Azərbaycan bayrağına bürünmüş gənclər, arxiv şəkli

Beynəlxalq təşkilatlara azərbaycanlılara qarşı nifrət cinayətlərinə aid hesabat ünvanlanıb

16
(Yenilənib 15:06 04.05.2021)
Hesabatın hazırlanmasında Ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.

BAKI, 4 may — Sputnik. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayaraq beynəlxalq təşkilatlara ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu hesabatın məqsədi Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etməkdir.

Hesabatın hazırlanmasında Ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.

Ombudsman öz hesabatında beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı ilə bağlı narahatlığını ifadə edir və beynəlxalq təşkilatları, milli insan hüquqları təsisatlarını yeni münaqişə ocaqlarının yaranmasına səbəb olacaq bu cür əməllərə son qoymaq üçün səyləri birləşdirməyə çağırır.

16
Teqlər:
hesabat, beynəlxalq təşkilat, ombudsman
Erməni hərbçiləri, arxiv şəkli

Atəşkəsdən sonra Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı açıqlanıb

12
(Yenilənib 15:10 07.05.2021)
Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir.

BAKI, 7 may — Sputnik. "Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Vurğulanır ki, bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb.

12
Dövlət Bayrağı meydanı

Rəsmi Bakıdan Fransa Kanadaya sərt xəbərdarlıq

36
Ermənistanın 1991-94-cü illər müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

BAKI, 7 may — Sputnik. "Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına cavab olaraq deyib.

XİN rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb:

"Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq".

36
Teqlər:
xəbərdarlıq, Azərbaycan, XİN, Kanada, Fransa, Ermənistan

Moskvada keçiriləcək Qələbə paradının məşq prosesindən kadrlar

0
Qələbə Günü Moskvanın baş meydanında çoxsaylı qonaqların qarşısında yürüşdən əvvəl parad heyəti və texnika dəfələrlə məşq prosesinə cəlb olunur.

9 May - Qələbə Günü münasibətilə Rusiya paytaxtındakı Qızıl Meydanda növbəti təntənəli parad keçiriləcək. Hər il paradda Rusiya Federasiyasının müxtəlif qoşun növlərinin minlərlə hərbçisi iştirak edir və çoxlu sayda hərbi texnika nümayiş etdirilir. Rusiya Federasiyası Prezidentinin izlədiyi parada digər ölkələrdən də yüksək səviyyəli qonaqlar qatılırlar. Qələbə paradına, həmçinin faşizmə qarşı mübarizədə iştirak etmiş müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələri də vaxtaşırı olaraq dəvət edilirlər. Belə ki, keçən il pandemiya səbəbindən mayda deyil, iyunda baş tutan paradda Azərbaycan ordusunun 75 hərbçidən ibarət heyəti də iştirak edib.

Faşizm üzərində qələbə münasibətilə düzənlənən parada həmişə ciddi səylə və uzun müddət hazırlıq görülür ki, tədbir lazımı səviyyədə keçsin.

Qızıl Meydanda keçiriləcək bu möhtəşəm tədbirdə iştirak edəcək parad heyətinin və texnikanın məşq prosesi –Sputnik Azərbaycan-ın fotolentində.

0
  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Biyatov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AP Photo / Alexander Zemlianichenko

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Evgeny Odinokov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Pavel Bednyakov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Ramil Sitdikov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © REUTERS / Maxim Shemetov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Vladimir Astapkovich

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Kirill Kallinikov

  • © AFP 2021 / Alexander Nemenov

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © Sputnik / Alexander Vilf

    Moskvada Böyük Vətən Müharibəsində Qələbinin 76 illiyinə həsr olunmuş hərbi parada hazırlıq.

  • © AFP 2021 / Kirill Kudryavtsev