SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev BƏƏ prezidentinə və Dubay Əmirinə başsağlığı verib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества
Президент Ильхам Алиев выступил на онлайн Саммите Организации экономического сотрудничества - Sputnik Azərbaycan, 1920, 25.03.2021
Abunə olmaq
Azərbaycan Prezidenti: Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini, görkəmli dövlət xadimi Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

BAKI, 25 mart - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyana başsağlığı məktubu ünvanlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, məktubda İlham Əliyev görkəmli dövlət xadimi, Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını qeyd edib. 

"Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!", - məktubda deyilir. 

İlham Əliyev həmçinin Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma da başsağlığı məktubu ünvanlayıb:

"Qardaşınız – Birləşmiş Ərəb Əmirliklərinin maliyyə naziri, Dubay Əmirinin müavini, görkəmli dövlət xadimi Şeyx Həmdan bin Rəşid Al Məktumun vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Birləşmiş Ərəb Əmirliklərinin dost xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!"

Xəbər lenti
0