Yerevanda etirazlar, arxiv şəkli

Leyla Abdullayeva: "Ermənistanda dözümsüzlük ksenofobiya ciddi şəkildə artıb"

11
(Yenilənib 14:32 20.05.2021)
Ermənistan, nəhayət beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır.

BAKI, 20 may — Sputnik. "Təəssüf ki, Ermənistanda dözümsüzlük və ksenofobiyanın ciddi şəkildə artdığını müşahidə edirik. Bu tendensiyanın təkcə Azərbaycana qarşı deyil, həm də erməni düşüncəsindən bir qədər fərqli fikir bildirməyə cəsarət edən hər hansı bir millət və ya qrupa qarşı yönəlməsi xüsusilə narahatlıq doğurur".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

XİN rəsmisi qeyd edib ki, bu ölkədə nasistlərlə iş birliyi edənlərə sitayiş olunur, beynəlxalq terrorçular qəhrəmanlaşdırılır: "Bu yaxınlarda Mahatma Qandi kimi dünyaca məşhur sülh və dözümlülük tərəfdarının abidəsinə qarşı anlaşılmaz tərzdə bir vandalizm aktı törədildi. Ekstremizmin bu cür meyilləri təhlükəlidir və onlar dərhal aradan qaldırılmalıdır. Ermənistanı zəhərli "milli üstünlük və ərazilərin genişləndirilməsi" fikirlərindən imtina etməyə təşviq etmək lazımdır. Ermənistan, nəhayət beynəlxalq hüquqa riayət etməyə və beynəlxalq hüququn başlıca prinsiplərini qonşu dövlətlərlə münasibətlərini normallaşdırmaq üçün əsas kimi istifadə etməyə başlamalıdır. Yalnız bundan sonra Ermənistan yaxşı qonşuluqdan və regional əməkdaşlıqdan faydalanmağa başlayacaq. Azərbaycan öz növbəsində suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik, regional inkişaf və əməkdaşlığa sadiq olaraq qalmaqdadır".

Həmçinin oxuyun:

Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi

XİN başçısı daha bir əcnəbi diplomatla sərhəddə yaranmış gərginliyi müzakirə edib

11
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan Şuşada görüşdülər

2109
(Yenilənib 17:07 15.06.2021)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki gün çəkəcək. Səfər çərçivəsində iki ölkə arasında mühüm müqavilənin imzalanması gözlənilir.

BAKI, 15 iyun - Sputnik. Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

--------

13:24

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Füzulidə görüş

--------

13:09

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabından məlumat verib.

"NATO sammitinin ardından Azərbaycanın tarix və mədəniyyət paytaxtı Şuşaya gedirik. Qarabağ zəfərini taclandıran bu ziyarət Türkiyə-Azərbaycan bağlarını daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - İ.Kalın qeyd edib.

Şuşada Azərbaycan və Türkiyə dövlət başçılarının təkbətək görüşü, sonra isə Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ən böyük razılaşmanın imzalanması nəzərdə tutulur. Sonra isə KİV-in məlumatına görə, prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. 

Bundan sonra Ərdoğan Şuşada gəzintiyə çıxacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış edəcəyi də gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

--------

08:02

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

2109
Politoloq İlqar Vəlizadə

Politoloq: “İki ölkənin qarşıdurması dünya siyasətinə mənfi təsir göstərir”

4
(Yenilənib 17:37 14.06.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, ABŞ-Rusiya anlaşması ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər
İlqar Vəlizadə: “Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır”

İyunun 16-da  İsveçrənin Cenevrə şəhərində Rusiya və ABŞ prezidentlərinin görüşü keçiriləcək.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a görüş öncəsi iki ölkə arasındakı siyasi vəziyyəti şərh edib.

Politoloq bildirib ki, hazırkı şəraitdə prezidentlərin görüşü çox əhəmiyyətlidir: “Son vaxtlar Rusiya-ABŞ münasibətləri ən gərgin dövrünü yaşayır. Hətta deyərdim ki, bu dövr soyuq müharibə dövründən sonra ən gərgin zamandır. İki ölkənin qarşıdurması dünya siyasətinə də mənfi təsir göstərir. Tərəflər aktual məsələləri müzakirə edib ortaq məxrəcə gələ bilərlər. Bu ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq siyasətə də öz müsbət təsirini göstərə bilər”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4

Lənkərana böyük futbolun qayıtması

0
(Yenilənib 16:11 14.06.2021)
Lənkəranlı azarkeşlər Sputnik Azərbaycan-ın “Lənkərana böyük futbolun qayıdışı və ya "Xəzər Lənkəran"ın bərpası” ilə bağlı sualını cavablandırıblar. Ətraflı videomuzda

 

Lənkəran hər zaman futbolu ilə tanınan şəhərlərdən olub. Lakin artıq 5 ildir ki, Lənkəranda böyük futbol dayanıb. Öz çılğın azarkeşləri ilə məşhur olan "Xəzər Lənkəran" Mərkəzi Stadionu isə böyük oyunların qayıdışını gözləyir.

Azarkeşlər müsahibələrində bildiriblər ki, əsas məsələ bu gün lənkəranlı gənclərin asudə vaxtının səmərəli təşkili üçün Lənkərana böyük futbolun qayıtmasıdır.

"Xəzər Lənkəran" Futbol Klubunun əsas komandası fəaliyyətini dayandırdıqdan sonra “Fırtınalar Meydanı” və ya “Xəzər Lənkəran" Mərkəzi Stadionu tam 5 ildir ki, azarkeşsiz və böyük oyunlarsız qalıb. Onlar futbolun dirçəlməsini istəyirlər və buna ümid edirlər.

 

0