Səmada təyyarə, arxiv şəkli

Azərbaycandan Ermənistana uçan təyyarə kimləri aparıb?

1041
(Yenilənib 23:02 08.04.2021)
“Noyabr ayının sonunda Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim etdi, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarıldı" - Ceyhun Bayramov.

BAKI, 8 aprel - Sputnik. Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus təyyarə Bakıdan Yerevana uçub.

Sputnik Ermənistan Ermənistanın vitse baş nazirinin mətbuat katibi Njde Ovsepyana istinadən bildirib ki, həmin təyyarənin göyərtəsində erməni əsirləri var.  

Təyyarənin "Erebuni" hava limanına eniş etdiyi deyilsə də, neçə adamı gətirdiyi bildirilmir.

Sputnik Ermənistan-ın müxbiri isə başqa məlumat əldə edib: Bakıdan gələn təyyarədə hərbi əsirlər yoxdur. Onun göyərtəsində yalnız Rusiya sülhməramlılarının başçısı Rüstəm Muradov varmış. "Erebuni" aeroportuna toplaşan "əsirlərin" yaxınları  Müdafiə Nazirliyinin binası qarşısına gedərək itkin düşmüş övladlarını Ermənistan hökumətindən tələb edən valideynlərə qoşulmağa hazırlaşırlar. Sonuncular 11 saatdır ki, həmin qurumun giriş-çıxışını bağlayıblar.

Xatırladaq ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan Moskvada səfərdə olub və Rusiya Prezidenti Vladimir Putinlə görüşərək danışıqlar aparıb. O, həmin görüşdə də guya Azərbaycanda hərbi əsirlərin saxlandığını bildirib. 

Azərbaycan XİN isə dəfələrlə bəyan edib ki, respublika ərazisində erməni hərbi əsir saxlanmır.

Məsələn, bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov İƏT Baş katibi Yusif bin Əhməd Əl-Osayminlə birgə keçirdiyi mətbuat konfransında deyib ki, noyabr ayının sonunda artıq Azərbaycan tərəfi bütün hərbi əsirləri qarşı tərəfə təqdim etdi: “Azərbaycan tərəfi 70-dən artıq hərbi əsiri Ermənistana təqdim etdi, qarşı tərəfdən isə Azərbaycana 12 hərbi əsir qaytarıldı. Qeyd edim ki, Azərbaycan, həmçinin, mülki şəxsləri, hansılar ki, müharibə zamanı Ermənistan tərəfindən yaşlı mülki şəxslər həmin ərazidə kimsəsiz buraxılmışdı, onları da Qızıl Xaç Təşkilatı vasitəsilə hərbi əməliyyatlar gedən zaman Azərbaycan onları təqdim etdi. Hazırda Ermənistan tərəfindən qaldırılan mövzunun tarixçəsi ilə bağlı qeyd edim ki, bu üçtərəfli bəyanat imzalandıqdan və tərəflər öz üzərinə öhdəlik götürdükdən sonra, təxminən bir ay sonra meydana çıxan məsələdir”.  

Ceyhun Bayramov bildirib ki, dekabrın 12-13-də Azərbaycan hərbi qüvvələrinin tam nəzarətində olan, üçtərəfli bəyanata əsasən, təsdiqlənmiş xəritələrə əsasən, Rusiya sülhməramlı qüvvələrinin yerləşdirilmə zonasına aid olmayan ərazilərdə Ermənistan hərbçilərinin yerləşdirilməsi, hərbi təxribatlar törədilməsi nəticəsində 4 Azərbaycan hərbçisi həlak olub, 1 mülki şəxs ağır yaralanıb: “Dekabrın 12-13-də Azərbaycan xüsusi xidmət orqanları və Müdafiə Nazirliyinin müvafiq bölmələri tərəfindən aparılmış anti-terror əməliyyatı zamanı o qrup tamamilə zərərsizləşdirilmişdir və 62 nəfər Ermənistan hərbiçisi tutulmuşdu. Cinayət istintaq tədbirləri nəticəsində həmin şəxslərin həmin əraziyə 26 noyabr tarixində  yerləşdirilməsi faktı təsdiqlənib. Onlar Ermənistan vətəndaşları və hərbiçiləridir, onlar Şırak vilayətindəndir. Onlar Azərbaycan ərazisində cinayət törədiblər və onların cinayəti nəticəsində yaralanan və həlak olan insanlar var. 

Azərbaycanın müvafiq qanunvericiliyinə əsasən, onlarla bağlı cinayət işi açılıb. Hərbi əməliyyatlar olmayan zaman hərbi əsir ola bilməz, onlar cinayətkardır, amma hərbi əsir deyil. Bu mövqe Azərbaycan tərəfindən bildirilib. Bu faktla bağlı Azərbaycan tərəfi beynəlxalq təşkilatları məlumatlandırıb. BMT Baş katibinə bu faktla bağlı məktub ünvanlamışıq. Bunun regiona təhdid adlandırmışıq, Ermənistana təzyiq göstərilməsini istəmişik. Ermənistan bu kimi spekuliyasiyalarla üçrərəfli bəyanata zidd olan addımlarını gizlətmək istəyir”.

1041
İlham Əliyev, arxiv şəkli

Prezident dörd ölkəyə yeni səfir təyin etdi

16
(Yenilənib 14:12 19.04.2021)
Ramiz Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

BAKI, 19 aprel — Sputnik. Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Həmçinin Prezidentin daha bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Dövlət başçısının digər sərəncamı ilə Ramiz Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

16
Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, arxiv şəkli

Nazir müavini işdən azad edildi, səfir göndərildi

6
(Yenilənib 14:05 19.04.2021)
Prezidentin sərəncamı ilə Ramiz Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

BAKI, 19 aprel — Sputnik. Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Ramiz Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

6
Teqlər:
Azərbaycan, İspaniya, səfir
Məişət tullantıları qutuları, arxiv şəkli

Tullantıların bir qismi satıldı, bir qismindən isə enerji əldə edildi

0
(Yenilənib 23:24 19.04.2021)
Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib.

BAKI, 20 aprel — Sputnik. 2020-ci ildə ölkədə 3486,5 min ton və ya əvvəlki illə müqayisədə 6,4 faiz çox tullantı əmələ gəlib və onların 67,4 faizini bərk məişət tullantıları, 32,6 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranan müxtəlif növ tullantılar təşkil edib.

Sputnik Azərbaycan-ın Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, ötən il yaranan 2350,0 min ton bərk məişət tullantılarının 74,5 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 25,0 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunub, 0,5 faizi isə ölkə daxilində satılıb. Məişət tullantılarından istifadə hesabına 200,6 milyon kVt saat və ya 2019-cu illə müqayisədə 2,4 faiz çox elektrik enerjisi istehsal edilib.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 24,6 faizi müəssisələrdə xammal kimi istifadə edilib, 20,7 faizi ölkə daxilində satılıb, 1,8 faizi ixrac olunub, 8,4 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınıb, 44,5 faizi isə müəssisələrdə qalıb.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2019-cu illə müqayisədə 0,1 faiz az və ya 317,2 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 9,1 faiz olub. Tullantıların 53,8 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranıb ki, onların da böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 61,4 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilib.

0