Putin Azərbaycan Prezidenti ilə telefonla danışıb

291
(Yenilənib 19:34 08.04.2021)
Vladimir Putinlə İlham Əliyev kontaktların müxtəlif formatlarda aktivləşdirilməsi barədə də razılığa gəliblər.

BAKI, 8 aprel - Sputnik. Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyev ilə telefonla danışıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir lo, tərəflər aprelin 7-də baş tutmuş Rusiya-Ermənistan danışıqları da nəzərə alınmaqla Qarabağdakı vəziyyəti müzakirə ediblər.

"Dağlıq Qarabağ ətrafındakı vəziyyət, onun Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu il 11 yanvar tarixli bəyanatlarına uyğun olaraq daha da sabitləşməsi məsələsinin müzakirəsi davam etdirilib. Xüsusilə, sülhün təmin olunması məsələləri, təhlükəsizlik və bölgənin mütərəqqi sosial-iqtisadi inkişafı, habelə nəqliyyat kommunikasiyalarının bərpası üzrə işlərin gedişatı barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, 7 aprel tarixində Moskvada keçirilmiş Rusiya-Ermənistan yüksək səviyyəli danışıqlarının nəticələri də nəzərə alınıb", - məlumatda ​deyilir.

Həmçinin qeyd olunur ki, V.Putinlə İ.Əliyev kontaktların müxtəlif formatlarda aktivləşdirilməsi barədə də razılığa gəliblər.

291
Teqlər:
telefon danışığı, İlham Əliyev, Vladimir Putin
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev

Ermənistan parlamentinin əməkdaşı azərbaycanlı deputatı ölümlə təhdid edib - FOTO

70
Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 aprel — Sputnik. Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin əməkdaşı məni "həbsxanada başını kəsəcəyik" deyərək təhdid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu azərbaycanlı deputat, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev sosial şəbəkədəki hesabında yazıb.

"Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobiya və etnik nifrətin bariz nümunəsi olan davranışa görə həmin şəxsin tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür", - deyə Tural Gəncəliyev bildirib.

70
Teqlər:
Ermənistan, Azərbaycan, Qarabağ, hədə, millət vəkili
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə

Azərbaycanı tərk edən səfirə prezidentdən xoş sözlər: "Ürəyimizdə yeriniz var" - FOTO

10
Prezident İlham Əliyev Azərbaycanda fəaliyyəti başa çatan Türkiyə səfiri Erkan Özoralın işini yüksək qiymətləndirib və onu "Dostluq" ordeni ilə təltif edib.

BAKI, 10 aprel — Sputnik. "Hörmətli cənab səfir, sizin fəaliyyət müddətiniz başa çatır, siz Türkiyəyə qayıdırsınız. İlk növbədə, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirmək istəyirəm. Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən söyləyib.

Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyinin özünü təsdiq etdini deyən dövlət başçısı qeyd edib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaq, bizim qəlbimizdə yaşayacaq:

"Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.

Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi, əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Sizin buradakı fəaliyyətiniz həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim".

Prezident İlham Əliyev “Dostluq” ordenini səfir Erkan Özorala təqdim edib.

"Cənab Prezident, məni bu şərəfə layiq bildiyiniz üçün Sizə çox təşəkkür etmək istəyirəm, minnətdarlığımı bildirirəm. Siz də dediyiniz kimi, mən Azərbaycan ilə Türkiyəni heç vaxt bir-birindən ayırmadım. İkisi də mənim Vətənimdir, birinci Vətənim, ikinci Vətənim deyil. İkisi də eyni dərəcədə Vətənimdir. Ankara mənim üçün nə qədər əzizdirsə, Bakı da eynidir mənim üçün. Bu sevginin nəticəsi odur ki, özümü çox bəxtiyar hiss edirəm. Çünki Azərbaycana gəlmiş və gələcək bütün türk səfirləri içində ən gözəl anlara şahidlik edən səfir mən oldum. Bu Vətən müharibəsinə şahidlik etmək mənim üçün çox böyük xoşbəxtlik oldu. Özümü fərqli hiss edirəm.

Mən burada Türkiyə ilə Azərbaycanın bir-birinə daha da yaxınlaşması üçün vəzifəmi yerinə yetirdim. Xalqlarımızın bir-birinə yaxınlaşması üçün çalışdım. Amma bu işi görməyə imkanı təmin edən Sizlər, cənab Prezidentlərimiz bizim üçün açdığınız yol oldu. Bunları onun sayəsində edə bildik. Azərbaycanda fəaliyyət göstərdiyim müddətdə bütün qurumlardan, rəsmi şəxslərdən bütün səviyyələrdə başda Siz olmaqla hər zaman dəstək aldım. Hamınıza ayrıca təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm. Azərbaycan xalqına Sizin şəxsinizdə minnətdarlığımı çatdırmaq istəyirəm. Hər zaman qardaşlığımızı hiss etdim, getdiyim hər yerdə ona şahid oldum. İnşallah, Türkiyə ilə Azərbaycan bundan sonra daha da bir-birinə yaxın olacaq. Çünki Sizin də söylədiyiniz kimi biz birlikdə güclüyük. Çox təşəkkür edirəm, çox sağ olun.", - Erkan Özoral söyləyib.

10
Teqlər:
Prezident İlham Əliyev, Erkan Özoral, Dostluq” ordeni, səfir, Azərbaycan, Türkiyə
Valetta şəhərinə mənzərə, arxiv şəkli

Bu Avropa ölkəsi turistlərə 200 avro ödəyəcək

0
(Yenilənib 23:13 10.04.2021)
"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt hotellər arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

BAKI, 11 aprel — Sputnik. Malta hakimiyyəti ölkədə turizm sahəsini inkişaf etdirmək məqsədilə turistlərə 200 avro pul ödəyəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Turizm Nazirliyinə istinadla xəbər yayıb. Nazir Kleyton Bartolo bildirib ki, Maltaya gələn əcnəbi turistlər bu pulu yalnız bir şərtlə ala biləcəklər: ölkədə ən az üç gün qalmaqla. Bunun üçün birbaşa yerli hotellərin vasitəsilə otaq bronlaşdırmaq tələb olunur. Bu şərtlərə əməl edənlərə beş ulduzlu hotellər 200, dörd ulduzlular 150, üç ulduzlular isə 100 avro ödəyəcəklər.

Malta arxipelaqındakı Qozo adasındakı hotellərdən nömrə götürənlərə ödənəcək vəsaitin məbləği isə 10 faiz artıq olacaq.

"Bu sxem beynəlxalq turizm bərpa olunan vaxt Malta hotelləri arasında rəqabətin gücləndirilməsi məqsədi daşıyır", - deyə nazir atdıqları addımın məramını açıqlayıb.

Malta hakimiyyəti ölkəyə 35 min turistin gələcəyini gözləyir.

"Reuters"in məlumatına görə, Avropa İttifaqında koronavirusdan ən yüksək vaksinasiya səviyyəsi Maltadadır. Bu ölkədə COVID-19-a yeni yoluxma halı kəskin şəkildə azalıb. Malta hökuməti gediş-gəlişi asanlaşdırmaq üçün Aİ-ni peyvənd pasportu tətbiq etməyə çağırıb.

0
Teqlər:
Avropa, Malta, ödəmə, avro, turist