SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanın Ermənistana təhvil verdiyi meyitlərin sayı bəlli oldu

© AFP 2023 / ALEXANDER NEMENOVВоенные каски армянских солдат, фото из архива
Военные каски армянских солдат, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.03.2021
Abunə olmaq
Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. "Azərbaycan Ermənistana 1400, Ermənistan isə Azərbaycana 100-dən çox meyit təhvil verib".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

"Həmçinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən 4000-ə yaxın şəxs itkin düşüb. Ermənistandan qəbirlərin və kütləvi şəkildə dəfn ərazilərinin açılmasını tələb etmək lazımdır. 10 noyabr bəyanatının 8-ci bəndində tarix intervalı göstərilmir, ona görə də söhbət müharibə zamanı ölən bütün şəxslərin qalıqlarından gedir", - deyə Şəfiyev qeyd edib.

Xəbər lenti
0