SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistanda növbədənkənar seçkilər keçiriləcək – Dəqiq tarix

© SputnikЗал заседаний НС Армении перед выборами (1 мая 2018). Еревaн
Зал заседаний НС Армении перед выборами (1 мая 2018). Еревaн - Sputnik Azərbaycan, 1920, 18.03.2021
Abunə olmaq
Tərəflər yaranmış ölkədaxili vəziyyətin ən yaxşı çıxış yolunun növbədənkənar parlament seçkiləri olduğuna dair razılığa gəliblər.

BAKI, 18 mart — Sputnik. Ermənistanın növbədənkənar parlament seçkiləri iyunun 20-i keçiriləcək. Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan öz "Facebook" səhifəsində bildirib.

Paşinyan qeyd edib ki, bu gün o "Çiçəklənən Ermənistan" Partiyasının fraksiyasının lideri Qaqik Tsarukyanla görüşüb. Tərəflər yaranmış ölkədaxili vəziyyətin ən yaxşı çıxış yolunun növbədənkənar parlament seçkiləri olduğuna dair razılığa gəliblər.

Xəbər lenti
0