XİN-in binası, arxiv şəkli

Azərbaycan Ermənistan XİN-in bəyanatına cavab verdi

77
(Yenilənib 20:48 13.04.2021)
Faşist cəlladı Njdeyə heykəl ucaldan, əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.

BAKI, 13 aprel - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi Ermənistan Xarici İşlər Nazirliyinin Bakıda Hərbi Qənimətlər Parkının açılışı ilə bağlı bəyanatını şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, şərhdə bildirilir:

"Paytaxt Bakı şəhərində Hərbi Qənimətlər Parkının açılışı və burada 44 günlük Vətən müharibəsi zamanı Ermənistandan qənimət götürülmüş və məhv edilmiş texnikanın nümayiş etdirilməsi ilə bağlı Ermənistan XİN-in isteriyası bu ölkənin Azərbaycana qarşı qarayaxma cəhdlərinin heç bir hüdudunun olmadığını göstərir.

Azərbaycan 30 ilə yaxın qanunsuz işğal altında saxlanılan ərazilərini beynəlxalq hüququn ona verdiyi haqla azad edib, Vətən müharibəsi nəticəsində, Azərbaycan oğullarının qanı və canı bahasına ərazi bütövlüyünü təmin edib. Əlbəttə, dünya təcrübəsində də geniş şəkildə qəbul olunduğu kimi, bu şanlı Zəfərin paradlar, parklar, muzeylər və digər vasitələrlə əbədi yaşadılması bizim mənəvi haqqımızdır. Parkda müharibə iştirakçısı olan erməni hərbçilərinin manikenlərinin sərgilənməsinə gəldikdə isə, dünyanın bir çox ölkələrində hərbi muzeylərdə manikenlərin sərgilənməsi təcrübəsi mövcuddur. Bu Parkın və burada sərgilənən kompozisiyaların verdiyi ismarış birmənalıdır: dövlətə qarşı həyata keçirilən təcavüz siyasəti və qanunsuz işğal üzərində çalınan böyük Qələbə beynəlxalq hüququn təntənəsidir.

© Official website of President of Azerbaijan Republic

Ermənistan XİN-in talançılıq və insana nifrət iddialarına gəldikdə isə, azad edilmiş ərazilərimizdə Ermənistan tərəfindən dövlət səviyyəsində törədilən məqsədyönlü dağıntı və talan siyasətinin nəticələri bu gün bütün dünyanın gözləri qarşısındadır. Tarixi, mədəni, dini irsimizi yerlə yeksan edən, təbii ehtiyatlarımızı talan edən, bir milyon insanın fundamental hüququnu pozaraq 30 il ərzində mülkiyyətini mənimsəyən bir ölkənin talançılıqdan danışması heç bir çərçivəyə sığmır. Faşist cəlladı Qaregin Njdeyə Yerevanda heykəl ucaldan, birinci Qarabağ müharibəsi zamanı əli azərbaycanlıların qanına bulaşan beynəlxalq terrorçu Monte Melkonyanı qəhrəmanlaşdıran, terrorçu Soqomon Teyliryana ayaqları altında kəsilmiş insan başı ilə abidə ucaldan bir ölkənin insana nifrətdən danışmağa heç bir haqqı yoxdur.

Ermənistan tərəfinin hər fürsətdə dilə gətirdiyi “hərbi əsirlər” mövzusu ilə bağlı, bir daha Ermənistan XİN-inə yalan və iftira dolu ritorikadan çəkinməyi məsləhət görürük. Ermənistan hökumətinin də imza atdığı üçtərəfli bəyanatdan bir ay sonra Azərbaycan ərazilərinə terrorçuluq məqsədilə göndərilən diversant qrupun üzvləri “hərbi əsir” hesab oluna bilməz, bunu dəfələrlə bəyan etmişik. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir, 10 noyabr 2020-ci il tarixli birgə bəyanatın icrası ilə bağlı bütün tədbirləri həyata keçirir, o cümlədən erməni hərbi əsirləri qısa müddət ərzində Ermənistan tərəfinə qaytarıb.

Ermənistanın isə üçtərəfli razılığa zidd olaraq, pozucu fəaliyyəti ilə bağlı üzrxahlıq bildirmək əvəzinə, əsassız iddialarla çıxış etməsi, Azərbaycana qarşı yalan və iftira dolu kampaniya aparması bu ölkənin hələ də düşmənçilik mövqeyindən çıxış etdiyini, beynəlxalq hüquq əsasında münasibətlərin normallaşdırılmasına hazır olmadığını və beləliklə də, yaxın keçmişdə baş verənlərdən nəticə çıxarmadığını nümayiş etdirir".

77
Vaşinqtonda Kapitoliy qarşısında ABŞ bayraqları, arxiv şəkli

"ABŞ Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidir"

5
(Yenilənib 20:35 17.05.2021)
Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 may — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin (BMTM) sədri Fərid Şəfiyev Ermənistan-Azərbaycan sərhədində baş verən son prosesləri şərh edib.

Sputnik Azərbaycan xəbər verir ki, Fərid Şəfiyev bildirib ki, son günlər Ermənistan-Azərbaycan sərhədində vəziyyət iki ölkə arasında yenidən gərginliyin artmasına və beynəlxalq vasitəçilərin diqqətinin yenidən bölgəyə yönəlməsinə səbəb olub:

"Təəssüf ki, Azərbaycan torpaqlarının işğalı faktını 30 ilə yaxındır görməzdən gələn sözügedən vasitəçilər və dünya mediası bu dəfə keçmiş işğalçı ölkəyə dəstək göstərməyə tələsir və heç bir halda regionda sülhə xidmət etməyən, yanlış mesajlar verirlər.

İlk olaraq qeyd edilməlidir ki, Ermənistan hələ də Azərbaycanın bir sıra yaşayış məskənlərini - Naxçıvanda Kərki kəndini və Qazaxın Sofulu, Bərxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli olmaqla ümumilikdə 7 kəndini işğal altında saxlayır. İkincisi, Ermənistan anlamalıdır ki, iki ölkə arasında 30 ilə yaxın işğal altında qalmış sərhəd mövcuddur və İrəvandakı hökumət bu müddət ərzində sərhədə malik olmaq hissini itirib.

Üçüncüsü, delimitasiya iki ölkənin ərazi bütövlüyünü hörmət əsasında həyata keçirilməlidir. Əfsuslar olsun ki, Ermənistan siyasi partiyaları tərəfindən səsləndirilən fikirlərdə barışığa dair heç bir əlamət müşahidə olunmur. Dördüncüsü, beynəlxalq vasitəçilər, xüsusilə Fransa tərəfindən səsləndirilən mesajlar qəbuledilməzdir və sülhü təşviq etmək əvəzinə, vəziyyəti daha da gərginləşdirir. Bütün vasitəçilər, o cümlədən ABŞ və Fransa ermənilərin Qarabağdakı statusuna dair köhnəlmiş tezislərdən əl çəkməlidirlər.

Regionda davamlı sülhün bərqərar olmasının yeganə yolu Cənubi Qafqazda hər 3 ölkənin ərazi bütövlüyünə hörmətdən asılıdır. Bu həmçinin müxtəlif etnik icmaların öz iqtisadi və mədəni hüquqlarını inkişaf etdirmələrinə şərait yaratmaq əsasında həyata keçirilməlidir. Bu baxımdan məsələyə ikili standartlarla yanaşma yalnız "parçala, hökmranlıq et" imperialist tezisi əsasında region idarə etmək istəyən qüvvələrə xidmət edir.

Azərbaycan ötən ilki müharibədə qəti qələbə qazanmaqla öz mövqeyini möhkəmləndirib və bu baxımdan Azərbaycan xalqının təhlükəsizliyini təhdid altına ala biləcək istənilən cəhd uğursuz olacaq".

Eləcə də oxuyun:

* Lavrovdan Zəngəzur açıqlaması: "Emosiyaların qızışıdırılmasına ehtiyac yoxdur"

* Fransadan Ceyhun Bayramova zəng gəldi - Sərhəddə...

* Məktub yetişmədi və ya Kreml təmsilçisindən Paşinyanın məktubu ilə bağlı etiraf

 

5
Teqlər:
Fransa, Ermənistan, ABŞ, Qarabağ, Azərbaycan, Zəngəzur
NATO-nun Brüsseldə mənzil-qərargahına əsas giriş

NATO Baş qərargah rəisləri sabah toplanırlar, Hikmət Hacıyev isə artıq müzakirə aparıb

26
(Yenilənib 20:40 17.05.2021)
Görüşün gündəliyində alyansın NATO 2030 inkişaf strategiyası, NATO-nun strateji hərbi planlaşdırma və adaptasiyası, əməliyyatlar, missiyalar və ittifaqın digər fəaliyyətləri, Ukrayna və Gürcüstan məsələləri var.

BAKI, 17 may — Sputnik. NATO Hərbi komitəsi mayın 18-də alyansın Brüsseldəki Baş qərargahında qərargah rəisləri səviyyəsində üz-üzə görüş keçirəcək. Sputnik Azərbaycan bildirir ki, bu barədə qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir.

"NATO hərbi komitəsinin müdafiə qərargahı rəisləri səviyyəsində ikinci görüşü üz-üzə formatda mayın 18-də alyansın Brüsseldəki (Belçika) Baş qərargahında keçiriləcək. İclasa NATO hərbi komitəsinin rəhbəri, general Stüart Piç rəhbərlik edəcək", – deyə sənəddə bildirilir.

Generalları narahat edən səbəb

Görüşün gündəliyində alyansının NATO 2030 inkişaf strategiyası, NATO-nun strateji hərbi planlaşdırma və adaptasiyası, əməliyyatlar, missiyalar və ittifaqın digər fəaliyyətləri, Ukrayna və Gürcüstan məsələləri var.

Qeyd edək ki, Hərbi Komitə NATO-nun ən yüksək hərbi orqanıdır və əsas siyasi quruma - Şimali Atlantika Şurasına, eləcə də, Nüvə Planlaşdırma Qrupuna məsləhət verməkdən məsuldur. Komitənin bundan əvvəlki iclası yanvar ayının sonunda Brüsseldə baş tutub.

Brüsseldəki diplomatik mənbədən verilən məlumata görə, iclasın əsas mövzusu aprelin 28-də başlayan "ittifaq qoşunlarının Əfqanıstandan çıxarılması prosesi" olacaq.

Azərbaycan sülhməramlıları da qayıdırlar

Azərbaycan da öz sülhməramlı əsgərlərini Əfqanıstandan çıxarır. Azərbaycan hərbçiləri orada NATO-nun "Qətiyyətli dəstək" missiyası çərçivəsində xidmət aparırlar.

"Qətiyyətli dəstək" əməliyyatı - NATO-nin qeyri-hərbi missiyasıdır və həm tədrislə, həm də 2015-ci ilin 1 yanvarından Əfqanıstanın hökumət qüvvələrinə dəstək verməklə məşğuldur.

Azərbaycan SQ-nin sülhməramlı qüvvələri Əfqanıstanda 2002-ci ilin noyabrından xidmət aparır. 2018-ci ildən oraya 120 hərbçi, iki hərbi həkim və altı zabit daxildir.

Əliyevin köməkçisi artıq Brüsseldədir

Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev də bu gün Brüsselə uçub. Orada Hacıyevin NATO baş katibinin müşaviri Mirça Coane ilə görüşü planlaşdırılmışdı. Görüşdə tərəflər Azərbaycanla NATO-nun cari əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Eləcə də oxuyun:

* Çin ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasına qarşıdır

NATO soyuq müharibə istəmir, amma...

*ABŞ Əfqanıstandan çıxardığı əsgərləri harada yerləşdirəcək?

 

 

26
Teqlər:
Hikmət Hacıyev, görüş, Baş Qərargah rəisi, Brüssel, NATO
Bakıda piyada keçidi

Bakıda piyada zonaları yaradılacaq

0
Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib ki, piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib.

BAKI, 17 may — Sputnik, Zülfiyyə Quluyeva. "Hazırda Bakının mərkəzi hissəsində 49800 kv.m piyada zonası mövcuddur. Daha 15300 kv.m sahənin tamamilə piyadalaşması, həmçinin 10000 kv.m ərazidə piyada üstünlüyü olan zonaların yaradılması planlaşdırılır".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib.

O deyib ki, artıq müvafiq layihələr aidiyyəti dövlət qurumlarına göndərilib: "Piyada zonalarının yaradılması Böyük Bakının Regional İnkişaf Planına da daxil edilib, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə də birgə müzakirələr aparılıb".

Eləcə də oxuyun:

Paytaxt marşrutlarının 50 faizi yenilənib

* Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir

0
Teqlər:
Bakı, zona, piyada