* AZƏRBAYCAN *
ABŞ Dövlət Departamenti, arxiv şəkli

IV dərəcəli təhlükə: Dövlət Departamentindən Azərbaycan Ermənistanla bağlı xəbərdarlıq

118
(Yenilənib 14:36 19.05.2021)
ABŞ Dövlət Departamenti bu yaxınlarda baş verən döyüş əməliyyatları ilə bağlı Dağlıq Qarabağa və onun ətrafına səyahət etməməyə çağırıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 19 may — Sputnik. ABŞ Dövlət Departamenti öz vətəndaşlarına COVID-19-la bağlı Azərbaycana səyahət etməməyi tövsiyə edib. Sputnik Azərbaycan xəbər verir ki, Departament eyni zamanda ABŞ vətəndaşlarına terror təhlükəsi ilə bağlı Azərbaycana səyahəti yenidən nəzərdən keçirməyi tövsiyə edib.

"ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) COVID-19-la bağlı Azərbaycanla bağlı dördüncü dərəcəli səyahət sağlamlıq xəbərdarlığı elan edib ki, bu da ölkədə çox yüksək səviyyədə yoluxmanın olduğunu göstərir. ABŞ vətəndaşlarının Azərbaycana girişinə təsir edən məhdudiyyətlər də qüvvədədir. Azərbaycanda COVID-19-a dair daha çox məlumat almaq üçün səfirliyin COVID-19-la bağlı səhifəsinə daxil olun", - deyə Departamentin yaydığı məlumatda bildirilir.

Qurum eyni zamanda mümkün terror təhlükəsi ilə bağlı öz vətəndaşlarına ehtiyac olmadığı halda Azərbaycan-İran sərhədinə səyahət etməməyi tövsiyə edir.

Bundan əlavə, ABŞ Dövlət Departamenti bu yaxınlarda baş verən döyüş əməliyyatları ilə bağlı Dağlıq Qarabağa və onun ətrafına səyahət etməməyə çağırıb. Xəbərdarlıqda qeyd olunub ki, döyüş əməliyyatlarının bitməsindən sonra da ərazidə insan ölümləri qeydə alınıb: "ABŞ hökuməti girişin məhdudlaşdırılması ilə bağlı Dağlıq Qarabağ və onun ətrafında olan ərazilərdə ABŞ vətəndaşlarına təcili xidmətlər göstərə bilmir. Azərbaycanın Ermənistanla sərhədinin yaxınlığında olan yollarda ehtiyatlı olun. Nəzər alın ki, yolların bəzi hissələri ilkin xəbərdarlıq nişanları olmadan beynəlxalq sərhədi keçə bilər. Yollar səyahətçilər üçün ilkin xəbərdarlıq olmadan bağlı ola və ya onlar nəzarət-keçid məntəqələri tərəfindən tənzimlənə bilər".

Dövlət Departamenti analoji xəbərdarlığı Ermənistana səyahət etməyi planlaşdıran vətəndaşlarına da edib: "COVID-19-la bağlı Ermənistana səfər etməyin. Bəzi ərazilərdə yüksək risk var. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) COVID-19-la bağlı Ermənistanla bağlı dördüncü dərəcəli səyahət sağlamlıq xəbərdarlığı elan edib ki, bu da ölkədə çox yüksək səviyyədə yoluxmanın olduğunu göstərir. ABŞ vətəndaşlarının Ermənistana girişinə təsir edən məhdudiyyətlər də qüvvədədir. Ermənistanda COVID-19-a dair daha çox məlumat almaq üçün səfirliyin COVID-19-la bağlı səhifəsində daxil olun".

ABŞ Dövlət Departamenti bu yaxınlarda baş verən döyüş əməliyyatları ilə bağlı Dağlıq Qarabağa və onun ətrafına səyahət etməməyə çağırıb. Bildirilib ki, döyüş əməliyyatlarının bitməsindən sonra da ərazidə insan ölümləri qeydə alınıb: "ABŞ hökuməti girişin məhdudlaşdırılması ilə bağlı Dağlıq Qarabağda və onun ətrafında ABŞ vətəndaşlarına təcili xidmətlər göstərə bilmir. Ermənistanın Azərbaycanla sərhədinin yaxınlığında olan yollarda ehtiyatlı olun. Nəzər alın ki, yolların bəzi hissələri ilkin xəbərdarlıq nişanları olmadan beynəlxalq sərhədi keçə bilər. Yollar səyahətçilər üçün ilkin xəbərdarlıq olmadan bağlı ola və ya onlar nəzarət-keçid məntəqələri tərəfindən tənzimlənə bilər".

Xatırladaq ki, 2020-ci il sentyabrın 25-də ABŞ-ın Azərbaycandakı səfirliyi də öz vətəndaşlarına oxşar xəbərdarlıq etmişdi. Səfirlik ABŞ vətəndaşlarına gərəkli səbəb olmadan Abşeron yarımadasının hüdudlarından kənara çıxmamağı tövsiyə etmişdi. Bu xəbərdarlıq son günlər Ermənistan – Azərbaycan sərhədində vəziyyətin gərgin olması ilə izah edilmişdi. Səfirlik öz əməkdaşları və onların ailə üzvlərini Abşeron yarımadasını tərk etməmək barədə artıq təlimatlandırmışdı. Azərbaycanın bölgələrində olan ABŞ vətəndaşlarına isə hadisələrin inkişafından xəbərdar olmaq üçün yerli xəbərləri izləmək məsləhət görülürdü. Səfirlik ABŞ vətəndaşlarını ictimai yerlərdə, kütləvi toplantılarda ehtiyatlı olmağa çağırmışdı.

Eləcə də oxuyun:

Korotçenko Qarabağla bağlı əsas suallara cavab verib - Eksklüziv müsahibə

* Sərhəddə baş verən atışmanın detalları: bir nəfər hələ də axtarılır

* Düşənbədə KTMT-nin XİN rəhbərləri görüşürlər: Gündəmdə Bakı və Yerevandır

Azərbaycana aid digər maraqlı xəbərləri Sputnik Azərbaycan-ın Telegram kanalında rus dilində oxuyun.

118
Teqlər:
xəbərdarlıq, səfər, Azərbaycan, Ermənistan, Dövlət Departamenti
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Səməd Seyidov: “Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti artır”

10
(Yenilənib 16:16 23.06.2021)
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq
Səməd Seyidov: “Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir”

“Azərbaycanla bağlı birbaşa məsələlər olmasa da, nümayəndə heyəti ölkəmizin inkişafı, eləcə də regionda baş verən hadisələr, xüsusilə yenicə imzalanmış Şuşa Bəyannaməsi haqqında AŞPA üzvlərini məlumatlandıracaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Şuşa Bəyannaməsi misilsiz əhəmiyyətə malik tarixi sənəddir. Regional əhəmiyyət daşımaqla bərabər, bu sənədin beynəlxalq əhəmiyyəti artır. Şuşa Bəyannaməsi ilə yeni geosiyasi vəziyyət formalaşır. Sessiya çərçivəsində Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq. Mina xəritələri ilə bağlı məsələnin həlli vacibdir. Hətta xəritələr verilsə də, onların nə dərəcədə etibarlı olması, reallığı nə qədər düzgün əks etdirməsi kimi məsələlər sual altındadır. Regionda sülhün bərqərar olması, erməni tərəfinin bu məsələyə nə dərəcədə səmimi yanaşması məsələləri müzakirə olunacaq. Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Bu məsələyə xüsusi toxunulacaq”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Səməd Seyidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Prezident: Ağdamın mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var

3438
(Yenilənib 16:15 23.06.2021)
İlham Əliyev BMT-dən gələn ali qonağa bildirib ki, ermənilər xəritələri Azərbaycana verməkdən imtina edirlər və artıq azərbaycanlılar arasında mina partlaması səbəbindən 100-dən çox ölən və yaralanan olub.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosa Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi barbarlıq aktlarını, dağıntılar və minalanmış ərazilərin xəritəsi barədə məlumat verib.   

"Ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir. Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim", - İlham Əliyev iyunun 23-də Migel Anxel Moratinosu qəbul edərkən deyib.

Prezident qonağa 44 günlük müharibə onun acı nəticələrindən bəhs edərkən deyib:

"Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu". 

Qarabağı təkcə müharibə dövründə deyil, ondan sonra da dağıdıblar

"Bilirsiniz ki, onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar", - İlham Əliyev əlavə edib.

O, ermənilərin bu dağıntıları hansı səbəbdən törətdiklərini sadalayaraq deyib: 

"Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də - siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz - Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq".

Azərbaycanın dövlət başçısı artıq bütün resursları səfərbər edərək böyük infrastruktur layihələrinə başladıqlarını bildirib.

"Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik", - İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Minalanmış ərazilərin xəritələri

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Həmçinin oxuyun: 

* Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir - XİN

  • Minalanmış ərazilərin xəritəsi: Nə vaxt veriləcək?

  • Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

  • Mina qurbanlarının sayı daha da arta bilər - Hafiz Səfixanov

3438
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

0
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

0