SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Litvanın xarici işlər naziri ilə görüşüb

© Official website of President of Azerbaijan RepublicПрезидент Азербайджана Ильхам Алиев принял делегацию во главе с министром иностранных дел Литвы Габриэлюсом Ландсбергисом
Президент Азербайджана Ильхам Алиев принял делегацию во главе с министром иностранных дел Литвы Габриэлюсом Ландсбергисом - Sputnik Azərbaycan, 1920, 30.04.2021
Abunə olmaq
Söhbət zamanı Azərbaycan Respublikası - Avropa İttifaqı əməkdaşlığı məsələləri müzakirə edildi və Azərbaycan Respublikası - Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə danışıqların tezliklə yekunlaşacağına ümidvarlıq ifadə olundu.

BAKI, 30 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsbergisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Azərbaycan-Litva ikitərəfli münasibətləri, regional təhlükəsizlik məsələləri müzakirə olundu. Dövlətimizin başçısı 30 ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarının işğalı və postmüharibə dövründə yaranmış vəziyyətlə bağlı ölkəmizin mövqeyini çatdırdı.

Xəbər lenti
0