Zəngəzur

"Qərbi Zəngəzur bizim tarixi torpaqlarımızdır o torpaqlardan Zəngəzur dəhlizi keçəcək"

3759
"Bura Mincivan dəmir yolu vağzalı olub. Mənfur düşmən bu binanı da yerlə-yeksan edib, dağıdıb, dəmir yolunu söküb, relsləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırılması üçün istifadə edib. Bu bina erməni faşizminin növbəti qurbanıdır".

BAKI, 27 aprel — Sputnik. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva aprelin 26-da Zəngilan rayonunun Mincivan qəsəbəsinə yola düşüblər.

Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev bildirib:

"Biz gedirik Mincivan qəsəbəsinə. Mincivan qəsəbəsi qədim yaşayış məntəqəsidir.

Orada dəmir yolu stansiyası var idi. Birinci Qarabağ müharibəsindən sonra ermənilər bütün dəmir yolunu söküb aparmışlar. O relslərin bir hissəsini satmışdılar, bir hissəsindən isə tank əleyhinə istehkamlar qurmuşdular. Biz indi yenidən dəmir yolunu çəkəcəyik. Bu işlərə start verildi. Mən bir müddət əvvəl Horadiz qəsəbəsində Horadiz-Ağbənd dəmir yolunun təməl daşını qoydum. Bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə birləşdirəcək. Əslində, Zəngilan rayonu coğrafi baxımdan Şərqi Zəngəzur mahalında yerləşir və Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu açacağıq və həmçinin avtomobil yolu açılmalıdır.

Buranın da çox gözəl təbiəti vardır - uca dağlar, meşələr. Burada da şiddətli döyüşlər gedib, düşməni sərhədə qədər qovmuşuq, şəhidlər vermişik. Ağbənd qəsəbəsini - Ermənistan sərhədinə yaxın yerləşən o qəsəbəni azad edərək düz Ermənistan sərhədinə çıxdıq. İndi bu sərhəddə möhkəmlənirik, burada da sərhəd zastavası fəaliyyət göstərir. Bütün sərhədimizi bərpa etmişik.

Dövlətimizin başçısı erməni işğalçıların viran qoyduğu Mincivan dəmir yolu stansiyasının binasının yerləşdiyi əraziyə gəldi", - deyə Prezident bildirib.

İlham Əliyev həmçinin deyib:

"Bura Mincivan dəmir yolu vağzalı olub. Mənfur düşmən bu binanı da yerlə-yeksan edib, dağıdıb, dəmir yolunu söküb, relsləri aparıb, satıb, əridib və tank əleyhinə istehkamların quraşdırılması üçün istifadə edib. Bu bina erməni faşizminin növbəti qurbanıdır, növbəti şahididir. Ermənilər bütün binalarımızı - ictimai binaları, evləri, məscidləri, muzeyləri dağıdıblar, söküblər, talayıblar, daşları oğurlayıb aparıblar, özləri üçün evlər tikiblər.

Biz onları buradan qovduq. Burada şiddətli döyüşlər gedib. Mincivan qəsəbəsi uğrunda şiddətli döyüşlər gedirdi. Bizim Silahlı Qüvvələrimiz burada böyük qəhrəmanlıq göstərdi, düşməni buradan qovdu və Mincivan qəsəbəsini azad etdi. Bundan sonra Ermənistan sərhədinə qədər, Ağbənd qəsəbəsinə qədər uğurla irəliləyərək düşməni torpağımızdan çıxartdı. İndi dəmir yolu yenidən qurulacaq, vağzal da, həmçinin. Dəmir yolunun yenidən qurulması prosesinə start verildi. Horadizdən Ağbəndə qədər dəmir yolu çəkiləcək. Ondan sonra Zəngəzur dəhlizi ilə dəmir yolu Naxçıvan Muxtar Respublikasına qədər uzadılacaq. Zəngilan coğrafi nöqteyi-nəzərdən Şərqi Zəngəzur bölgəsinə aiddir və Şərqi Zəngəzurda yerləşir. Qərbi Zəngəzur da bizim tarixi torpaqlarımızdır və o torpaqlardan Zəngəzur dəhlizi keçəcək. Beləliklə, Azərbaycanın əsas hissəsi Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu vasitəsilə birləşəcək".

3759
Entoni Blinken, arxiv şəkli

Entoni Blinken: "ABŞ Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir"

10
(Yenilənib 19:45 07.05.2021)
ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya göndərilməsinin önəmli məqam olduğundan yazıb.

BAKI, 7 may — Sputnik. ABŞ-ın dövlət katibi Entoni Blinken Ukrayna səfərinin çox məhsuldar keçdiyini bildirərək, "ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir" – deyib.

Sputnik Azərbaycan-ın "CNN Türk"-ə istinadla yaydığı xəbərə görə, Blinken bu barədə sosial media hesabında paylaşım edib.

Dünən Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşən dövlət katibi qeyd edib: "Kiyevdə prezident Zelenski və tanış olduğum digər şəxslərlə çox məhsuldar vaxt keçirdim. ABŞ-ın Rusiyanın təcavüzkar hərəkətlərinə qarşı mövqeyi birmənalıdır və Ukraynanın suveren, demokratik və firavan gələcəyini təmin etmək üçün lazım olan islahatlara dəstək verir".

Digər tərəfdən, ABŞ mediası Co Bayden administrasiyasının Rusiyaya rəsmi səfər etmədən öncə Blinkenin Ukraynaya səfər etməsinin önəmli məqam olduğunu yazıb. Yerli qəzetlərdə "Prezident Co Baydenin Blinkeni Kiyevə göndərməsi Ukraynanın ABŞ xarici siyasətində əhəmiyyətli yerə sahib olduğunu göstərir" - şəklində xəbərlər yer alıb.

10
Vladimir Putin və Co Bayden arasında görüş, 2011-ci il

Bayden Putinin görüşü: Bakının şansı qədərdir?

1585
Əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.

BAKI, 7 may — Sputnik. ABŞ və Rusiya Prezidentləri Co BaydenVladimir Putin Azərbaycanın paytaxtı Bakıda görüşə bilər. Sputnik Azərbaycan "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq rəsmi şəxsləri bildiriblər.

Bu ilin aprelində Çexiya Baş nazirinin birinci müavini (həmin vaxt Çexiya XİN-in səlahiyyətlərini icra edirdi) Yan Qamaçek bildirib ki, bu ölkənin Moskva və Vaşinqtondakı səfirlərinə Rusiya – ABŞ sammitinin Praqada keçirilməsini təklif etməyi tapşırıb. Bu bəyanat Çexiya və Rusiya arasında diplomatik böhran baş verməmişdən qabaq səsləndirilib.

ABŞ-ın sabiq rəsmi şəxsləri və analitikləri bəyan ediblər ki, hər iki prezidentin görüşü Çexiya paytaxtı Praqa, İslandiya paytaxtı Reykyavik, Sloveniya paytaxtı Lyublyana və Azərbaycan paytaxtı Bakıda da keçirilə bilər.

Nəşr qeyd edir ki, Bakının görüş yeri kimi seçilməsi də gəzinti kimi bir şey olardı, xüsusilə ABŞ tərəfi üçün. Azərbaycanın həm Vaşinqton, həm də Moskva ilə güclü əlaqələri olmasına baxmayaraq, bu, qeyri-standart seçim olardı. Baydenin Bakıya gəlmə şansları o qədər də yüksək deyil. Səbəblərdən biri: Azərbaycan və Ermənistan arasında ötən il Dağlıq Qarabağda baş tutan qısamüddətli müharibədir.

"Politico" yazır ki, Baydenin Bakıya səfəri böyük ehtimalla Ermənistanı, həmçinin erməni əsilli amerikalıları narahat edəcək: "Bayden bu yaxınlarda 20-ci əsrin əvvəllərində baş verən "erməni soyqırımı"nı rəsmi olaraq tanıyaraq bu icmanın əksəriyyətini sevindirdi".

Bakının üstünlükləri 
Sözsüz ki, əgər bu görüş həqiqətən baş tutacaqsa, tərəflər onun harada keçirilməsi barədə qərarı özləri verəcəklər. Lakin biz, “Politico”dan fərqli olaraq, Bakını görüşün keçirilmə ehtimalı olan yerlər siyahısından silmirik.
Birincisi, ona görə ki, elə bu günlərdə ABŞ prezidentinin administrasiyası “Azadlığa dəstək aktı”na 907-cü düzəlişin dayandırılması müddətini uzadıb. Beləliklə, Bayden Azərbaycana birbaşa yardım etməyə icazə verib.
Özü də bu barədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə şəxsən telefonla məlumat verib ki, bu da Amerika tərəfinin Bakı ilə münasibətlər qurmaq niyyətindən xəbər verir.
İkincisi, Azərbaycan paytaxtı artıq neçə illərdir ki, ciddi beynəlxalq tədbirlərə ev sahibliyi edir, həmçinin ABŞ və Rusiyadan olan yüksək mənsəb sahiblərinin görüşləri üçün şərait yaradır.


Belə ki, 2017-ci ildə Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəisi, general Valeri Gerasimov və NATO Hərbi komitəsinin rəhbəri Petr Pavel arasında görüş olub. Daha sonra, 2018-ci ildə Gerasimov iki dəfə Bakıda NATO birləşmiş qüvvələrinin ali baş komandanı Kertis Skaparotti ilə görüşüb. 2019-cu ildə isə Gerasimov bir daha Bakıya gələrək burada NATO Hərbi komitəsinin sədri ilə görüşüb.
2020-ci ilin fevralında, pandemiya ərəfəsində Azərbaycan paytaxtında rusiyalı generalın NATO-nun Avropadakı birləşmiş qüvvələrinin baş komandanı Tod Uolterslə danışıqları da keçirilib.
Bütün hallarda danışıqlar yüksək səviyyədə keçirilib və tərəflər Azərbaycan hakimiyyətinə tədbirlərin keçirilməsi üçün şərait yaratdığına görə minnətdarlıq ifadə ediblər.
Odur ki, əgər Bayden erməni tərəfinə bağlılığından əl çəksə, o zaman rahat şəkildə Xəzərin Azərbaycan sahilində rusiyalı həmkarı ilə ciddi danışıqlar apara bilər.
Həm də ki, hazırda Bakı, bir çox Avropa paytaxtlarından fərqli olaraq, pandemiyadan sonra özünə gəlməyə başlayır. Şəhərdə faktiki olaraq heç bir məhdudiyyət yoxdur və baxmalı yerlər də var. Məsələn, dünyada yeganə olan “Suraxanı tanker-muzeyi”, İçəri Şəhərin Qoşa Qala qapısı yanındakı köhnə hamam, Hərbi Qənimətlər Parkı.

Eləcə də oxuyun: 

* Bayden Azərbaycana hərbi yardıma niyə icazə verir – politoloq şərhi

* Hərbi ekspert Baydenin qərarı barədə: "Bakı Vaşinqtona hava-su kimi lazımdır"

* Gerasimov Bakıda - NATO ilə təkbətək

 

1585
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0