SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham ƏIiyev Şuşaya gedib - VİDEO

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Şuşada
İlham Əliyev Şuşada - Sputnik Azərbaycan, 1920, 12.05.2021
Abunə olmaq
Prezident: "Şuşaya gedirik. Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında "Xarıbülbül" musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir".

BAKI, 12 may - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Şuşaya gedir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında paylaşım edib. Prezident bildirib:

"Şuşaya gedirik. Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək. Dediyim kimi, bu il may ayında "Xarıbülbül" musiqi festivalı uzun fasilədən sonra keçiriləcəkdir.

Yolüstü Azərbaycanın dilbər guşələrindən biri olan Xocavənd rayonuna gəldik. Burada təbiətin qoynunda armudu stəkanda çay içirik. Necə ki, Cıdır düzündə çay içmişik, indi isə Xocavənddə çay içirik. Və bu qədim Azərbaycan torpağında Azərbaycan xalqı bundan sonra əbədi yaşayacaq.

Eşq olsun, Azərbaycan xalqına, yaşasın Azərbaycan!"

Xəbər lenti
0