Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

İlham Əliyev Türkiyə səfirinə medal verdi

15
(Yenilənib 11:52 10.04.2021)
Səfir Erkan Özorala Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə orden təqdim edilib.

BAKI, 10 aprel - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Prezident İlham Əliyev səfir Erkan Özorala Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni təqdim edib.

15
Teqlər:
Prezident İlham Əliyev, medal, səfir, Türkiyə
İran bayrağı, arxiv şəkli

Qərb İranın Şərqlə münasibətlərinin inkişafından narahatdır

18
(Yenilənib 09:02 09.05.2021)
Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir

BAKI, 9 may — Sputnik. Bir tərəfdən ABŞ-ın 40 ildir ki, davam edən sanksiyaları, digər tərəfdən də Avropa ölkələrinin Birgə Ümumi Fəaliyyət Planı çərçivəsində qeyri-fəallığı rəsmi Tehranı daha çox qonşularla, həmçinin nüvə razılaşmasının Şərqdəki dayaqları qismində Çin və Rusiya ilə yaxınlaşmağa sövq edir, Qərb isə bu prosesdən narahatlıq keçirir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İRNA agentliyinin saytında bildirlir.

"Qərbin İslam Respublikasına qarşı düşmənçilik siyasəti ona gətirib ki, Tehran Avropa və ABŞ-dan daha da uzaqlaşaraq tədricən Şərqlə münasibətlərini inkişaf etdirir. İran və Çin arasında imzalanmış 25 illik strateji sənədin təfərrüatları məlum olduqdan sonra Qərb ölkələri ilk növbədə Tehrana yaxınlaşmağa cəhd edirlər. Qərb yaxşı anlayır ki, bu cür sazişlər İrana qarşı sanksiyaları yumşaldır və Tehrana qarşı maksimum təzyiq siyasətinin neytrallaşmasına gətirəcək", - deyə məlumatda bildirilir.

Daha sonra yazıda bildirilir ki, ABŞ və Qərb ölkələrinin İrana qarşı təhdidlərinə rəğmən Birləşmiş Ştatların siyasətini dəstəkləməyən ölkələrdən biri də Çin olub. Analitiklər hesab edirlər ki, Çin İran iqtisadiyyatında mühüm rol oynayacaq. Belə ki, "səmavi"nin Tehranın xarici ticarətində payı 25% təşkil edir.

Çindən savayı İran Rusiya ilə də yaxşı münasibətlər saxlayır. Tehran və Moskva qaz hasilatçıları kimi müdafiə sahəsində münasibətlərin genişləndirilməsini dəstəkləyirlər.

"Çin və Rusiya 2231 qətnaməsinə müvafiq olaraq silah embarqosunun aradan qaldırılmasından sonra İranın hüquqlarını tanıyan ilk ölkələrdən olub. Onlar Bayden administrasiyasının dövründə də Birləşmiş Ştatları nüvə müqaviləsinə qaytararaq Trampın dövründə Tehrana maksimum təzyiq siyasəti çərçivəsində tətbiq edilmiş sanksiyaların ləğv edilməsinə çalışırlar", - deyə məlumatda bildirilir.

Məqalədə daha sonra deyilir ki, hazırda İran daha çox qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi və inkişaf etdirilməsinə istiqamətlənib.

"Bu məsələdən narahat olan Qərb isə Tehranla münasibətləri qaydaya salmağa çalışır. Belə ki, İranla Çin arasında müqavilə imzalandıqdan sonra Bayden belə deyib: "Mən artıq İranla Çin arasında uzun illər boyu davam edən və getdikcə genişlənən əməkdaşlıqdan narahatam".

18
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu

Politoloq: “Qarabağla bağlı yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir”

26
(Yenilənib 11:41 08.05.2021)
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki, Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir
Elxan Şahinoğlu: “Önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Qarabağla bağlı hansısa yeni təşəbbüslər Azərbaycanın maraqlarına cavab vermir: “Biz bu məsələni böyük ölçüdə həll etmişik. Ərdoğan və Putin arasında baş tutmuş telefon danışığını müsbət qiymətləndirirəm. Aydın olur ki, Rusiya gedən proseslər barədə davamlı şəkildə Türkiyəni məlumatlandırır. Rusiya anlayır ki, Türkiyə regional oyunçuya çevrilib. Türkiyənin Cənubi Qafqazda, Azərbaycan və Qarabağda maraqlarının olması post-müharibə dövründə də özünü göstərir. Fransa çox istəyərdi ki, Türkiyə Qarabağ ətrafında gedən proseslərdən kənarda qalsın. İndi önəmli olan Lavrovun Bakı səfərində nə təklif edəcəyidir”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

26

Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

0
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

BAKI, 9 may - Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 660 yeni yoluxma faktı qeydə alınıb, 1 539 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 326 716 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 306 119 nəfər müalicə olunaraq sağalıb, 4 680 nəfər vəfat edib. 15 917 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474, bu günə qədər isə ümumilikdə 3 330 985 test icra olunub.

0