Nikol Paşinyan, arxiv şəkli

Ermənistanın baş nazirindən daha bir ilginc etiraf: "Ter-Petrosyan təklif etdi..."

1097
(Yenilənib 16:20 14.04.2021)
"Sizə bir sirr açım. Görün, birinci prezident 2018-ci ilin iyul ayında baş tutan görüşdə mənə nə deyib. Sitat gətirirəm: "Artıq torpaqları verməlisən"

BAKI, 14 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin bu gün keçirilən iclasında maraqlı açıqlamalar verib. Növbəti açıqlamasında o bildirib ki, Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyan hələ 2018-ci ilin yayında ona Qarabağdakı torpaqları geri verməyi təklif edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

"Sizə bir sirr açım. Görün, birinci prezident (Ter-Petrosyan) 2018-ci ilin iyul ayında baş tutan görüşdə mənə nə deyib. Sitat gətirirəm: "Artıq torpaqları verməlisən". Nəyin qarşılığında? Niyə? Necə? Hər bir halda, birinci prezidentin o gün söylədiyi fikir bu çərçivədən kənara çıxmadı, qalan məsələlər isə qiymətləndirmədən asılıdır", – deyə Paşinyan bildirib.

Qeyd edək ki, Ter-Petrosyan bir qədər bundan əvvəl dövlətin maraqları naminə Paşinyanın dərhal istefa verməsinin və qanuni toxunulmazlığının ləğv olunmasının vacib olduğunu bildirmişdi. O, hətta Baş nazirin müvəqqəti emiqrasiyası məsələsini də qaldırmışdı. Eks-prezidentin fikrincə, hazırkı Baş nazir dövlətin gücləndirilməsi üçün deyil, nəyin bahasına olursa olsun, öz hakimiyyətini qoruyub saxlamaq naminə çalışır.

1097
Erməni hərbçiləri, arxiv şəkli

Atəşkəsdən sonra Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı açıqlanıb

12
(Yenilənib 15:10 07.05.2021)
Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir.

 

BAKI, 7 may — Sputnik. "Hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir.

Vurğulanır ki, bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb.

12
Dövlət Bayrağı meydanı

Rəsmi Bakıdan Fransa Kanadaya sərt xəbərdarlıq

39
Ermənistanın 1991-94-cü illər müharibəsində itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

BAKI, 7 may — Sputnik. "Fransa və Kanada Xarici İşlər Nazirliklərinin rəsmi twitter səhifələrində Azərbaycan tərəfindən 3 erməni əsirinin azadlığa buraxılması müsbət addım kimi qiymətləndirilir və digər erməni əsirlərin də azad olunmasına dair çağırış edilir. Xatırlatmaq istərdik ki, bu, Azərbaycan tərəfindən edilən ilk humanist addım deyil, ölkəmiz hətta hərbi əməliyyatlar davam etdiyi zaman erməni əsirlərini qarşı tərəfə təhvil vermişdi".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa və Kanada Xarici İşlər nazirliklərinin erməni əsirlərin azad olunması ilə bağlı çağırışına cavab olaraq deyib.

XİN rəsmisi qeyd edib ki, hərbi əməliyyatlar dayandıqdan sonra tərəfimizdən 70-dən artıq erməni əsiri qarşı tərəfə qaytarılıb:

"Bunun qarşılığında isə Ermənistan, çox çətinliklə əldə olunmuş kövrək sülhə zərbə vuraraq, əməliyyatlar dayandırılqdan, demək olar ki, 20 gün sonra Azərbaycan ərazilərinə öz hərbçilərini yeritmişdir. Bu hərbçilərin törətdiyi terror aktı nəticəsində 4 nəfər azərbaycanlı hərbçi həlak olub, bir nəfər mülki şəxs isə yaralanıb. Hər iki ölkənin xarici siyasət qurumunun diqqətinə çatdırırıq ki, Ermənistan tərəfi hələ də beynəlxalq humanitar hüquq öhdəliklərini, eləcə də üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.

Yəqin ki, Ermənistanın 1991-94-cü illərdə müharibə zamanı itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə məlumatı bu günədək verməməsi, habelə azad olunmuş ərazilərdə kütləvi şəkildə basdırılmış minaların xəritələrinin təqdim etməkdən imtina etməsi barədə hər iki ölkənin məlumatı var.

Fransa və Kanada Xarici İşlər Nazirlikləri məsələyə birtərəfli deyil, obyektiv yanaşma nümayiş etdirmək istəyirlərsə, o zaman Ermənistana çağırış edərək beynəlxalq humanitar hüquq öhdəliklərinə riayət etməsini, bölgədə dayanıqlı sülhə əngəl olan fəaliyyət və əməllərdən çəkinməsini tələb edərlər. Əks təqdirdə bu, Azərbaycan cəmiyyətində hər iki ölkəyə olan etimada ciddi zərbə vuracaq".

39
Teqlər:
xəbərdarlıq, Azərbaycan, XİN, Kanada, Fransa, Ermənistan
Şuşada konsert, arxiv şəkli

Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək

0
32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur

BAKI, 7 may — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində "Xarıbülbül" musiqi festivalı keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.

Bildirilib ki, Şuşanın rəmzi olan gülün adını daşıyan "Xarıbülbül" musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.

32 ildən sonra Cıdır düzündə keçiriləcək budəfəki "Xarıbülbül" musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunur. Hazırda festivala son hazırlıq işləri görülür.

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı "Azərbaycan musiqisində multikulturalizm" mövzusunda təqdim ediləcək, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunacaq.

0