"Düşmən yerindəcə məhv ediləcək" - Prezidentdən Ermənistana xəbərdarlıq

1907
İlham Əliyev: "Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq".

BAKI, 27 aprel — Sputnik. "Əfsuslar olsun ki, Ermənistanda baş qaldıran revanşist qüvvələr yenə də bizə qarşı ittihamlarla çıxış edərək, bizə qarşı ərazi iddiası irəli sürürlər. Onlara, bax, buradan xəbərdarlıq etmək istəyirəm ki, bu çirkin əməllərdən əl çəksinlər, yoxsa onların axırı pis olacaq. Biz Vətən müharibəsi dövründə kimin kim olduğunu göstərdik. Dəmir yumruq düşmənin başını əzdi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşü zamanı deyib.

"Bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədinin Zəngilan istiqamətində bizim sərhədçilərimizə qarşı edilən hərbi təxribat sonuncu belə cəhd olmalıdır. Biz təmkinlik göstərərək bu təxribata cavab vermədik. Amma bu, sonuncu xəbərdarlıqdır.

Əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Biz öz sərhədimizi qoruyuruq və bundan sonra da qoruyacağıq. Hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan öz sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib. Bizim Silahlı Qüvvələrimiz rəşadət, qəhrəmanlıq göstərərək Vətən müharibəsində Zəfər çaldılar. Sərhədçilərin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm. Təsadüfi deyil ki, bir çox hərbçilər dövlətimizin yüksək orden və medalları ilə təltif edilmişlər", - deyə dövlət başçısı qeyd edib.

1907
İran bayrağı, arxiv şəkli

Qərb İranın Şərqlə münasibətlərinin inkişafından narahatdır

19
(Yenilənib 09:02 09.05.2021)
Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir

BAKI, 9 may — Sputnik. Bir tərəfdən ABŞ-ın 40 ildir ki, davam edən sanksiyaları, digər tərəfdən də Avropa ölkələrinin Birgə Ümumi Fəaliyyət Planı çərçivəsində qeyri-fəallığı rəsmi Tehranı daha çox qonşularla, həmçinin nüvə razılaşmasının Şərqdəki dayaqları qismində Çin və Rusiya ilə yaxınlaşmağa sövq edir, Qərb isə bu prosesdən narahatlıq keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İRNA agentliyinin saytında bildirlir.

"Qərbin İslam Respublikasına qarşı düşmənçilik siyasəti ona gətirib ki, Tehran Avropa və ABŞ-dan daha da uzaqlaşaraq tədricən Şərqlə münasibətlərini inkişaf etdirir. İran və Çin arasında imzalanmış 25 illik strateji sənədin təfərrüatları məlum olduqdan sonra Qərb ölkələri ilk növbədə Tehrana yaxınlaşmağa cəhd edirlər. Qərb yaxşı anlayır ki, bu cür sazişlər İrana qarşı sanksiyaları yumşaldır və Tehrana qarşı maksimum təzyiq siyasətinin neytrallaşmasına gətirəcək", - deyə məlumatda bildirilir.

Daha sonra yazıda bildirilir ki, ABŞ və Qərb ölkələrinin İrana qarşı təhdidlərinə rəğmən Birləşmiş Ştatların siyasətini dəstəkləməyən ölkələrdən biri də Çin olub. Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir.

Çindən savayı İran Rusiya ilə də yaxşı münasibətlər saxlayır. Tehran və Moskva qaz hasilatçıları kimi müdafiə sahəsində münasibətlərin genişləndirilməsini dəstəkləyirlər.

"Çin və Rusiya 2231 qətnaməsinə müvafiq olaraq silah embarqosunun aradan qaldırılmasından sonra İranın hüquqlarını tanıyan ilk ölkələrdən olub. Onlar Bayden administrasiyasının dövründə də Birləşmiş Ştatları nüvə müqaviləsinə qaytararaq Trampın dövründə Tehrana maksimum təzyiq siyasəti çərçivəsində tətbiq edilmiş sanksiyaların ləğv edilməsinə çalışırlar", - deyə məlumatda bildirilir.

Məqalədə daha sonra deyilir ki, hazırda İran daha çox qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsinə istiqamətlənib.

"Bu məsələdən narahat olan Qərb isə Tehranla münasibətləri qaydaya salmağa çalışır. Belə ki, İranla Çin arasında müqavilə imzalandıqdan sonra Bayden belə deyib: "Mən artıq İranla Çin arasında uzun illər boyu davam edən və getdikcə genişlənən əməkdaşlıqdan narahatam".

19
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “Qarabağla bağlı yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir”

27
(Yenilənib 11:41 08.05.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir
Elxan Şahinoğlu: “Önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Qarabağla bağlı hansısa yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir: “Biz bu məsələni böyük ölçüdə həll etmişik. Ərdoğan və Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirirəm. Aydın olur ki, Rusiya gedən proseslər barədə davamlı şəkildə Türkiyəni məlumatlandırır. Rusiya anlayır ki, Türkiyə regional oyunçuya çevrilib. Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir. Fransa çox istəyərdi ki, Türkiyə Qarabağ ətrafında gedən proseslərdən kənarda qalsın. İndi önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0