МИД Турции, фото из архива

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb

21
Bir gün əvvəl İranın İraqdakı səfiri İrec Məscedi “Rudaw” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır.

BAKI, 28 fevral - Sputnik. İranın Ankaradakı səfiri Məhəmməd Ferazmend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi bildirib.

Türkiyəni xarici siyasət idarəsində İran səfirinə bildiriblər ki, rəsmi Ankara Tehrandan terrorizmlə mübarizə məsələlərində buna qarşı çıxış etməyi yox, dəstək gözləyir.

Bir gün əvvəl İranın İraqdakı səfiri İrec Məscedi “Rudaw” kürd xəbərlər agentliyinə bildirib ki, Tehran Türkiyə qoşunlarının İraqda olmasına qarşıdır.

Məhəmməd Frezamend isə öz növbəsində İraqdakı həmkarı İrec Məscidinin Türkiyə əleyhinə açıqlamaları ilə razılaşmadığını bildirib. O, qeyd edib ki, Türkiyənin İraqın sabitliyi və təhlükəsizliyinə yönələn PKK təşkilatı əleyhinə keçirdiyi əməliyyatların terrora qarşı olması Bağdad da daxil olmaqla hamıya məlumdur.

21

Politoloq: “Bəzi siyasi dairələr Azərbaycanla münasibətlərin inkişafını istəmir”

170
(Yenilənib 21:24 15.04.2021)
Politoloq İlqar Vəlizadə deyir ki, Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub
İlqar Vəlizadə: “Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar”

“Bəli, Fransa separatçıların tərəfində idi və bu, həqiqətdir. Müharibə zamanı bir neçə dəfə bu barədə açıq fikirlərimi bildirmişdim və bu, əlbəttə ki, qeyri-münasib idi”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan-Fransa münasibətləri uzun illərdir inkişaf edir: “Ölkəmiz Fransa üçün regionda ən vacib iqtisadi tərəfdaşdır. Azərbaycan Fransa şirkətlərinin də iştirak etdiyi irimiqyaslı layihələr həyata keçirir. Bu da Avropanın enerji təhlükəsizliyinə böyük töhfədir. Azərbaycan həmişə Fransa ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olub. Lakin Fransadakı bəzi təsirli siyasi dairələr bunu istəmirlər. Təəssüflər olsun ki, onlar erməni lobbisinin təsiri altında olan qüvvələrdir. Onlar lobinin maraqlarına cavab verən addımlar atırlar. Belə olan halda münasibətlər ziddiyyyətli fonda inkişaf edir”.

İlqar Vəlizadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

170
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Avropa İttifaqının canfəşanlığı: ikili standartlar keçmişdə qaldı?

977
(Yenilənib 17:33 16.04.2021)
Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir.

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 16 aprel — Sputnik. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabındakı paylaşımda Ermənistanla Azərbaycan arasında əməkdaşlıq üçün etimadın formalaşmalı olduğunu yazıb. Aİ-nin xüsusi nümayəndəsi tərəflər arasında inam və etimadın formalaşmasının vacib olduğunu qeyd edib.

Bəs Aİ Azərbaycan və Ermənistan arasında etimadın qurulması üçün hansı işləri görə bilər? Sputnik Azərbaycan Aİ-nin post-müharibə dövründəki rolu ilə bağlı Milli Məclisin deputatı Ramil Həsənin və politoloq Tofiq Abbasovun fikirlərini öyrənib.

Milli Məclisin deputatı Ramil Həsən bildirib ki, Azərbaycan və Aİ arasında milli maraqlarımıza və beynəlxalq hüquqa söykənən əməkdaşlıq platforması mövcuddur:

“Bizim münasibətlərimiz müxtəlif sahələrdə əməkdaşlıqların qurulması ilə davam etdirilir. Eyni zamanda ikitərəfli münasibətlərimizdə təzadlı yanaşmalar və ikili standartların ortaya çıxdığı məqamlar olub. Avropa İttifaqı Azərbaycan torpaqlarının işğalda olduğu dövrdə və 44 günlük Vətən müharibəsində konkret mövqe sərgiləməyib. Biz ölkəmizə yanaşmada ikili standartlar və qərəzli yanaşmalara şahid olmuşuq.

Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədlərinin Ermənistan tərəfindən də tanınmasını, bu ölkənin reallıqları qəbul edərək Azərbaycanla münasibətlərdə normal yanaşma sərgiləməsini gözləyir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır. Amma gəlin baxaq görək Ermənistan buna hazırdırmı?! Azərbaycan bölgənin bütün ölkələri ilə sülh və əməkdaşlıq şəraitində mehriban qonşuluq siyasəti yürüdür. Azərbaycanın bu münasibəti qarşılığında Ermənistan tərəfindən sərsəm bəyanatlar verilməkdədir. Bu isə Ermənistan tərəfinin etimada söykənən əməkdaşlığa hazır olmadığını və problemlərin günahkarının bu ölkə olduğunu göstərməkdədir. Əgər normal münasibətlərin qurulmasını arzu edirlərsə, üzlərini Ermənistana tutsunlar və bunu onlardan tələb etsinlər”.

Politoloq Tofiq Abbasov isə deyib ki, münaqişənin davam etdiyi müddətdə və bu günə qədər Avropa İttifaqının oynadığı rol səmərəsizdir: “Bu qurum illərdir gəlişigözəl ifadələrlə Azərbaycanı yola gətirməyə çalışırdı. Uzun illərdir deyirdilər ki, sərhədlərin dəyişilməsi məqbuldur, siz onsuz da Avropa İttifaqının üzvü olacaqsınız. Belə yanaşma həm yanlış, həm də təhlükəli idi. Çünki Avropa İttifaqının rəsmiləri bununla Ermənistanın işğalçı siyasətini qidalandırırdılar. Buna görə də belə bir müstəvidə sağlam əməkdaşlıq qurula bilməzdi. Əgər Aİ sülhün və əməkdaşlığın qurulmasını istəyirsə, ilk növbədə Ermənistanla işləməli, lazım gələrsə, bu ölkəyə təzyiq mexanizmlərini işə salmalıdır. Biz post-müharibə dövrünü yaşayırıq və görürük ki, Ermənistan daxilindəki siyasi qüvvələr və qruplar Azərbaycana qarşı təxribatlarını qüvvədə saxlayırlar. Belə bir şəraitdə hansısa etimaddan danışmaq olmaz. Müharibə bitib, amma məğlub ölkə tərəfindən təxribatlar başa çatmır. Əminəm ki, Ermənistan tərəfindəki revanşist meyillər, təxribat planları Aİ-nin nümayəndələrinə də bəllidir. Amma onlar özlərini elə göstərirlər ki, sanki bütün bunlardan xəbərsizdirlər”.

“Əgər sülhə hazırlıqdan danışırıqsa, Aİ Ermənistana real situasiyanı anlatmalı və status-kvonun dəyişdiyini izah etməlidir. Ermənistan da anlamalıdır ki, hazırkı status-kvo bir daha onların xeyrinə dəyişilməyəcək. Heç bir havadar qüvvə bu vəziyyəti onların xeyrinə dəyişə bilməyəcək. Çünki Azərbaycan haqq işini başa çatdıraraq, torpaqların gerçək sahibinin özü olduğunu bütün dünyaya göstərdi.

Əgər bizim etimadımızı qazanmaq istəyirlərsə, mina xəritələrini Azərbaycana təqdim etsinlər. Bunu etsələr, əməli işlərə başlamaq üçün mühit yaranmış olacaq. Bu olmasa, hansısa sülhdən, ona hazırlıqdan söhbət gedə bilməz”, – deyə T.Abbasov bildirib.

977
Teqlər:
ikili standartlar, münasibətlər, münasibət, Ermənistan, Azərbaycan, Avropa İttifaqı
Kişi uşağı ilə, arxiv şəkli

Bu il 17 uşaq övladlığa verilib

0
Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

 

BAKI, 17 aprel — Sputnik. Dövlət uşaq müəssisələrindəki uşaqların doğma ailə mühitinə qayıdışına nail olunması istiqamətində işlərin davamı olaraq, bu ilin yanvar-mart aylarında 17 uşaq həmin müəssisələrdən ailələrinə qaytarılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qeyd olunan müddətdə 17 uşaq (9-u oğlan, 8-i qız) isə övladlığa verilib.

Övladlığagötürmə sahəsində idarəetmənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirildiyi 1 noyabr 2019-cu ildən övladlığa verilən uşaqların sayı isə 23-ü oğlan, 21-i qız olmaqla 44 nəfərdir.

Uşaqların övladlığa götürüldüyü ailələrdə inkişafı üçün şəraitin olmasına xüsusi diqqət yetirilir. Bu istiqamətdə ciddi nəzarət həyata keçirilir, övladlığa götürülən uşaqların ailələrdəki vəziyyətinin öyrənilməsi üçün dövri monitorinqlər aparılır.

0