* AZƏRBAYCAN *
Dmanisidə Gürcüstan polisi və yerli sakinlər, 17 may 2021-ci il

"Gürcüstan hökumətinin gecikən addımları qarşıdurmanın böyüməsinə şərait yaratdı"

114
(Yenilənib 18:22 18.05.2021)
"Biz istəyirik ki, hüquqlarımız qorunsun və gürcülərə göstərilən münasibət azərbaycanlılara da göstərilsin" - Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru Aygül İsayeva.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 18 may — Sputnik. Bir neçə gün öncə Gürcüstanın Dmanisi rayonunda azərbaycanlıların yaşadığı ərazidə kütləvi dava baş vermişdi. Sonradan yayılan məlumatlarda tərəflər arasında barışığın əldə olduğu bildirilsə də, bu məsələ Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi problemləri yenidən diqqət mərkəzinə gətirib.

Bəs bu davanın kökündə nə dayanır və Gürcüstanda yaşayan azərbaycanlıların üzləşdiyi əsas problemlər nələrdir? Mövzu ilə bağlı Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev və Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.

Dmanisidə Gürcüstan polisi və yerli sakinlər, 17 may 2021-ci il
© Sputnik / Vladimir Umikashvili
Dmanisidə Gürcüstan polisi və yerli sakinlər, 17 may 2021-ci il

Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev bildirib ki, Dmanisidə baş verən xoşagəlməz hadisəyə ictimai rəyin fikri yekdildir: belə məsələlər ölkənin milli maraqlarına ziddir.

"Bizim çoxəsrlik dostluq, qardaşlıq şəraitində birgə yaşayımız var. Bu gün heç kəsə sirr deyil ki, Gürcüstanı istəməyən qüvvələr tərəfindən ölkəmizdə milli-etnik zəmində qarşıdurma yaratmaq niyyəti ilk sırada dayanır. Gürcüstan cəmiyyətində böyük əksəriyyət bunu dərk edir. Zaman-zaman belə hallar təkrarlanıb. Bu dəfə isə ictimaiyyətin adekvat reaksiyası və hökumət qurumlarının operativ fəaliyyəti məişət münaqişəsinin böyüməsinin qarşısını aldı. Gürcüstan tərəfi Azərbaycanın strateji tərəfdaş və etibarlı dost olduğunu yaxşı başa düşür".

Deputat Gürcüstanda problemlərin olduğunu inkar etmir. Lakin deyir ki, bu problemlər həm gürcülər, həm də azərbaycanlılar üçün ortaqdır:

"Bu gün Gürcüstanda ən böyük problem işsizlikdir. Təəssüf ki, bu problemdən həm gürcülər, həm də azərbaycanlılar əziyyət çəkir. Bununla yanaşı Gürcüstandakı Azərbaycan icmasının həm də spesifik problemləri var. Bunlardan ilki gürcü cəmiyyətinə inteqarsiya ilə bağlıdır. Müəyyən obyektiv və subyektiv səbəblərə görə Azərbaycan icmasının üzvləri gürcü dilini bilmirlər. Bunun da çox böyük fəsadları var. Gürcüstanda yaşayan azərbaycanlıların ictimai-siyasi fəallığının zəif olması, burada yaşayan gənc azərbaycanlıların dövlət strukturlarında işləyə bilməməsinə şərait yaradır".

Gürcüstan polisinin əməkdaşları Dmanisidə, 17 may 2021-ci il
© Sputnik / Vladimir Umikashvili
Gürcüstan polisinin əməkdaşları Dmanisidə, 17 may 2021-ci il

Mahir Dərziyev deyib ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin aradan qaldırılması üçün Azərbaycan dövləti böyük yardımlar göstərir:

"Məhz Azərbaycan dövlətinin verdiyi dəstəklə azərbaycanlı gənclər Gürcüstan universitetlərində ali təhsil alırlar. Azərbaycan dövlətinin Gürcüstana investisiya yatırması dolayısı ilə bizim problemlərimizin həllinə xidmət edir. Arzu edirik ki, gələcəkdə belə xoşagəlməz hadisələr təkrarlanmasın. Bunun üçün də dövlət qurumlarının ardıcıl iş aparması vacibdir".

Beynəlxalq Qafqaz Universitetinin assosiativ professoru, İqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva isə bildirib ki, Gürcüstan dövləti tərəfindən burada yaşayan azərbaycanlıların problemlərinin aradan qaldırılması üçün müəyyən proqramlar reallaşdırılır, amma onların monitorinqi aparılmadığından əksəriyyəti keyfiyyətsizdir:

"Gürcü dilini bilməmək azərbaycanlılar üçün problemə çevrilmişdi. Sonradan Gürcüstan hökuməti tərəfindən proqramlar reallaşdırıldı, lakin bu, gözlənilən nəticəni vermədi. Bu işə külli miqdarda maliyyə sərf edilir. Azərbaycan dövləti də burada yaşayan gənclərin ali təhsil alması üçün maliyyə sərf edir. Bunun nəticəsi olaraq 900-ə yaxın gənc il ərzində təhsil almaq haqqı qazanır".

Yerli sakinlər Dmanisi küçələrində, 17 may 2021-ci il
© Sputnik / Vladimir Umikashvili
Yerli sakinlər Dmanisi küçələrində, 17 may 2021-ci il

İsayeva qeyd edib ki, bütün bunlarla yanaşı, Gürcüstanda azərbaycanlılara qarşı diskriminasiya hallarına rast gəlinir. Əvvəllər isə belə hallar daha çox olub.

"Dmanisidə baş verən hadisədə də biz hüququn işə düşməsini gözləyirdik. Amma Gürcüstan hökumətinin gecikən addımları qarşıdurmanın böyüməsinə şərait yaratdı. Bu hadisələrdə dövlətin passiv davranması, olaylara şərait yaratdığı fikrini formalaşdırdı. Burada yaşayan azərbaycanlılar sülhsevər və zəhmətkeş insanlardır. Biz istəyirik ki, hüquqlarımız qorunsun və gürcülərə göstərilən münasibət azərbaycanlılara da göstərilsin".

114
Səməd Seyidov - Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri

Səməd Seyidov: “Şuşa Bəyannaməsinin beynəlxalq əhəmiyyəti artır”

10
(Yenilənib 16:16 23.06.2021)
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyir ki, Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq
Səməd Seyidov: “Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir”

“Azərbaycanla bağlı birbaşa məsələlər olmasa da, nümayəndə heyəti ölkəmizin inkişafı, eləcə də regionda baş verən hadisələr, xüsusilə yenicə imzalanmış Şuşa Bəyannaməsi haqqında AŞPA üzvlərini məlumatlandıracaq”. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“Şuşa Bəyannaməsi misilsiz əhəmiyyətə malik tarixi sənəddir. Regional əhəmiyyət daşımaqla bərabər, bu sənədin beynəlxalq əhəmiyyəti artır. Şuşa Bəyannaməsi ilə yeni geosiyasi vəziyyət formalaşır. Sessiya çərçivəsində Azərbaycana qarşı davam etdirilən terror aktları ilə bağlı məsələ də nümayəndə heyəti tərəfindən qaldırılacaq. Mina xəritələri ilə bağlı məsələnin həlli vacibdir. Hətta xəritələr verilsə də, onların nə dərəcədə etibarlı olması, reallığı nə qədər düzgün əks etdirməsi kimi məsələlər sual altındadır. Regionda sülhün bərqərar olması, erməni tərəfinin bu məsələyə nə dərəcədə səmimi yanaşması məsələləri müzakirə olunacaq. Jurnalistlərin qətlə yetirilməsi bəşəriyyətə qarşı cinayətdir. Bu məsələyə xüsusi toxunulacaq”, - deyə S. Seyidov diqqətə çatdırıb.

Səməd Seyidovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

10

Prezident: Ağdamın mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var

2912
(Yenilənib 16:15 23.06.2021)
İlham Əliyev BMT-dən gələn ali qonağa bildirib ki, ermənilər xəritələri Azərbaycana verməkdən imtina edirlər və artıq azərbaycanlılar arasında mina partlaması səbəbindən 100-dən çox ölən və yaralanan olub.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosa Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi barbarlıq aktlarını, dağıntılar və minalanmış ərazilərin xəritəsi barədə məlumat verib.   

"Ölkəmizə, həmçinin işğaldan azad edilmiş ərazilərə səfər etdiyinizə görə təşəkkür edirəm. Siz öz hissləriniz barədə danışdınız. Düşünürəm ki, hər kəs eyni hissləri keçirir. Mən müharibədən sonra ilk dəfə Ağdama səfər edəndə qəmginlik hissi, kədər hissi, eyni zamanda, şəhərin yenidən qurulması ilə bağlı qətiyyət hissi keçirirdim", - İlham Əliyev iyunun 23-də Migel Anxel Moratinosu qəbul edərkən deyib.

Prezident qonağa 44 günlük müharibə onun acı nəticələrindən bəhs edərkən deyib:

"Yəqin sizə məlumat verilib ki, bir aydan da az vaxtda biz artıq yenidənqurma prosesinə başladıq. Siz gördünüz, hər şey dağılıb. Eyni zamanda, təkcə Ağdam rayonunda 97 min mina basdırılıb. Biz Ermənistandan yalnız Ağdam rayonu üzrə mina xəritələrini ala bilmişik, digər rayonlarda yüz minlərlə mina var. Onlar xəritələri bizə verməkdən imtina edirlər və bizdə artıq 100-dən çox ölən və yaralanan oldu. Müharibə başa çatandan sonra minalardan, piyada əleyhinə və tank əleyhinə minalardan 30-a yaxın adam həlak oldu, 100-dən çox mülki şəxs yaralandı, o cümlədən bu ayın əvvəlində 2 jurnalist həlak oldu". 

Qarabağı təkcə müharibə dövründə deyil, ondan sonra da dağıdıblar

"Bilirsiniz ki, onlar şəhərləri müharibə zamanı, Birinci Qarabağ müharibəsi zamanı deyiI, ondan sonra dağıdıblar. Onlar bunu Birinci Qarabağ müharibəsi dayanandan sonra demək olar ki, 30 il ərzində sistematik şəkildə bir neçə səbəbdən dağıdıblar", - İlham Əliyev əlavə edib.

O, ermənilərin bu dağıntıları hansı səbəbdən törətdiklərini sadalayaraq deyib: 

"Birincisi, bütün tikinti materiallarını götürmək üçün. Çünki evlər sökülmüş, daşlar aparılmışdır. Bu, oğurluq idi. İkinci səbəb azərbaycanlılara geri qayıtmağa imkan verməmək idi. Çünki onlar düşünürdülər ki, total dağıntıdan sonra heç kim qayıtmayacaq. Təkcə şəhərlərdə deyil, kəndlərdə də - siz digər istiqamətlərə gedəndə, məsələn Cəbrayıla, siz Füzulidə də olmusunuz - Zəngilanda, Qubadlıda vəziyyət eynidir. Bütün kəndlər, bütün şəhərlər dağıdılıb. İndi biz onları minalardan təmizləməli, həmçinin paralel olaraq yenidənqurmaya başlamalıyıq".

Azərbaycanın dövlət başçısı artıq bütün resursları səfərbər edərək böyük infrastruktur layihələrinə başladıqlarını bildirib.

"Sizə bəlkə də bununla bağlı məlumat verilib. Biz onları yenidən quracağıq və düşünürəm ki, bu miqyasda dağıntıdan inkişafa, insanlar üçün layiqli yaşayış standartlarına doğru dünyada nadir təcrübə nümayiş etdirəcəyik", - İlham Əliyev vurğulayıb.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Minalanmış ərazilərin xəritələri

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.
"Bu humanitar aksiyanın həyata keçirilməsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili başda olmaqla, Gürcüstan hökumətinin dəstəyini təqdir edirik. Eyni zamanda, prosesə verdikləri töhfəyə görə, ABŞ dövlət katibi Antoni Blinken başda olmaqla, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və ATƏT-in İsveç sədrliyinin vasitəçilik rolunu xüsusilə qeyd edirik", - Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını təhlükədən xilas edəcək və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Həmçinin oxuyun: 

* Ermənistanın mina xəritələrini verməməsi məcburi köçkünlərin qayıdışını ləngidir - XİN

  • Minalanmış ərazilərin xəritəsi: Nə vaxt veriləcək?

  • Beynəlxalq qurumlar mina xəritələrini ermənilərdən tələb etsin - Zamin Zeynal danışır

  • ABŞ rəsmisi Yerevanı bütün mina xəritələrini Azərbaycana verməyə çağırdı

  • Mina qurbanlarının sayı daha da arta bilər - Hafiz Səfixanov

2912
Milli Məclisin

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

0
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyinə 12 məsələ daxil edilib

BAKI, 23 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının iyunun 25-də keçiriləcək növbəti iclasının gündəliyi məlum olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, toplantının gündəliyinə 12 məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

2. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

3. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

4. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

5. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Qeyd edək ki, iyun ayının 22-də Milli Məclisin növbədənkənar iclası keçirilib və 14 məsələ müzakirə edilib.

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb

Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyasının çağrılıb.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.

Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.

0