Mehriban Əliyeva Yalçın Rzazadənin yaradıcılığını "əsl sənət məktəbi" adlandırdı

26
(Yenilənib 16:05 23.02.2021)
Azərbaycanın Birinci Vitse-prezidenti: Onun "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

BAKI, 23 fevral — Sputnik. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Xalq artisti Yalçın Rzazadənin ailəsinə başsağılığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, başsağılığı mətnində deyilir:

"Azərbaycan Respublikasının Xalq artisti Yalçın Rzazadənin vəfatı xəbərini kədər hissi ilə qarşıladım. Müasir musiqi sənətimizdə öz dəst-xətti ilə seçilən Yalçın Rzazadə ifaçılıq məharəti və səhnə mədəniyyəti ilə musiqisevərlərin dərin hörmət və məhəbbətini qazanmışdır. Çoxillik təcrübə və biliyini, estrada sənətinin bütün sirr və incəliklərini həvəslə gənclərə öyrədən sənətkarın yaradıcılıq yolu gənc ifaçılar nəsli üçün əsl sənət məktəbidir. Onun "Dədə Qorqud", "Gün keçdi", "Qaynana", "Baladadaşın ilk məhəbbəti" kimi filmlərdə səsləndirdiyi mahnılar xalqımızın yaddaşından heç vaxt silinməyəcəkdir.

Bu ağır anlarda dərdinizi bölüşür, əvəzsiz itki ilə əlaqədar ailənizin üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm".

26
Teqlər:
"Xalq artisti", Birinci vitse-prezident Mehriban Əliyeva, birinci xanım Mehriban Əliyeva, Mehriban Əliyeva
Prezident İlham Əliyev, arxiv şəkli

İlham Əliyev Instaqramda qadınlarla bağlı paylaşım edib

287
O, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

BAKI, 7 mart — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Instagram" səhifəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edib.

Посмотреть эту публикацию в Instagram

Публикация от @presidentaz

Sputnik Azərbaycan-ın məlumatına görə, o, üzərində "bayramınız mübarək, 8 Mart Beynəlxalq Qadınlar günü" sözləri yazılmış sadə dizaynlı açıqcanı da paylaşımına əlavə edib.

287
Teqlər:
8 Mart Beynəlxalq Qadınlar Günü, 8 mart, Prezident İlham Əliyev, İlham Əliyev
Avropa İttifaqının bayrağı (Aİ), arxiv şəkli

Türklər AB-nin Kipr məsələsində neytral qalacağına inanmır

14
(Yenilənib 19:57 06.03.2021)
Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

BAKI, 6 mart — Sputnik. Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozef Borel Cənubi Kipr və Şimali Kipr liderləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərlə bağlı açıqlama verib.

Diplomat kiprli liderlərlə görüşdən  sonra bildirib ki, gediləcək çətin uzun bir yol var, amma həll yolu tapa bilər. Diplomat qeyd edib ki, Avropa Birliyi həll prosesinin BMT himayəsi altında ən qısa vaxtda yenidən başalamasını dəstəkləyir.

“BMT-nin formalaşdırdığı hazır bir çərçivə palnı var. Bu, asan olmayacaq, ancaq bütün kiprlilərin, Avropanın və bölgənin sabitliyi üçün bunu etmək mümkündür. Avropa Birliyi Kiprli tərəflərlə yanaşı təminatçı ölkə olaraq Türkiyə, Yunanıstan və İngiltərənin də iştirak edəcəyi 5+1 qeyri-rəsmi iclasında müşahidəçi kimi qatılmaq istəyir”.

Qeyd edək ki, Şimali Kipr prezidenti Ərsin Tatar AB-nin görüşlərdə müşahidəçi qismində iştirak etməsini qəbul etmədiklərini bildirib. O, AB-nin bu görüşlərdə tərəfsiz qalacağını gözləmədiyini qeyd edib.

14
Bəşər Əsəd, arxiv şəkli

Əsəd ailəsi koronavirusa yoluxdu

0
(Yenilənib 16:29 08.03.2021)
Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib

BAKI, 8 mart - Sputnik. Suriyanın prezidenti Bəşər Əsəd və xanımı Əsma Əsəd koronavirusa yoluxublar. 

Sputnik Azərbaycan bildirir ki, bu barədə Suriya prezidentinin dəftərxanası məlumat yayıb. 

"Prezident Əsəd və xanım Əsma Əsəd PCR test veriblər, nəticə müsbət olub", - məlumatda deyilir. 

Qeyd olunur ki, Bəşər Əsəd və xanımının vəziyyəti yaxşı, stabildir.

Suriyada koronavirus pandemiya elan olunandan (11.03.2020) indiyədək 15981 nəfər COVID-19-a yoluxub, 1063 nəfər vəfat edib. 4544 nəfər müalicə alır.   

0
Teqlər:
Koronavirus, Suriya, Əsma Əsəd, Bəşər Əsəd
Mövzu:
Yeni tip koronavirus pandemiyası