Entoni Blinken və Serqey Lavrov, arxiv şəkli

Blinkenlə Lavrov Azərbaycan Ermənistanı müzakirə etdi

18
(Yenilənib 10:52 20.05.2021)
Dövlət katibi və xarici işlər naziri müzakirələri gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər.

BAKI, 20 may — Sputnik, Eldar Tanrıverdiyev. Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken Rusiyanın xarici işlər naziri Sergey Lavrovla İslandiyada baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münaqişəni də müzakirə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Dövlət Departamentinin nazirlərin görüşünə dair yaydığı məlumatda bildirilir.

"Dövlət katibi Suriya xalqının humanitar çıxışının təmin olunmasının vacibliyini vurğulayıb. Nazirlər Ermənistan və Azərbaycan arasında münaqişənin uzunmüddətli siyasi həll yolunun axtarılması da daxil olmaqla regional məsələləri də müzakirə edib", - deyə məlumatda qeyd olunur.

Məlumatda vurğulanır ki, tərəflər İranın nüvə proqramı, KXDR və Əfqanıstan barədə də fikir mübadiləsi aparıblar: "Dövlət katibi və xarici işlər naziri müzakirələri gələcəkdə də davam etdirmək barədə razılığa gəliblər".

Dövlət katibi və xarici işlər naziri gələcəkdə müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

18
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədi imzalayacaq

256
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

256

mina xəritələrinin Azərbaycana verilməsinə çağırıb

15
(Yenilənib 23:11 22.06.2021)
Mariya Peyçinoviç-Buriç qeyd edib ki, müharibənin nəticələri hər zaman ağır olur və yaraların sağalması, yenidən etimadın yaranması üçün vaxt lazımdır

BAKI, 22 iyun - Sputnik. Avropa Şurası Azərbaycan və Ermənistan arasında uzun müddətli, davamlı sülhün həll yollarının tapılmasında maraqlıdır.

Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bunu Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyası zamanı çıxışında deyib.

O, qeyd edib ki, müharibənin nəticələri hər zaman ağır olur və yaraların sağalması, yenidən etimadın yaranması üçün vaxt lazımdır.

"Biz Minsk qrupunun işlərini dəstəkləyirik. İki tərəf arasındakı sülhdən dərhal sonra da bizim nümayəndələrimiz, həm Bakını, həm də İrəvanı ziyarət etdi. Postkonflikt mühiti olduqca çətin mühitdir və Avropa Şurası olaraq edə biləcəyimiz iş konfliktdən zərər görmüş yerlərdə etimadın qurulması tədbirlərinin görülməsidir", - deyə baş katib qeyd edib.

Ağdamın mina xəritələri

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Eləcə də oxuyun:

15
Bakıda fəhlə iş zamanı, arxiv şəkli

İşçilərini bu havada işlədənlər yüksək məbləğdə cərimələnəcəklər

0
(Yenilənib 13:19 23.06.2021)
Dövlət Əmək Müfəttişliyi Xidməti bu havada sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesinin ya dayandırılmalı, ya da fasilə verilməli olduğunu bildirib.

BAKI, 23 iyun — Sputnik. Dövlət Əmək Müfəttişliyi Xidməti isti hava şərtləri ilə bağlı sahibkarlara xəbərdarlıq edib. Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, həddindən artıq isti havada işçilərini işlədən və bu barədə qanunvericiliyin tələblərini pozan işəgötürənləri cərimələr gözləyir.  

Qeyd edək ki, bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək. Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacaq.

İyunun 23-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə qısamüddətli lokal leysan xarakterli yağış yağacağı gözlənilir. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 36-41, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, günün bəzi saatlarında durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Dövlət Əmək Müfəttişliyi Xidməti açıq havada, yaxud sərinləşdirici qurğular olmayan yerdə işçiləri işlətməyə cəhd göstərən sahibkarlara xəbərdarlıq etmək məcburiyyətində qalıb.  

Xidmətin şöbə müdiri Vüsal Məmmədov deyib ki, bu məsələdə Əmək Məcəlləsinin tələbləri konkretdir: "Temperatur 41 dərəcə və daha yuxarı olarsa, sərinləşdirici qurğular olmayan yerlərdə və açıq havada iş prosesi dayandırılmalıdır, yaxud fasilələr verilməlidir".

Xidmətin rəisi onu da əlavə edib ki, bu qaydaya əməl etməyən işəgötürənlər 500-1000 manat arasında cərimə oluna bilərlər.

Qeyd edək ki, ötən gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Sputnik Azərbaycan-a açıqlamasında hava şəraiti ilə bağlı xəbərdarlıq edib. O bildirib ki, həftə ərzində ayrı-ayrı rayonlarda havanın maksimum temperaturunun 40 dərəcəyə yaxın, ayın 24-25-də isə ölkənin əsasən aran bölgələrində temperaturun 42-44 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.

Sutkalıq temperatur normadan xeyli yüksək olduğu üçün və anomal istilərlə əlaqədar açıq havada olanlar ehtiyatlı davranmalıdırlar. Xidmət rəisi deyib ki, onlara açıq havada kölgəli yerlərdə olmaları tövsiyə edilir: "Belə istilərdə günvurma və istivurma ehtimalı adətən yüksək olur", - deyə U.Tağıyeva bildirib.

0