üçtərəfli bəyanatı tam icra edəcək" - Spiker

Qarabağa dair üçtərəfli razılaşmanın yerinə yetirilməsi ləngiyir – Rusiya ekspertlər

Üçtərəfli bəyanat Gürcüstanı niyə narahat edir

Vladimir Putinlə Nikol Paşinyan üçtərəfli bəyanatın icrasını müzakirə etdilər

Xəbər lenti
0