Ceyhun Bayramov, arxiv şəkli

Ceyhun Bayramov İtaliyaya başsağlığı verdi

14
(Yenilənib 18:26 22.02.2021)
İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub. O və daha bir neçə nəfər həlak olub.

BAKI, 22 fevral - Sputnik. Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov İtaliya səfirinin Konqoda qətlə yetirilməsi ilə əlaqədar başsağlığı verib.

Sputnik Azərbaycan bildriir ki, Ceyhun Bayramov sosial şəbəkə hesabında yazıb: “BMT konvoyuna edilən qorxunc hücum nəticəsində İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanasionun və bir əsgərin öldürülməsi məni dərindən kədərləndirdi. Qurbanların ailələrinə və dost İtaliya xalqına dərin hüznlə başsağlığı veririk”.

Qeyd edək ki, İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub. Hadisə ölkənin Ruanda ilə sərhədyanı bölgədəki Şimali Kivu əyalətinin Qoma şəhəri yaxınlığında baş verib. Nəticədə bir neçə nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur. Hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

14
Teqlər:
qətl, səfir, İtaliya, başsağlığı, Ceyhun Bayramov, Azərbaycan XİN
Armen Sarkisyan, arxiv şəkli

Ermənistan prezidenti Paşinyana qarşı çıxdı Qarşıdurmanın yeni mərhələsi başlayır

10
(Yenilənib 19:11 26.02.2021)
Fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib.

BAKI, 26 fevral — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəhbəri Onik Qasparyanın işdən çıxarılması barədə qərarı imzalamayıb və onu geri, Baş nazir Nikol Paşinyana göndərib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Jurnalistlərin əldə etdiyi məlumata görə, bu müxalifət nümayəndələrinin Sarkisyanla görüşündən sonra məlum olub.

Qeyd edək ki, fevralın 25-i Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Baş naziri Nikol Paşinyanın istefasını tələb edib. Bu barədə Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyan, onun bütün müavinləri, bütün böyük hərbi birliklərin idarə rəhbərləri və komandirlərinin imzaladığı bəyanatda bildirilir.

Hərbçilər qeyd ediblər ki, Ermənistan Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın istefaya göndərilməsi barədə qərarın milli və dövlət maraqları nəzərə alınmadan, yalnız şəxsi ambisiyalara əsaslanaraq verildiyini hesab edirlər. "Belə çətin şəraitdə verilən qərar dövlət əleyhinə olan məsuliyyətsiz addımdır", - deyə bəyanatda bildirilir.

Buna cavab olaraq Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Baş Qərargahının bəyanatını hərbi çevrilişə cəhd adlandırıb və Onik Qasparyanın tutduğu vəzifədən azad olunması barədə qərar verib.

10
Azərbaycan Prezidenti İlham Əliyev videoformatda mətbuat konfransı

İlham Əliyevdən iranlı jurnalistə irad: "Təəssüf edirəm ki, dost ölkənin jurnalisti..."

58
"Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız" - İlham Əliyev.

BAKI, 26 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev İranın "Mehr" agentliyinin jurnalistinə irad bildirib. Sputnik Azərbaycan-ın məlumatına əsasən, dövlət başçısının keçirdiyi mətbuat konfransında iranlı jurnalistin İkinci Qarabağ Müharibəsində terrorçu qrupların regionda olması barədə fikir bildirib.

İlham Əliyevin cavabı belə olub: "Bir məsələyə aydınlıq gətirmək istəyirəm. Siz terrorçu qruplardan danışdınız, hansı məlumatlara istinad edirsiniz, hansı ölkələrdən alınmış məlumatlardan söhbət gedir?".

Jurnalist çətin vəziyyətə düşərək deyib: "Müxtəlif ölkələrin xəbər agentlikləri bu barədə yazırdılar. İcazənizlə onların adını sadalamayım".

Prezident isə qeyd edib: "Sizin sualınız ittiham formasındadır. Hər hansı məlumat haqqında danışarkən mənbə qeyd edilməlidir. Siz mənə dəqiq məlumat verə bilmirsiniz. Kimisə ittiham etmək asandır, siz onu sual formasında verə bilərsiniz, amma dediyinizin arxasında durmalısınız".

Jurnalist daha da çətin duruma düşüb və "gəlin ikinci sualıma cavaba keçək".

İlham Əliyev isə deyib: "Mən hesab edirəm ki, siz özünüz birinci sualınıza cavab verdiniz. Elə hesabatlar, məlumatlar yoxdur ki, müharibə zamanı hər hansı terrorçu qrup iştirak edib. Bunlar uydurulmuş məlumatlardır. Təəssüf edirəm ki, dost ölkənin jurnalisti belə suallar verir. Bizim Ordumuz torpaqlarımızı işğaldan azad edib".

58
Teqlər:
Mehri, İran, Prezident İlham Əliyev, İlham Əliyev
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0