Füzulidə dağılmış bina

BMT üzvləri erməni vəhşilikləri barədə məlumatlandırılıb

8
(Yenilənib 13:25 29.04.2021)
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin təqribən 10.000 kvadrat kilometri, bu ərazidə yerləşən 300-dən çox şəhər, qəsəbə və kənd işğaldan azad edilib.

BAKI, 29 aprel — Sputnik. BMT Təhlükəsizlik Şurasında gündəliyin “Silahlı münaqişədə mülki əhalinin müdafiəsi” bəndi üzrə “Mülki əhalinin salamat qalması üçün zəruri obyektlərin müdafiəsi” mövzusunda virtual açıq debatlar keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev debatlarda məruzə ilə çıxış edib.

Azərbaycanlı diplomat öz bəyanatında qeyd edib ki, mülki şəxslərin birbaşa hücumlardan və müəyyən hədəflər seçilməyən həmlələrdən qorunması beynəlxalq humanitar hüquq rejiminin əsas məqsədlərindən biridir və bu məqsədə xələl gətirən hərəkətlər barəsində çoxsaylı qadağalar mövcuddur. Bu rejimin əsasını fərqləndirmə prinsipi təşkil edir. Y.Əliyev qeyd edib ki, mülki şəxslər barəsində görülən müdafiə tədbirləri mülki obyektlərə də tətbiq edilməlidir.

Onun sözlərinə görə, Azərbaycan münaqişənin dağıdıcı nəticələrindən ciddi zərər çəkmiş ölkələrdən biridir. Məlum olduğu kimi, Ermənistanın Azərbaycana qarşı 1990-cı illərin əvvəlində başladığı tammiqyaslı müharibə nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi zəbt edilib və təxminən otuz il ərzində işğal altında qalıb.

Bu münaqişə müddətində mülki əhaliyə qarşı yönəlmiş, mülki şəxslərə və mülki obyektlərə qeyri-mütənasib dərəcədə zərər vurmuş hücumlar barəsində qadağalar Ermənistan tərəfindən dəfələrlə pozulub. Müharibə on minlərlə insanın həyatına son qoyub, işğal edilmiş ərazilərdə 700 mindən çox azərbaycanlı barəsində etnik təmizləmələr aparılıb. İşğal edilmiş şəhər, qəsəbə və kəndlərin əksəriyyəti yerlə-yeksan edilib. Beynəlxalq birlik Ermənistan tərəfindən ətraf mühitə vurulmuş dağıdıcı zərbələri ekoloji təcavüzün bir forması kimi səciyyələndirib.

Diplomat qeyd edib ki, 2015-ci ildən bəri Azərbaycanın işğal edilmiş ərazilərində və ətraf bölgələrdə təkrar eskalasiya müşahidə olunurdu. 2016-cı ilin aprel və 2020-ci ilin iyul aylarında Ermənistan cəbhə xəttində və Ermənistan ilə Azərbaycanın sərhədində genişmiqyaslı döyüş əməliyyatlarına təhrikçilik edib. 2016-cı ilin may ayında BMT Ali Komissarının qaçqınlar üzrə idarəsi münaqişə zonasının yaxınlığında yerləşən Azərbaycan kəndlərində artilleriya atəşləri və partlamamış döyüş sursatlarının tətbiqi nəticəsində mülki əmlaka ziyan vurulmasını bildirib. 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin sərhəd bölgəsindəki hücumları Azərbaycan ərazisində strateji əhəmiyyətli beynəlxalq neft və qaz kəmərləri, habelə Bakı-Tbilisi-Qars dəmiryolu üçün təhlükə yaradıb.

2020-ci il sentyabrın axırlarında Ermənistan tərəfindən törədilmiş növbəti təcavüz aktı və bunun ardınca başlanmış döyüş əməliyyatları Azərbaycanın dinc əhalisi arasında çoxsaylı tələfata səbəb olub. Münaqişə zonası hüdudlarından kənarda Azərbaycanın bir neçə iri şəhərlərində mülki infrastruktura ciddi ziyan vurulub.

Ermənistan silahlı qüvvələri həm də Azərbaycanın enerji infrastrukturunu məhv etməyə məqsəd qoymuşdu. Mingəçevir şəhərinə atılmış ballistik raket Cənubi Qafqazda ən iri su anbarında, Mingəçevir hidroenergetika kompleksində yerləşən Azərbaycan istilik elektrik stansiyasının binasının bilavasitə yaxınlığında yerə düşüb. Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan ərazisinin təqribən 10.000 kvadrat kilometri, bu ərazidə yerləşən 300-dən çox şəhər, qəsəbə və kənd işğaldan azad edilib.

Həmin ərazilər işğaldan azad ediləndən sonra orada törədilmiş dağıntıların, vandalizmin, qarət və soyğunçuluğun görünməmiş miqyası şoka səbəb olur. Bu ərazilərin çox hissəsi sözün hərfi mənasında kabus şəhər və kəndlərə çevrilib, bütün mülki infrastruktur dağıdılıb və qarət edilib. Bundan əlavə, geri çəkilən erməni qüvvələri və bu əraziləri tərk edən qeyri-qanuni məskunlar evləri, məktəbləri və digər mülki infrastruktur obyektlərini söküb, sonra isə yandırıblar, elektrik kabellərini və dirəkləri kəsib, yanacaqdoldurma stansiyalarını dağıdıb, işğal olunmuş ərazilərdən gedərkən orada olan hər şeyi məhv etmək məqsədilə ağacları kəsib, meşələri yandırıblar.

Mülki infrastrukturun məhv edilməsi və işğaldan azad edilmiş rayonlarda geniş sahələrin minalanması məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ciddi problemlər yaradır. Azərbaycan hökuməti bu ərazilərin bərpasına və yenidən qurulmasına, orada yaşayışın, əsas nəqliyyat və rabitə xidmətlərinin bərpasına birinci dərəcəli diqqət yetirir. Münaqişədən sonrakı dövrdə dinc quruculuq və regionun sosial-iqtisadi bərpasını tezliklə təmin etmək üçün tədbirlər görülür. Bütün şəhərlərin baş planları hazırlanır, beynəlxalq tərəfdaşların iştirakı ilə bir sıra layihələr həyata keçirilir. Eyni zamanda, törədilmiş hüquq pozuntularının labüd nəticəsi kimi beynəlxalq hüququn ciddi pozulmasına görə məsuliyyət məsələsi qaldırılmalıdır. Cəzasızlığa qarşı mübarizə də möhkəm sülh və həqiqi barışıq yolunda mühüm preventiv vasitə və zəruri ilkin şərtdir.

8
Entoni Blinken, arxiv şəkli

Entoni Blinken: "ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"

10
(Yenilənib 19:45 07.05.2021)
ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya göndərilməsinin önəmli məqam olduğundan yazıb.

BAKI, 7 may — Sputnik. ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna səfərinin çox məhsuldar keçdiyini bildirərək, "ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir" – deyib.

Sputnik Azərbaycan-ın "CNN Türk"-ə istinadla yaydığı xəbərə görə, Blinken bu barədə sosial media hesabında paylaşım edib.

Dünən Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşən dövlət katibi qeyd edib: "Kiyevdə prezident Zelenski və tanış olduğum digər şəxslərlə çox məhsuldar vaxt keçirdim. ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın suveren, demokratik və firavan gələcəyini təmin etmək üçün lazım olan islahatlara dəstək verir".

Digər tərəfdən, ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya səfər etməsinin önəmli məqam olduğunu yazıb. Yerli qəzetlərdə "Prezident Co Baydenin Blinkeni Kiyevə göndərməsi Ukraynanın ABŞ xarici siyasətində əhəmiyyətli yerə sahib olduğunu göstərir" - şəklində xəbərlər yer alıb.

10
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Bayden Putinin görüşü: Bakının şansı qədərdir?

1586
Əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.

BAKI, 7 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co BaydenVladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Bakının üstünlükləri 
Sözsüz ki, əgər bu görüş həqiqətən baş tutacaqsa, tərəflər onun harada keçirilməsi barədə qərarı özləri verəcəklər. Lakin biz, “Politico”dan fərqli olaraq, Bakını görüşün keçirilmə ehtimalı olan yerlər siyahısından silmirik.
Birincisi, ona görə ki, elə bu günlərdə ABŞ prezidentinin administrasiyası “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzadıb. Beləliklə, Bayden Azərbaycana birbaşa yardım etməyə icazə verib.
Özü də bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verib ki, bu da Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir.
İkincisi, Azərbaycan paytaxtı artıq neçə illərdir ki, ciddi beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmçinin ABŞ və Rusiyadan olan yüksək mənsəb sahiblərinin görüşləri üçün şərait yaradır.


Belə ki, 2017-ci ildə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov və NATO Hərbi komitəsinin rəhbəri Petr Pavel arasında görüş olub. Daha sonra, 2018-ci ildə Gerasimov iki dəfə Bakıda NATO birləşmiş qüvvələrinin ali baş komandanı Kertis Skaparotti ilə görüşüb. 2019-cu ildə isə Gerasimov bir daha Bakıya gələrək burada NATO Hərbi komitəsinin sədri ilə görüşüb.
2020-ci ilin fevralında, pandemiya ərəfəsində Azərbaycan paytaxtında rusiyalı generalın NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqları da keçirilib.
Bütün hallarda danışıqlar yüksək səviyyədə keçirilib və tərəflər Azərbaycan hakimiyyətinə tədbirlərin keçirilməsi üçün şərait yaratdığına görə minnətdarlıq ifadə ediblər.
Odur ki, əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.
Həm də ki, hazırda Bakı, bir çox Avropa paytaxtlarından fərqli olaraq, pandemiyadan sonra özünə gəlməyə başlayır. Şəhərdə faktiki olaraq heç bir məhdudiyyət yoxdur və baxmalı yerlər də var. Məsələn, dünyada yeganə olan “Suraxanı tanker-muzeyi”, İçəri Şəhərin Qoşa Qala qapısı yanındakı köhnə hamam, Hərbi Qənimətlər Parkı.

Eləcə də oxuyun: 

* Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir – politoloq şərhi

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Gerasimov Bakıda - NATO ilə təkbətək

 

1586
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0