Yerevanda etirazlar, arxiv şəkli

Bu siyasət Ermənistanda revanşist meyillərə zərbə vuracaq

2274
(Yenilənib 10:51 09.04.2021)
Məhz işğalçılıq siyasəti, resurslarını müharibəyə, minalamağa, qonşu dövlətlər haqqında çirkin kampaniya sərf etməsi bu ölkəni normal inkişafdan təcrid edir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 9 aprel — Sputnik. Azərbaycan beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq göstərməsini vacib hesab edir. Bu fikirləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Bəs Ermənistana qarşı hansı təzyiq mexanizmləri işə salına bilər? Sputnik Azərbaycan mövzu ilə bağlı millət vəkili Aydın Mirzəzadə və politoloq Məhəmməd Əsədullazadənin fikirlərini öyrənib.

Millət vəkili bildirib ki, Azərbaycanın işğalçı ölkəyə qarşı təzyiq mexanizmlərinin işə salınması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciəti tamamilə haqlı və ədalətlidir: “Ermənistan otuz ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayaraq bərbad vəziyyətə salıb, dağıntılar törədib. Bu gün faktiki olaraq orada yaşamaq mümkün deyil və hər şeyə sıfırdan başlamaq lazım gəlir. İşğalçı ölkə həmin əraziləri dağıtmaqla yanaşı, başdan-başa minalayıb. Azərbaycan həmin əraziləri təmizləməkdən ötrü böyük zaman və vəsait sərf etməlidir. Ermənistan beynəlxalq hüquq normalarına ziddi olaraq həmin minaların xəritələrini verməkdən boyun qaçırır. Bunun özü bir cinayətdir və beynəlxalq ictimaiyyət buna susmamalıdır. Bu, BMT üzvü olan ölkənin üzərinə düşən öhdəliyi yerinə yetirməməsidir. Eyni zamanda bu, dünyadakı terrorçu və dekonstruktiv qüvvələr üçün pis bir örnəkdir”.

Millət vəkili hesab edir ki, beynəlxalq ictimaiyyət ilk növbədə bunu pisləyə bilər:

"Beynəlxalq təşkilatlarda Ermənistanı həmin xəritələrin verilməsinə məcbur edən qərarlar qəbul oluna bilər. Bunu etmədiyi təqdirdə bu ölkəyə qarşı sanksiyalar işə salına bilər. Eyni zamanda burada böyük dövlətlərin üzərinə də məsuliyyət düşür. Düşünürəm ki, Ermənistana göstərilən yardım proqramlarına yenidən baxıla və Ermənistandan beynəlxalq hüquqa hörmətlə yanaşma tələb oluna bilər.

Bir sözlə, kifayət qədər təsir mexanizmləri mövcuddur. Ancaq ən böyük təsir mexanizmi Ermənistanın sivil, birgəyaşayış düşüncəsinə gəlib çatmasıdır. Artıq otuz ildir müstəqil dövlətdir və qonşu dövlətlərlə mehirban qonşuluq şəraitində yaşamağın əhəmiyyətini dərk etməlidir. Bu ilk növbədə Ermənistanın özünə lazımdır. Məhz işğalçılıq siyasəti, resurslarını müharibəyə, minalamağa, qonşu dövlətlər haqqında çirkin kampaniyaya sərf etməsi bu ölkəni normal inkişafdan təcrid edir”. 

Politoloq Məhəmməd Əsədullazadə isə deyir ki, Ermənistanın beynəlxalq təşkilatlar səviyyəsində cəzalandırılması vacibdir: “Bu ölkə beynəlxalq hüququn tələblərini pozur, mina xəritələrini Azərbaycana təqdim etmir. Buna görə Azərbaycan beynəlxalq təşkilatlarda hüquqi prosedur başlada bilər. Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın tarixi mədəni irsi vandalizmə məruz qalıb. Bu da haqlı olaraq təzminat məsələsini gündəmə gətirir. Düşünürəm ki, bu məsələ beynəlxalq müstəvidə həll oluna bilər. Eyni zamanda müharibə zamanı qadağan olunmuş silahlarla bağlı Ermənistan tərəfi cavab verməlidir. Bu da beynəlxalq hüququn pozulması ilə yanaşı, hərbi cinayətdir. Bu baxımdan XİN rəhbərliyi tərəfindən bu cür açıqlamaların verilməsi Ermənistana qarşı beynəlxalq təzyiqin formalaşmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu, doğru yoldur və Ermənistandakı revanşist meyillərə zərbə vuracaq. Azərbaycan hüquqi yollarla Ermənistanın törətdiyi əməllərə görə cəzalandırılmasına nail ola bilər”.

2274
Prezident İlham Əliyev, arxiv şəkli

"Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil" - İlham Əliyev

5
"Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Bəzən bu çox çətindir".

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. Təbii ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını təxmin etmək çətindir. Düşünürəm ki, bu, böyük ölçüdə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Düşünürəm ki, burada, həm də Yerevanda körpülər qurmaq üçün daha aktiv olmalıyıq. Təbii ki, əgər bunu Ermənistan istəyirsə. Biz onların niyyətlərini bilmirik. Onlar bunu heç vaxt açıqlamayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında deyib.

"Mən artıq bir neçə dəfə demişəm ki, biz müharibə səhifəsinin bağlandığını düşünürük. Mən artıq bir neçə dəfə demişəm ki, biz artıq Ermənistanla mümkün sülh razılaşması ilə bağlı da danışa bilərik. Bu bizim planlarımızdır. Lakin biz Ermənistan tərəfindən belə bir mesajlar görmürük.

Ermənistan Baş naziri susub. Ermənistan xarici işlər naziri isə aqressivdir. Ermənistan Azərbaycanla aqressiv davranmağa cəhd etmək durumunda deyil. Müharibə zamanı baş verənləri xatırlamalıdırlar. Erməni müxalifəti əslində isteriyadadır. Hazırda Azərbaycanafobiya və türkofobiya yeganə amilə çevrilib. Bu onlarda həmişə ən önəmli faktorlardan biri olub. Onların seçki kampaniyalarını Azərbaycanafobiya və türkofobiya, revanşizm hissi üzərində quracaqlarına əminəm.

Buna görə bu qarşılıqlı əlaqəni birtərəfli qura bilmərik. Mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu asan olmayacaq. Ağdama və digər işğaldan azad olunan ərazilərə qayıdacaq sabiq məcburi köçkünlər ermənilərin onların torpaqlarına, onların yaxınların məzarlarına, dini abidələrə nə etdiklərini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən bunu təxmin edə bilərəm. Bilirsiniz, mən müharibə zamanı təmas xəttini keçəndə və ya Ağdama binokl vasitəsi ilə baxanda və işğaldan azad olunan ərazilərə səfər edəndə eyni şeyi hiss etdim. Bəli, mən prezidentəm və öz öhdəliklərimi yerinə yetirməliyəm. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə, onları idarə edə bilərik. Lakin bəzən bu çox çətindir. Mən Azərbaycanlı qaçqınların hansı hissləri keçirəcəyini proqnozlaşdıra bilmərəm. Lakin gələcəyə baxan bir insan kimi, əgər Ermənistan tərəfi müsbət siqnallar verərsə, biz bu əlaqələri qurmaq üçün hər şeyi edəcəyik", -  Azərbaycan Prezidenti əlavə edib.

5
İlham Əliyev İskəndər M raketinin qalıqlarını nümayiş etdirir

"İskəndər-M" raketləri barədə Bakı Moskvaya rəsmi məktub ünvanlayıb

11
(Yenilənib 12:01 13.04.2021)
"Mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edirəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir".

BAKI, 13 aprel — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə Qarabağda "İskəndər-M" raketlərinin qalıqlarının aşkar olunması barədə məlumatı müzakirə etdiyini bildirib. Sputnik Azərbaycan bildirir ki, Azərbaycanın Müdafiə Nazirliyi Rusiyanın Müdafiə Nazirliyinə rəsmi məktub ünvanlayıb.

"Aprelin 1-də mənim rusiyalı həmkarım Vladimir Putinlə telefon danışığım olub. Adətən, bildiyiniz kimi, telefon danışıqlarının məzmunu iki tərəf arasında razılaşdırılır, birgə, razılaşdırılmış məlumat verilir. Lakin mən Azərbaycan xalqından heç nə gizlətmirəm və hesab edurəm ki, Azərbaycan xalqı hər şeyi bilməlidir. Biz bu məsələni müzakirə etmişik (Putinlə)", - deyə İlham Əliyev "Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransda çıxışında bildirib.

"Mənim göstərişimlə Azərbaycanın Müdafiə Nazirliyi şəkillərlə, sübutlarla birlikdə rəsmi məktub göndərib. Lakin biz hələ heç bir cavab almamışıq", - deyə dövlət başçısı bildirib.

Prezident rəsmi Yerevanın adı çəkilən raketlərdən istifadə olunması barədə bəyanatını "qəribə" adlandırıb.

"Onlar gah partlamamış raketlər barədə danışırlar, gah deyirlər ki, bu sirdir. Deməli, raketlər istifadə olunub. Biz Yerevandan rəsmi cavab gözləyirik. Mən sizə hələ bundan artığını deyəcəyəm: bizdə kifayət qədər sübut var, lakin biz rəsmi izahatları gözləyəcəyik", - deyə Əliyev vurğulayıb.

11
Teqlər:
məktub, Moskva, Bakı, raket, "İskəndər"
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya

Çin Rusiya vaksinləri ən yaxşı peyvənddir - Millət vəkili

3
"Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan vaksinlərdir. Bu vaksinlərin yan təsirləri çox az olur".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 13 aprel — Sputnik. "Azərbaycanda istifadə olunan vaksinin 90 faiz effektiv olduğu təsdiqlənib. Hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir".

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Əmək və sosial siyasət komitəsinin sədri, deputat Musa Quliyev bildirib. O deyib ki, hazırda Çin və Rusiya istehsalı olan vaksinlər ən az yan təsirləri olan vaksinlərdir: "Çinin və Rusiyanın istehsal etdiyi vaksinlər ənənəvi üsulla hazırlanan peyvəndlərdir. Onların yan təsirləri çox az olur. Effektivliyi də kifayət qədər çoxdur. Azərbaycan peyvənd alarkən, təbii ki, bu nüansları da nəzərə alıb".

M.Quliyev bildirib ki, Çinin istehsal etdiyi peyvəndin effektivliyinin 50 faiz civarında olması ilə bağlı səslənən ittihamlarla razı deyil: "Çin vaksininin istifadəsi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyə olunub. Çox təəssüf ki, biznes məqsədi ilə vaksinlərin keyfiyyətinə şübhə yaradacaq məqsədli məlumatlar yayılır:

"Vaksin biznesi ilə bağlı çox böyük mübarizə gedir. Bu, böyük pullar uğrunda mübarizədir. Koronavirus əleyhinə vaksin hazırlayan şirkətlərin imicinə zərər vuran məlumatlar yayılır. "AstraZeneca" ilə bağlı da belə mənfi fikirlər ortaya çıxdı. Sonra Böyük Britaniya rəhbərliyi bunu təkzib etdi. Biz belə məlumatlara hələ rast gələcəyik. Əsas odur ki, bu vaksini dünya üçün yararlı sayan Ümumdünya Səhiyyə Təşkilatının verdiyi qərar var. Vaksinin 90 faiz effektivliyi var. Ona görə də vaksinlər əleyhinə hələ çox məlumatlar olacaq.

Hətta "vaksin vurdurmayın" deyənlər də olacaq. Bunlar hamısı müxtəlif oyunlardır və biznes maraqlarına xidmət edən məqamlardır. Bir şirkət digər şirkətin satışını azaltmaq üçün hələ çox belə oyunlara gedəcək. Buna fikir vermək lazım deyil. Vaksinin keyfiyyəti 70 faizin üzərindədirsə, o peyvənd keyfiyyətli sayılır. Çin istehsalı olan vaksinin də effektivliyinin 90 faizin üzərində olduğu təsdiq olunub, yan təsirləri də yoxdur. Ona görə də bu fikirlərə çox da fikir vermək lazım deyil. Bunu biznes bazarının apardığı antireklam kimi qəbul etmək lazımdır".

Məlumat üçün bildirək ki, Çinin xəstəliklərə nəzarət və profilaktikası üzrə Mərkəzinin rəhbəri Qao Fu ilk dəfə koronavirus əleyhinə peyvəndlərinin effektivliyinin az olmasını etiraf edib. Sputnik Azərbaycan "Euronews"-a istinadən xəbər verir ki, Qao Fu "Çin vaksinlərinin yüksək qoruma göstəricisi yoxdur" deyə bildirib.

3
Teqlər:
açıqlama, deputat, Milli Məclis, Rusiya, Çin, vaksin
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya