SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Slovakiyadan siyasi məsələlərə görə razılıq etdi

© Sputnik / Murad OrujovAzərbaycan və Slovakiya XİN başçısılarının birgə mətbuat konfransı
Azərbaycan və Slovakiya XİN başçısılarının birgə mətbuat konfransı  - Sputnik Azərbaycan, 1920, 17.03.2021
Abunə olmaq
Ceyhun Bayramovun sözlərinə görə, Slovakiya ilə qarşılıqlı ticarət dövriyyəsi və qarşılıqlı investisiya layihələrinin həcminin artırılması üçün böyük potensial var

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 17 mart - Sputnik. "Azərbaycan və Slovakiya arasında siyasi dialoqu yüksək qiymətləndiririk".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiyanın xarici işlər naziri İvan Korçok ilə görüşün yekunlarına dair keçirdiyi birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov xatırladıb ki, 2019-cu ildə Slovakiya Respublikasının Azərbaycanda səfirliyi təsis edilib: "Bu, ikitərəfli münasibətlərin inkişafı baxımından olduqca önəmli addımdır. Siyasi və iqtisadi məsələlər üzrə əlaqələndirmə qrupunun yaradılması planlaşdırılır".

Nazir vurğulayıb ki, hazırda Azərbaycanda 11 Slovakiya kapitallı şirkət fəaliyyət göstərir: "Qarşılıqlı ticarət dövriyyəsi və qarşılıqlı investisiya layihələrinin həcminin artırılması üçün böyük potensial var".

Nazir vurğulayıb ki, Azərbaycan və Slovakiya iqtisadiyyat, mədəniyyət, turizm sahəsində əməkdaşlıq edirlər.

Xəbər lenti
0