Prezident İlham Əliyev və Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemir arasında görüş

Prezident İlham Əliyev Bekir Pakdemirli ilə görüşdü

15
Görüşdə Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlı genişləndirilməsi müzakirə olunub.

BAKI, 17 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 17-də Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, nazir Bekir Pakdemirli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Türkiyə dövləti başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyənin Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

15
İlham Əliyev və Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko Azərbaycana gəlir İlham Əliyevlə iki dəfə görüşəcək

1308
(Yenilənib 13:49 12.04.2021)
Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Belə ki, Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirəcəyi gözlənilir.

BAKI, 12 aprel — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko sabah Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.

Belarus liderinin ikigünlük proqramı olduqca zəngindir. Belə ki, Aleksandr Lukaşenkonun İlham Əliyevlə iki görüş keçirəcəyi gözlənilir.

Belə ki, ilk görüş Lukaşenkonun Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-formal görüşdə Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və strateji əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İkinci danışıqların rəsmi hissəsi çərşənbə günü planlaşdırılır. Görüş həm məhdud tərkibdə, həm də geniş tərkibdə nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək. Tərəflər ticari-iqtisadi sahədə əməkdaşlığın genişlənməsinə xüsusi diqqət ayıracaq.

Tərəflərin danışıqların yekununa dair bir sıra sənədləri imzalayacağı gözlənilir.

1308

İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

35
(Yenilənib 12:57 12.04.2021)
Parkla tanışlıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

BAKI, 12 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısına parkda nümayiş etdirilən hərbi texnikalar barədə məlumat verilib.

Parkla tanışlıqdan sonra Prezident İlham Əliyev təltif olunan hərbi qulluqçularla görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

35
Bakı metrosunda

"Bakı Metropoliteni"ndə yeni əsaslarla qurulur

0
Təmir-baxış qanovlarında müasir idarəetmə sisteminin tətbiqi, kommutasiya sistemi mərkəzləşmiş formada yeni əsaslarla qurulur

 

BAKI, 12 aprel — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Nərimanov" elektrik deposunda qatarların baxış-təmir sahələrində daha bir texniki yenilik tətbiq edilir. Əsaslı təmir edilərək yenidən qurulan bu sahələrin fəaliyyətinin optimallaşdırılması istiqamətində innovativ tədbirlərin həyata keçirilməsi istiqamətində mühüm işlər görülür. Bu barədə "Bakı Metropoliteni" QSC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, qanovlarda qatarların hərəkətini təmin edən 825 V-luq kontakt şəbəkəsi yenidən qurulur. Başqa sözlə, şəbəkədə kommutasiya sisteminin müasirləşməsi üzrə işlər aparılır.

Məsələnin aydın olması üçün qeyd edək ki, baxış-təmir qanovlarında qatarlar 825 V-luq sabit gərginliyi olan yollardakı kimi təmas relsindən deyil, qanovlar yerləşən sahənin tavanında quraşdırılmış təmas şəbəkəsindən alır. Bu isə təhlükəsizlik qaydalarının tələbindən irəli gələn bir məsələdir.

1966-cı ildən fəaliyyətdə olan depoda kommutasiya sisteminin dəyişdirilməsi onun daha müasir və etibarlı sistemlə əvəz edilməsi deməkdir. Bununla iş şəraiti də müasir dövrün tələbinə uyğunlaşdırılır. Görülən tədbirlərlə kontakt şəbəkəsi elementləri də yenilənməklə gücləndirilir və qanovlara yüksək gərginliyin verilməsi prosesi tam avtomatlaşdırılır.

Yeni sistemin tətbiqi ilə hər qanov qarşısında xüsusi təyin edilmiş dolablar qoyulub. Bununla baxış-təmir qanovunda dayanmış qatara sabit gərginlik verilməsi üçün çevirici qolları fırlamaq əvəzinə, sadəcə, komanda düyməsini sıxmaq yetərlidir.

Layihə İtaliyanın "Ropla" şirkəti ilə əməkdaşlıq şəraitində həyata keçirilir. Hazırda 10 qanovda yüksək gərginlik şəbəkəsinin bütün avadanlıqları, idarəetmə dolabları quraşdırılıb və sistem istifadəyə verilib. Daha 7 qanovda işlərin aparılması üçün hazırlıq tədbirləri davam etdirilir və bu, qanovların əsaslı təmiri prosesi ilə paralel aparılır.

İşlər bununla tamamlanmır. Bütün qanovlarda yeni sistem eyni mərkəzdən idarə olunacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. İdarəetmə mərkəzində iş başında olan operator otağı tərk etmədən qatarların istənilən baxış-təmir qanovuna gərginliyin verilib-çıxarılmasını avtomatik yerinə yetirə biləcək.

0