XİN-nin binası, arxiv şəkli

XİN: Ermənistan yenə tarixlə mifologiyanı qarışıq salır

11
(Yenilənib 22:05 15.04.2021)
Məhz Ermənistan beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşı çıxış edərək uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib.

BAKI, 15 aprel — Sputnik. "Ermənistan XİN-in nümayiş etdirdiyi yanaşma heç bir təəccüb doğurmur, çünki bu əsassız iddialar ənənəvi olaraq rəsmi Yerevan tərəfindən səsləndirilir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, eşitdiklərini fərqli şəkildə yozmaqla məşğuldur".

Bu fikirləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Ermənistan XİN-in nümayəndəsinin Azərbaycan Prezidentinin fikirlərinə şərhi ilə bağlı suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edən Ermənistan Azərbaycan rəsmiləri tərəfindən səsləndirilən fikirlərdə də bu kimi məqamlar axtarmağa çalışır: "Məlum olduğu kimi, məhz Ermənistan beynəlxalq hüququn dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsiplərinə qarşı çıxış edərək uzun illər ərzində Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirib. Əksinə, Azərbaycan beynəlxalq hüququn sözügedən prinsipləri əsasında ikitərəfli münasibətlərin normallaşdırılmasının tərəfdarıdır və hər zaman bu mövqedən çıxış edib. Tarixi özlərinin güclü tərəfi kimi qələmə verməyə çalışan Ermənistan yenə də tarixlə mifologiyanı qarışıq salır. Elə bu səbəbdən də illərdir ki, erməni xalqını bu yalanla və miflərin girovuna çeviriblər. Rəsmi Yerevan bu həqiqəti nə qədər tez anlayarsa, erməni xalqı bir o qədər tez bölgədə dayanıqlı sülh və təhlükəsizlikdən faydalana bilər".

11
İran bayrağı, arxiv şəkli

Qərb İranın Şərqlə münasibətlərinin inkişafından narahatdır

18
(Yenilənib 09:02 09.05.2021)
Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir

BAKI, 9 may — Sputnik. Bir tərəfdən ABŞ-ın 40 ildir ki, davam edən sanksiyaları, digər tərəfdən də Avropa ölkələrinin Birgə Ümumi Fəaliyyət Planı çərçivəsində qeyri-fəallığı rəsmi Tehranı daha çox qonşularla, həmçinin nüvə razılaşmasının Şərqdəki dayaqları qismində Çin və Rusiya ilə yaxınlaşmağa sövq edir, Qərb isə bu prosesdən narahatlıq keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İRNA agentliyinin saytında bildirlir.

"Qərbin İslam Respublikasına qarşı düşmənçilik siyasəti ona gətirib ki, Tehran Avropa və ABŞ-dan daha da uzaqlaşaraq tədricən Şərqlə münasibətlərini inkişaf etdirir. İran və Çin arasında imzalanmış 25 illik strateji sənədin təfərrüatları məlum olduqdan sonra Qərb ölkələri ilk növbədə Tehrana yaxınlaşmağa cəhd edirlər. Qərb yaxşı anlayır ki, bu cür sazişlər İrana qarşı sanksiyaları yumşaldır və Tehrana qarşı maksimum təzyiq siyasətinin neytrallaşmasına gətirəcək", - deyə məlumatda bildirilir.

Daha sonra yazıda bildirilir ki, ABŞ və Qərb ölkələrinin İrana qarşı təhdidlərinə rəğmən Birləşmiş Ştatların siyasətini dəstəkləməyən ölkələrdən biri də Çin olub. Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir.

Çindən savayı İran Rusiya ilə də yaxşı münasibətlər saxlayır. Tehran və Moskva qaz hasilatçıları kimi müdafiə sahəsində münasibətlərin genişləndirilməsini dəstəkləyirlər.

"Çin və Rusiya 2231 qətnaməsinə müvafiq olaraq silah embarqosunun aradan qaldırılmasından sonra İranın hüquqlarını tanıyan ilk ölkələrdən olub. Onlar Bayden administrasiyasının dövründə də Birləşmiş Ştatları nüvə müqaviləsinə qaytararaq Trampın dövründə Tehrana maksimum təzyiq siyasəti çərçivəsində tətbiq edilmiş sanksiyaların ləğv edilməsinə çalışırlar", - deyə məlumatda bildirilir.

Məqalədə daha sonra deyilir ki, hazırda İran daha çox qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsinə istiqamətlənib.

"Bu məsələdən narahat olan Qərb isə Tehranla münasibətləri qaydaya salmağa çalışır. Belə ki, İranla Çin arasında müqavilə imzalandıqdan sonra Bayden belə deyib: "Mən artıq İranla Çin arasında uzun illər boyu davam edən və getdikcə genişlənən əməkdaşlıqdan narahatam".

18
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “Qarabağla bağlı yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir”

27
(Yenilənib 11:41 08.05.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir
Elxan Şahinoğlu: “Önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Qarabağla bağlı hansısa yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir: “Biz bu məsələni böyük ölçüdə həll etmişik. Ərdoğan və Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirirəm. Aydın olur ki, Rusiya gedən proseslər barədə davamlı şəkildə Türkiyəni məlumatlandırır. Rusiya anlayır ki, Türkiyə regional oyunçuya çevrilib. Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir. Fransa çox istəyərdi ki, Türkiyə Qarabağ ətrafında gedən proseslərdən kənarda qalsın. İndi önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27

Bu gün 25 mindən çox insan vaksin vurdurub

0
Birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

BAKI, 9 may - Sputnik. Azərbaycanda bu gün 25 625 nəfər vaksinasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Qeyd olunub ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 710, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 915 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 687 397, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 005 678, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 681 719 nəfər təşkil edir.

0