Entoni Blinken, arxiv şəkli

"Blinkenin İlham Əliyevə zəngi ermənilər üçün soyuq duş effekti oldu"

50
(Yenilənib 11:19 29.04.2021)
Ermənilər neçə gündür ki, ABŞ Prezidenti Co Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki, bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin "soyqırım" ifadəsinin Türkiyə Cümhuriyyətinə aidiyyəti yoxdur.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi gecikmiş olsa da (Blinkenin daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanla danışması və Bakıya zəng etməməsi İlham Əliyevin narazılığına səbəb olmuşdu), hər iki tərəf üçün vacib idi. Sputnik Azərbaycan xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edib ki, telefon danışığında ABŞ-ın dövlət katibinin ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirməsi, enerji təhlüksizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd etməsi, Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulaması və Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirməsi Vaşinqtonun Azərbaycana verdiyi dəyəri göstərir: "Təsadüfi deyil ki, Entoni Blinken İlham Əliyevə bu il də "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin müvəqqəti dayandırıldığını bildirib. Əlbəttə, ədalətli olardı ki, bu düzəliş ümumiyyətlə ləğv edilsin. Ancaq mühafizəkar və ermənipərəst Konqresdən bunu gözləmək əbəsdir. Ağ Evin illərdir düzəlişi dondurması da bizim üçün kafidir".

Elxan Şahinoğlu vurğulayıb ki, ABŞ dövlət katibinin İlham Əliyevlə məhz indi danışması ermənilərə soyuq duş effektidir: "Çünki ermənilər neçə gündür ki, ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı" ifadəsini işlətməsini toy-bayram edirlər. Halbuki, bu gün Dövlət Departamentinin açıqlamasında xüsusi qeyd edilib ki, prezidentin "soyqırım" ifadəsinin Türkiyə Cümhuriyyətinə aidiyyəti yoxdur. Oxşar açıqlama Pentaqondan da yayınlanıb. Ayrıca, Entoni Blinken telefonda İlham Əliyevin Amerika prezidentinin "erməni soyqırımı" ilə bağlı bəyanatının Azərbaycan hakimiyyəti və cəmiyyəti tərəfindən narahatlıqla qarşılandığı sözlərini də dinləməli olub. İlham Əliyevin dilindən "Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır" sözlərini eşidən Blinkenə izah edilib ki, Türkiyə əleyhinə atılan istənilən addım Azərbaycan əleyhinə atılan addım kimi dəyərləndirilməlidir".

50
NATO-nun Brüsseldə mənzil-qərargahına əsas giriş

NATO Baş qərargah rəisləri sabah toplanırlar, Hikmət Hacıyev isə artıq müzakirıə aparıb

12
(Yenilənib 19:00 17.05.2021)
Görüşün gündəliyində alyansın NATO 2030 inkişaf strategiyası, NATO-nun strateji hərbi planlaşdırma və adaptasiyası, əməliyyatlar, missiyalar və ittifaqın digər fəaliyyətləri, Ukrayna və Gürcüstan məsələləri var.

BAKI, 17 may — Sputnik. NATO Hərbi komitəsi mayın 18-də alyansın Brüsseldəki Baş qərargahında qərargah rəisləri səviyyəsində üz-üzə görüş keçirəcək. Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir.

"NATO hərbi komitəsinin müdafiə qərargahı rəisləri səviyyəsində ikinci görüşü üz-üzə formatda mayın 18-də alyansın Brüsseldəki (Belçika) Baş qərargahında keçiriləcək. İclasa NATO hərbi komitəsinin rəhbəri, general Stüart Piç rəhbərlik edəcək", – deyə sənəddə bildirilir.

Generalları narahat edən səbəb

Görüşün gündəliyində alyansının NATO 2030 inkişaf strategiyası, NATO-nun strateji hərbi planlaşdırma və adaptasiyası, əməliyyatlar, missiyalar və ittifaqın digər fəaliyyətləri, Ukrayna və Gürcüstan məsələləri var.

Qeyd edək ki, Hərbi Komitə NATO-nun ən yüksək hərbi orqanıdır və əsas siyasi quruma - Şimali Atlantika Şurasına, eləcə də, Nüvə Planlaşdırma Qrupuna məsləhət verməkdən məsuldur. Komitənin bundan əvvəlki iclası yanvar ayının sonunda Brüsseldə baş tutub.

Brüsseldəki diplomatik mənbədən verilən məlumata görə, iclasın əsas mövzusu aprelin 28-də başlayan "ittifaq qoşunlarının Əfqanıstandan çıxarılması prosesi" olacaq.

Azərbaycan sülhməramlıları da qayıdırlar

Azərbaycan da öz sülhməramlı əsgərlərini Əfqanıstandan çıxarır. Azərbaycan hərbçiləri orada NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində xidmət aparırlar.

"Qətiyyətli dəstək" əməliyyatı - NATO-nin qeyri-hərbi missiyasıdır və həm tədrislə, həm də 2015-ci ilin 1 yanvarından Əfqanıstanın hökumət qüvvələrinə dəstək verməklə məşğuldur.

Azərbaycan SQ-nin sülhməramlı qüvvələri Əfqanıstanda 2002-ci ilin noyabrından xidmət aparır. 2018-ci ildən oraya 120 hərbçi, iki hərbi həkim və altı zabit daxildir.

Əliyevin köməkçisi artıq Brüsseldədir

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev də bu gün Brüsselə uçub. Orada Hacıyevin NATO baş katibinin müşaviri Mirça Coane ilə görüşü planlaşdırılmışdı. Görüşdə tərəflər Azərbaycanla NATO-nun cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eləcə də oxuyun:

* Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

NATO soyuq müharibə istəmir, amma...

*ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

 

 

12
Teqlər:
Hikmət Hacıyev, görüş, Baş Qərargah rəisi, Brüssel, NATO
Gürcüstan polisi, arxiv şəkli

Dmanisidə 8 nəfər saxlanıldı, Azərbaycan səfirliyi bəyanat yaydı

25
(Yenilənib 18:29 17.05.2021)
Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

BAKI, 17 may — Sputnik, Eldar Tanrıverdiyev. Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi ötən gün Dmanisi şəhərində baş vermiş kütləvi dava ilə bağlı bəyanat yayıb.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bəyanatda deyilir:

“16 may 2021-ci il tarixində Dmanisi şəhərində yerləşən azərbaycanlılara məxsus “Ömər” marketə edilən kütləvi basqın və onun ətrafında yaranan toqquşma hadisəsinə dair Səfirlik tərəfindən dərhal reaksiya göstərilib. Səfirliyin əməkdaşları hadisə yerinə baş çəkib, vəziyyətlə tanış olmuş və Gürcüstan hüquq-mühafizə orqanlarının, eləcə də yerli hakimiyyətin nümayəndələri ilə əlaqə yaratmışdırlar. Baş vermiş insidentlə bağlı Gürcüstan qanunvericiliyi çərçivəsində zəruri tədbirlər görülməkdədir. Məsələ ilə əlaqədar xüsusilə vurğulanmalıdır ki, qeyd olunan xoşagəlməz hadisəyə siyasi don geyindirmək, onu etnik zəmində qarşıdurma kimi qələmə vermək strateji tərəfdaşlıq səviyyəsində inkişaf edən Azərbaycan – Gürcüstan münasibətlərinin ruhuna uyğun gəlmir. Səfirlik soydaşları hər hansı təxribatlara uymamağa, siyasi yetkinliyi və məsuliyyəti nümayiş etdirməyə çağırır. Baş verən insidentə sırf hüquqi müstəvidə qiymət verilməli və təqsirkar bilinən şəxslər fərdi qaydada Gürcüstan qanunvericiliyinə əsasən cəzalarını almalıdırlar. Bu xoşagəlməz hadisənin hər hansı mənfi fəsadlarının qarşısını almaq məqsədilə, Səfirlik tərəfindən Gürcüstanın aidiyyəti qurumları ilə daimi təmaslar davam etdiriləcəkdir. Əziz soydaşlar, Siz həmişə Azərbaycan – Gürcüstan dostluğunun əyani təzahürü olmusunuz. Səfirlik sizin bu önəmli missiyanızın öhdəsindən gəlməyinə hər zaman dayaq olmağa hazır və sizin müdrikliyinizə əmin olduğunu bildirmək istəyir”.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi də Gürcüstanın Dmanisi rayonunda baş verən insidentlə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a daxil olan məlumatda deyilir: "16 may 2021-ci il tarixində, saat 17.00 radələrində Gürcüstanın Dmanisi rayonunun "9 aprel" küçəsində bir qrup şəxsin azərbaycanlı sahibkar Qəşəm Şamilova məxsus mağazanın qarşısına gələrək, ona, eləcə də mağazanın qarşısındakı azərbaycanlı gənclərə hücum etmələri nəticəsində kütləvi dava baş verib. Hadisə zamanı bir neçə nəfər ciddi xəsarət alıb. İnsident iştirakçılarından 8 nəfəri Gürcüstanın hüquq mühafizə orqanları tərəfindən saxlanılıb.

Dövlət Komitəsi insidentdən dərhal sonra hadisəyə reaksiya verərək, soydaşlarımızla əlaqə saxlayıb. Hadisənin hücum edən qrupdan olan bir neçə şəxsin mağazadan aldıqları məhsulun pulunu ödəmək istəməməsi səbəbindən baş verdiyi bildirilib.

Bununla belə, son dövrlər regionda cərəyan edən hadisələr, Azərbaycan Respublikasının Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər, Azərbaycan-Gürcüstan arasında dostluq münaibətlərinin davamlı inkişafı Qafqaz regionunda sülh və stabilliyin düşmənlərini ciddi narahat edir. Bu baxımdan Dmanisi rayonunda baş verənlərin təxribat olması və məqsədli şəkildə təşkil edilməsi ehtimalı da mövcuddur.

Qeyd edilənləri nəzərə alaraq, Gürcüstanda yaşayan azərbaycanlıları baş verən insidentə təmkinlə yanaşmağa, ehtiyatlı olmağa, təxribatlara uymamağa və proseslərə qonşu Gürcüstan dövlətinin qanunları çərçivəsində münasibət bildirməyə çağırırıq.

Bildiririk ki, Dmanisi rayonunda baş verən insidentə Diasporla İş üzrə Dövlət Komitəsi həssaslıqla yanaşır və daim diqqət mərkəzində saxlayır".

Eləcə də oxuyun:

*Gürcüstanda svanlar azərbaycanlılara hücum etdilər, dava düşdü - VİDEO

Dmanisidə vəziyyət yenidən gərginləşib - polis izdihamı sakitləşdirə bilmir

* Nazir: "Azərbaycanlılar gürcülərin qardaşlarıdır, qarşıdurmaya imkan verməyəcəyik"

25
Teqlər:
Diasporla İş üzrə Dövlət Komitəsi, bəyanat, səfirlik, saxlanılma, insident, Azərbaycan, Gürcüstan
Hamilə qadın, arxiv şəkli

"Uşaqların yerini deməyəcəm" - sığınacaq rəhbəri

0
"Uşaqların yerini deməyəcəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam" - Kəmalə Ağazadə

 

BAKI, 17 may — Sputnik, Nigar İsgəndərova. "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında 4 uşaqla bağlı paylaşım edib. Paylaşımdan uşaqları baxımsız vəziyyətdə olduqları görünür.

Birlik sədri Sputnik Azərbaycan-a açıqlamasında sabahdan bu məsələylə bağlı ona göndərilən ünvana baş çəkəcəyini deyib: "Həmin ərazidə yaşayanlar bu fotonu mənə göndərdilər ki, 4 azyaşlıya dəstək olun. Mənə verilən məlumata görə, qadın artıq 5-ci uşağa hamilədir. Mənə bildiriblər ki, ər deyilən şəxs ümumiyyətlə ortalıqda görünmür, qadının səhərdən axşamadək harada olduğu da bəlli deyil, uşaqlar da səfil vəziyyətindədirlər, qonşular nəsə versə, yeyərlər. Hətta deyilənlərə görə, uşaqlar neçə dəfə elektrik şitinin altından çıxarılıb".

"Uşaqların yerini deməyəcəyəm. Çünki dərhal qadının izini itirə bilərlər. Bizdə necədir? Dərhal deyiləcək ki, belə bir şey yoxdur. Bu səbəbdən ərazinin adını açıqlamayacağam", - deyə o əlavə edib.

Eləcə də oxuyun:

* Sosial şəbəkədə fotosu ilə məşhurlaşan Ayanın problemi var

Kimsəsiz uşaqlar tibbi müayinədən keçirildilər

İnsanlara doğru uzanan bu əlləri birdəfəlik necə "kəsməliyik"?

 

0
Teqlər:
Kəmalə Ağazadə, baxımsız, hamilə, ana, uşaq, sığınacaq