BAKI, 23 fevral - Sputnik. “Bu, xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşüdür. Bu il Türkmənistanda keçirilməsi nəzərdə tutulan üç ölkənin dövlət başçılarının zirvə görüşünün hazırlıqlarını müzakirə etdik və bu zirvə görüşü ilə bağlı yol xəritəsini müəyyənləşdirdik”.
“Report”un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, nazirlər arasında görüş zamanı həmçinin, Əfqanıstan, terrorla mübarizə, bölgə və dünyada baş verən proseslər diqqət mərkəzində olub.
BAKI, 3 mart - Sputnik. ABŞ bundan belə rejimləri devirərək demokratiyanı güclə yeritməkdən əl çəkəcək. Çünki bunun artıq heç bir nəticəsi yoxdur.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.
Amerikalılara televiziya ilə müraciətində o qeyd edib ki, hazırkı hökumət demokratiyanı dəstəkləməkdən imtina etmir.
"Ancaq biz onu bahalı hərbi əməliyyatlar və ya avtoritar rejimləri güclə yıxmaq yolu ilə təşviq etməyəcəyik. Keçmişdə bu cür taktikanı sınadıq, niyyətimizin nə qədər xoş olmasına rəğmən, bu taktika işləmədi", - dövlət katibi deyib.
Onun sözlərinə görə, Vaşinqton bunu "başqa cür" edəcək, islahat və demokratiya cəhdlərində nümunə olmaqla.
Xatırladaq ki, Münhen konfransında ABŞ prezidenti Co Bayden "Amerikanın dünya arenasına qayıtdığını" bəyan etmişdi. Onun xarici siyasətində əsas yeri isə Avropa ilə əməkdaşlıq tutacaq.
BAKI, 3 mart - Sputnik. Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb.
Sputnik Ermənistan bildirir ki, bu barədə Gorusun meri İrina Yolyan Facebook səhifəsində yazıb.
"Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) bu gün Vorotanda (Şahverdiləri nəzərdə tutur - red.) mühəndis işlərinə başlayıb. Yəqin ki, az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır", - Yolyan yazıb və fotolar əlavə edib.
Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susurlar.
"Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Süniyin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı düşmən (azərbaycanlıları nəzərdə tutur - red.), beləsini heç filmdə də görməzsən", - Gorus meri yazıb.
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir.
BAKI, 3 mart - Sputnik. Türkiyənin Otokar şirkəti Cobra sinfindən olan, mina əleyhinə müdafiə ilə təmin olunmuş təkərli zirehli Cobra II MRAP avtomobilini nümayiş etdirib.
Sputnk Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, Cobra II MRAP ekipajı ballistik, mina və əldəqayırma partlayıcı təhlükəsindən qoruyur.
Otokar’s new mine resistant ambush protected vehicle COBRA II MRAP
— Otokar (@OtokarAS) March 3, 2021
COBRA II MRAP provides superior protection against ballistic, mine and IED threats while maintaining high cross-country mobility in battlefield conditions with its independent suspension system. pic.twitter.com/swyGDNDElJ
Zirehli maşının xüsusi konstruksiyası, təmir və xidmətin asanlığı hətta döyüş şəraitində belə onu tam və sürətli yığıb-sökməyə imkan verir.
Zirehli maşında 11 sərnişin yerləşir, tələbə görə, üç və ya beş qapılı ola bilər.
Cobra zirehli maşınlarının əvvəlki versiyaları 15 ölkədə, o cümlədən Azərbaycanda, Gürcüstanda və Qazaxıstanda istifadə olunur.