BAKI, 26 mart - Sputnik. “Ermənistanın işğal etdiyi ərazilərdə Azərbaycan xalqının irsi və əmlakına qarşı ağlasığmaz vandalizm, ekoloji soyqırımı həyata keçirdikdən sonra hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur”.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz Twitter hesabında belə yazıb.
— Hikmet Hajiyev (@HikmetHajiyev) March 25, 2021
Hacıyev həmçinin qeyd edib ki, Ermənistan İkinci Dünya müharibəsinin işğalçı dövlətləri kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir.
BAKI, 19 aprel — Sputnik. Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Həmçinin Prezidentin daha bir sərəncamı ilə Hüseyn Cəlal oğlu Hüseynov Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Dövlət başçısının digər sərəncamı ilə Ramiz Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
BAKI, 19 aprel — Sputnik. Ramiz Ayvaz oğlu Həsənov Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Ramiz Həsənov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
BAKI, 20 aprel — Sputnik. Sabahdan Xudu Məmmədov küçəsinin Çingizxan Kərimov küçəsi ilə kəsişməsindən Məhəmməd Hadi küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar 51 və 57 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri X.Məmmədov küçəsi - Rahib Məmmədov küçəsi – Aşıq Ələsgər küçəsi – Ukrayna dairəsi - Məhəmməd Hadi küçəsi ilə müvəqqəti təşkil ediləcək.