Ermənistan XİN radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandırıb

74
(Yenilənib 23:12 20.02.2021)
Azərbaycan XİN: "Sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi".

BAKI, 20 fevral Sputnik. Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə AR XİN Mətbuat xidməti idarəsinin Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair şərhində bildirilir. 

XİN-in yaydığı sənəddə daha sonra deyilir: "Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edirdi.

Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.

Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi Yerevanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.

Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgə yaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil".

74
Teqlər:
Dağlıq Qarabağ Muxtar Vilayəti, Azərbaycan XİN, Azərbaycan xarici işlər nazirliyi, Ermənistan xarici işlər nazirliyi, Ermənistan XİN

"Heç filmdə görməzsən" - azərbaycanlıların mühəndis işləri erməniləri vəlvələyə saldı

31
(Yenilənib 22:03 03.03.2021)
İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Bu gün Şahverdilərdə başlanan mühəndis işləri erməniləri təşvişə salıb

BAKI, 3 mart - Sputnik. Azərbaycan Şahverdilər kəndində mühəndis işlərinin icrasına başlayıb. 

Sputnik Ermənistan bildirir ki, bu barədə Gorusun meri İrina Yolyan Facebook səhifəsində yazıb. 

"Bizim snayperlərimiz parlamentdə yerlərini alıb silahı xalqa tuşladıqları vaxt düşmən (azərbaycanlıları nəzərdə tutur - red.) bu gün Vorotanda (Şahverdiləri nəzərdə tutur - red.) mühəndis işlərinə başlayıb. Yəqin ki, az vaxtdan sonra görəcəyik ki, Vorotandan Şurnuxunun mərkəzinəcən səngər qazıblar. İşlər bütün perimetr boyu aparılır", - Yolyan yazıb və fotolar əlavə edib.

Onun sözlərinə görə, bu işlər barədə, çox güman ki, səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib, amma onlar susurlar. 

"Sakinlərin dinc həyatı təhlükə altındadır, kimsə də Süniyin iqtisadi inkişafından danışır. Nə deyəsən, ekstremal turizm üçün bütün şərait var: kəndin ortasında səngərlər və silahlı düşmən (azərbaycanlıları nəzərdə tutur - red.), beləsini heç filmdə də görməzsən", - Gorus meri yazıb.

İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycanla Ermənistan arasında sərhəd dəqiqləşdirmələri aparılır. Ermənistanın qanunsuz olaraq öz ərazisinə qatdığı ərazilərin bir qismi Azərbaycana qaytarıldığından orada yerləşdirilən əhali narazılıq edir.

31
Teqlər:
səngər, mühəndis təminatı, Şurnuxu kəndi, Azərbaycan, Ermənistan
Qarabağda Rusiya sülhməramlıları, arxiv şəkli

Sosial şəbəkədə yayılan memorandum mətni Ermənistanı qarışdırıb: hökumət cavabdan yayınır

104
(Yenilənib 20:38 03.03.2021)
Sosial şəbəkələrdə Gorus - Davud bəy və Qafan - Çakaten ("Azərbaycana xoş gəlmisiniz!" lövhəsinin quraşdırıldığı kənd - red.) yolunda təhlükəsiz hərəkətin təşkil olunması barədə memorandumun qeyri-rəsmi mətni yayılıb

BAKI, 3 mart — Sputnik. Ermənistan baş nazirinin müşaviri Tiqran Avinyan növbəti dəfə Sünik vilayətinin sərhədləri barədə Azərbaycanla imzalanmış memorandum barədə sualdan yayınıb. 

Bu barədə Sputnik Ermənistan yazır. 

Sosial şəbəkədə paylaşılan memorandumun mətni barədə suala cavab verən Avinyan deyib ki, hələ 2020-ci il dekabrın 19-da Ermənistanın Müdafiə Nazirliyi Sünik vilayətinin təhlükəsizliyinin təminatı barədə məlumat yayıb.

"Biz daim təkrarlayırıq ki, bu razılaşma hələ 2020-ci ilin dekabrında əldə edilib. Rusiya tərəfi Azərbaycanla razılaşdırıb. Mən də bu tribunadan bu barədə məlumat vermişəm, dekabrın 19-da bəyan olunan məlumatı təsdiqləmişəm. Əlavə izaha ehtiyac yoxdur", - Avinyan söyləyib. 

"Maariflənmiş Ermənistan" fraksiyasının deputatı Taron Simonyan Avinyana belə bir sənədin imzalanması barədə, ona kimin qol çəkməsi və bu sənədin təzyiq altında imzalanıb-imzalanmaması barədə yenidən sual verib. Simonyan vurğulayıb ki, bu cür sənəd yalnız parlamentin ratifikasiyasından keçəndən sonra həyata keçirilə bilərdi, bu isə olmayıb. 

"Əgər hökumət hər şeyi müstəqil surətdə təşkil edib, özü də bu sənədə riayət edirsə, deməli, ölkədə hökumət qəsb edilib", - Simonyan deyib.

Avinyan isə suallara cavab verməyərək bircə onu bildirib ki, "bu sualla bağlı heç bir hüquqi problem yoxdur və olmayacaq".

Sosial şəbəkələrdə Gorus - Davud bəy və Qafan - Çakaten ("Azərbaycana xoş gəlmisiniz!" lövhəsinin quraşdırıldığı kənd - red.) yolunda təhlükəsiz hərəkətin təşkil olunması barədə memorandumun qeyri-rəsmi mətni yayılıb. 

Ermənistanın Müdafiə Nazirliyi hələ ötən ilin dekabrında aşağıdakı məzmunda məlumat yaydığına diqqət çəkib: "Əldə edilən razılaşmalara uyğun olaraq, fasiləsiz hərəkətin təminatı məqsədilə Gorus-Davud bəy yolunda Rusiya sərhəd qoşunlarının əsgərləri yerləşdirilir. Gorus-Qafan yolunun problemli ərazilərdən keçən, uzunluğu 21 km olan hissəsinin təhlükəsizliyini rus sərhədçiləri təmin edəcəklər. Təmas xətti boyunca qarşı-qarşıya Ermənistan və Azərbaycan orduları yerləşəcəklər. Yolun göstərilən hissəsinin təhlükəsizliyini təmin etmək üçün əlavə kompleks tədbirlər nəzərdə tutulur".

Sosial şəbəkədə yayılan memorandumun mətnində isə qeyd olunur ki: "2020-ci il dekabrın 18-də erməni tərəfi silahlı birləşmələrini Azərbaycan Respublikasının Zəngilan və Qubadlı rayonlarından çıxarır".

 

104
Nazirlər Kabineti

Nazirlər Kabineti 8 Marta görə qərarında dəyişiklik etdi

15
Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

BAKI, 3 mart - Sputnik. Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 Mart Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür.

15
Teqlər:
ictimai nəqliyyat, 8 Mart Beynəlxalq Qadınlar Günü, karantin, qərar, Nazirlər Kabineti