Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Əliyev Azərbaycan-Ermənistan sərhəddindəki vəziyyəti müzakirə ediblər

113
(Yenilənib 20:41 19.05.2021)
Dövlət başçıları bölgədə təhlükəsizliyin təmin olunmasına dair praktiki məsələlərin həllinə xüsusi diqqət yetiriblər.

BAKI, 19 may - Sputnik. Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Azərbaycan-Ermənistan sərhəddində baş verən insidenti müzakirə ediblər.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Kremlin saytı məlumat yayıb. 

"Putin Əliyevlə telefonla danışıb. Onlar Qarabağ məsələsini müzakirə ediblər. Bu zaman bölgədə təhlükəsizliyin təmin olunmasına dair praktiki məsələlərin həllinə xüsusi diqqət yetirilib", - deyə xəbərdə bildirilir. 

"Dağlıq Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi, 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların hərfinə və ruhuna tam uyğun olaraq bölgədə təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün praktik vəzifələrin həllinə vurğu ilə davam etdi", - Kremldən bildiriblər. 

Bu çərçivədə hər iki dövlətin başçısı Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.

"Ümumi qərar nizamlanmanın yalnız siyasi və diplomatik üsullarla həyata keçirilməsidir. Rusiya tərəfi vasitəçilik səylərini davam etdirəcək və Azərbaycanla Ermənistan arasında dövlət sərhəddinin delimitasiyası və demarkasiyası prosesinin başlanması barədə tərəflər arasında razılığın əldə olunmasına yönəlmiş danışıqlarda məsləhətçi qismində yardım göstərəcəkdir", - məlumatda deyilir. 

Prezidentlər ikitərəfli gündəliyin əsas aspektləri barədə də fikir mübadiləsi aparıblar. İlham Əliyev Vladimir Putinə Rusiya istehsalı olan "Sputnik V" peyvəndlərinin tədarükü ilə bağlı səmimi təşəkkürünü bildirib.

Tərəflər bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını ifadə ediblər. Bu məsələ hökumətlər, əlaqədar nazirliklər və idarələr arasında sıx əlaqələrin mərkəzində olacaqdır.

Xatırladaq ki, mayın 12-də rəsmi Yerevan Azərbaycan hərbçilərinin Ermənistanın dövlət sərhədini keçdiyini və ölkənin dərinliklərinə doğru 3,5 kilometr irəlilədiyini bəyan edib. Üstəlik, bəzi məlumatlara görə, Azərbaycan tərəfi Qaragöl gölünü (Sev liç) nəzarətə götürüb.

Həmin gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistan tərəfi ilə danışıqlar aparmaq üçün Azərbaycan-Ermənistan sərhədinə gedib. Daha sonra Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov və 102-ci Rusiya bazasının nümayəndələri danışıqlara qatılıb.

Danışıqlar davam edərkən Ermınistanın baş naziri Nikol Paşinyan KTMT-yə müraciət edib və Rusiya prezidentindən kömək istəyib.

Mövcud vəziyyəti şərh edən Azərbaycan Xarici İşlər Nazirliyi Yerevana təşvişə düşməməyi tövsiyə edib və bildirib ki, Azərbaycan sərhədçiləri Qarabağla bağlı razılaşmalar çərçivəsində hərəkət edir. 

Beşgünlük danışıqların nəticəsində rəsmi Yerevan hələ də Azərbaycan hərbçilərinin Qaragöl gölü ətrafında olduğunu bəyan etməkdədir.

Həmçinin oxuyun:

Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində vəziyyəti yaxından izləyirik

Niyə Paşinyana Azərbaycanla sərhəddə gərginlik sərf edir - Rəy

Azərbaycan XİN sərhəddəki vəziyyətə aydınlıq gətirdi

Ceyhun Bayramov Yerevanın sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciətinə cavab verdi

Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışdırılmasına ehtiyac yoxdur"

113

"Vahid Rusiya" Dumaya seçkilərdə namizədlər siyahısını təsdiqlədi

13
(Yenilənib 21:34 19.06.2021)
Dövlət Dumasına seçkilərdə “Vahid Rusiya” partiyasına Sergey Şoyqu və Sergey Lavrov liderlik edəcəklər.

BAKI, 19 iyun - Sputnik. Rusiyanın hakim “Vahid Rusiya” Partiyasının bu gün keçirilən qurultayında Dövlət Dumasına seçkilərdə federal siyahıda liderlərin beşliyini və namizədlərin siyahısını təsdiqləyib.

Qurultay federal və təkmandatlı dairələrdən Dumaya namizədlərin siyahısını da təsdiq edib.

Rusiya prezidenti Vladimir Putinin təklifi ilə federal siyahıya müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, “Kommunarka” xəstəxanasının baş həkimi Denis Protsenko, Ümumrusiya Xalq Cəbhəsinin Mərkəzi Qərargahının həmsədri Yelena Şmelyova və Uşaq hüquqları üzrə ombudsman Anna Kuznetsova daxil edilib.

Siyahı 57 regional qrupa bölünüb.

Vladimir Putinin qurultayda çıxışı

Rusiya prezidenti Vladimir qurultay iştirakçıları qarşısında çıxış edib. 

RF prezidenti Vladimir Putin seçki kampaniyasının məsuliyyətli dövr olduğunu, parlamentin formalaşmasının dövlətin həyatında vacib mərhələ olduğunu bəyan edib.

"Seçki kampaniyası həmişə sınaqdır və ümumilikdə siyasi sistemin möhkəmliyinin yoxlanılmasıdır. "Vahid Rusiya"nın burada da xüsusi rolu var. Lider partiya açıq, rəqabətli siyasi yarış atmosferinin yaradılmasında nümunə olmağa borcludur", - o bildirib.

Rusiya Dövlət Dumasına seçkilər

2021-ci il iyunun 17-də Rusiya prezidenti Vladimir Putin 2021-ci il sentyabrın 19-na VIII çağırış RF Dövlət Dumasına seçkilərin təyin edilməsi barədə fərman imzalayıb. Onlar Rusiyada regional və bələdiyyə orqanlara seçkilərlər bir yerdə vahid səsvermə günündə keçiriləcək.

Həmçinin oxuyun:

Putin seçki kampaniyası, vaksinasiya və demoqrafik çuxur barədə

13
Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

Azərbaycanın xarici siyasət idarəsi Ermənistana cavab verdi

106
Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

BAKI, 19 iyun - Sputnik. "Ermənistan Xarici İşlər Nazirliyi 2021-ci il 18 iyun tarixli bəyanatında ölkəmizi 44 günlük müharibə zamanı Ermənistan tərəfindən Azərbaycan ərazisində qanunsuz şəkildə döyüşən, müharibə cinayətləri, terror aktları törətməkdə, muzdlu kimi döyüşməkdə təqsirləndirilən şəxsləri mühakimə etməkdə ittiham edir. Ermənistan XİN-in bəyanatında “hərbi əsirlər” və “mülki şəxslər” kimi göstərilən şəxslər hərbi əməliyyatlar zamanı və əməliyyatların dayandırılması ilə bağlı üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisində qəsdən adamöldürmə, işgəncə, terrorçuluq və digər cinayətlərin törədilməsində təqsirləndirilən şəxslərdir. Əlbəttə, Azərbaycanın həm beynəlxalq hüquq, o cümlədən 1949-cu il Cenevrə konvensiyaları, muzdluların cəlb edilməsi, istifadəsi, maliyyələşdirilməsi və təliminə qarşı beynəlxalq Konvensiya, həm də yerli qanunvericiliyə əsasən bu şəxsləri məsuliyyətə cəlb etməyə həm hüququ, həm də beynəlxalq öhdəliyi var".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in müvafiq bəyanatına dair şərhində yer alıb.

"Hazırda Azərbaycan tərəfində saxlanılan və istintaqa cəlb olunan ermənilərə gəldikdə, Ermənistan XİN-ə xatırladırıq ki, bu şəxslərdən bir qrupu 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan ərazisinə daxil olan terrorçu qrupun üzvləridir və bu qrupun təxribatçı fəaliyyəti nəticəsində Azərbaycanın 4 hərbi qulluqçusu öldürülüb, bir mülki şəxs isə ağır yaralanıb. İttiham olunan erməni əsilli Livan vətəndaşı əcnəbi muzdlu qismində pul qarşılığında 44 günlük müharibə zamanı azərbaycanlı hərbçi və mülki şəxslərə qarşı döyüşlərdə iştirak edib. Digər iki erməni vətəndaşı isə hələ Birinci Qarabağ müharibəsi zamanı azərbaycanlı mülki şəxslərə və hərbçilərə işgəncə verməkdə ittiham olunan şəxslərdir.

Vurğulamaq istərdik ki, Azərbaycanda saxlanılan ermənilərin yerinin gizli saxlanılması ilə bağlı deyilən fikirlər tamamilə yalandır. Rəsmi açıqlamalarda artıq bildirildiyi kimi, Azərbaycan bu şəxslərin saxlanılma vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Hətta Beynəlxalq Qırmızı Xaç Komitəsi, insan hüquqları üzrə müvəkkilin (ombudsman) saxlanılan şəxslərlə mütəmadi görüşləri təşkil edilib və bu şəxslərin səhhəti barədə tibbi sənədlər belə təqdim edilib.

Azərbaycan humanizm prinsiplərindən çıxış edərək bu günədək saxlanılan ermənilərin bir hissəsini Ermənistana təhvil verib.

Bunun qarşılığında isə Ermənistan tərəfinin addımları göz qabağındadır. Yalnız Ağdam üzrə mina xəritələrini Azərbaycana təhvil verən Ermənistan bu ölkənin yüksəksəviyyəli rəsmiləri tərəfindən açıq şəkildə etiraf edildiyi kimi, çoxsaylı mina xəritələrini gizlədir, Azərbaycana verməkdən imtina edir. Hələ Birinci Qarabağ müharibəsində itkin düşən 4 minədək azərbaycanlının taleyi barədə bu günədək heç bir məlumat verilməyib. Ərazilərimiz işğaldan azad olunduqdan sonra Kəlbəcər rayonunun Başlıbel kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıq Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin və Ermənistanın itkin düşmüş azərbaycanlılar barədə məlumatı gizlətdiyinin bariz sübutudur.

Ermənistan XİN-i beynəlxalq hüquq pozuntularından danışmağa başlamadan əvvəl Ermənistan Respublikasının 30 ilə yaxın müddət ərzində beynəlxalq hüquq prinsiplərini, xüsusilə də suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini tapdaladığını, bir milyonadək azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozduğunu göz önünə gətirməlidir"-, məlumatda qeyd olunub.

106
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

39
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

39