Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: "Qarabağ müharibəsi türk dünyasının önəmini göstərdi"

21
(Yenilənib 15:51 19.02.2021)
"Eyni dili danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir üç yüz milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük".

BAKI, 19 fevral — Sputnik. "Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya zamanı yaşadıqlarımız, müdafiədən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dünyası Meteoroloji Forumuna göndərdiyi təbrik məktubunda bildirib.

Türk dünyası olaraq geridə qoyduğumuz müddətdə koronavirus pandemiyası səbəbi ilə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanı itirmə acısını yaşadıq. Amma yenə də eyni dönəmdə 30 illik işğalın ardından Dağlıq Qarabağın yenidən ana vətənlə qucaqlaşmasının sevincini ürəklərimizdə hiss etdik", - deyə Ərdoğan vurğulayıb.

Azərbaycanlıları 44 günlük müharibədə qəhrəmanlıq mübarizələri ilə böyük bir zəfərə imza atmaları münasibətilə təbrik edən Ərdoğan bunları deyib: "Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya zamanı yaşadıqlarımız müdafiədən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin önəmini göstərib. Eyni dili danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir üç yüz milyonluq çox böyük bir ailə olduğumuzu bu vəsilə ilə təkrar gördük. Ailə fərdləri olaraq qarşıdakı dönəmdə əsl məsuliyyətimiz bu bağları gücləndirmək, aramızdakı iş birliyini daha da irəlilətmək olmalıdır".

21

Azərbaycan Prezidenti: "Ermənistanla bu səhifəni bağlamalıyıq"

27
Dövlət başçısı: "Müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də münasibətlər normallaşır".

BAKI, 5 mart — Sputnik. Xarici siyasətlə bağlı kursumuz dəyişməz olaraq qalır. Müharibə dövrü və müharibədən sonrakı dövr bir daha göstərdi ki, bu, çox düzgün kurs idi. Müharibə dövründə bəzi ölkələr bizə qarşı müəyyən iradlar irəli sürdülər. Amma mənim cavabım nə oldu? Azərbaycan xalqı bunu bildi. Artıq bu iradlar da yoxdur.

Bunu Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında ölkəmizin xarici siyasət kursunun uğurlarından danışarkən deyib.

Dövlət başçısı bildirib ki, artıq əsassız ittihamlar da aradan qaldırılıb. Hətta müharibə dövründə ədalətsiz mövqe sərgiləyən ölkələrlə də indi münasibətlər normallaşır.

“Onlar tərəfindən belə bir təklif irəli sürüldü, biz də bunu qəbul etdik. Biz indi anlayırıq ki, bəzi daxili səbəblər ola bilər. İndi bəzi yalan məlumatlar ola bilər. Hər halda, biz maraqlı deyilik ki, bu məsələni uzadaq. Mən demişəm, hətta Ermənistanla biz bu səhifəni bağlamalıyıq, vəssalam, qurtardı getdi. Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq. Heç vaxt şəhidlərimizin qəhrəmanlığını unutmayacağıq. Amma biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq. Düşməndən qisasımızı döyüş meydanında aldıq. Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə olunmuş qələbə bizi tam qane edir. Biz bundan sonra belə yaşamalıyıq. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qisasımızı aldıq, düşməni cəzalandırdıq. Bütün dünyanın gözü qarşısında onlar bizim qabağımızda diz çöküblər, təslim olublar, ağ bayraq qaldırıblar və bundan sonra məğlub edilmiş ölkə damğası ilə əbədi yaşayacaqlar. Biz isə bundan sonra qürurlu xalq kimi və mübariz dövlət kimi yaşayacağıq”, - Prezident vurğulayıb.

27
Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri

İkili standartlarla əl-ələ saxtakarlıq: Ermənilər bircə məscidimizi saxlayıblar - FOTO

417
(Yenilənib 18:25 05.03.2021)
Ən çox zərər görən İslam dini abidələridir. 291 məsciddən cəmi bir neçəsi qalıb. Onların da tarixi saxtalaşdırılıb.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 5 mart — Sputnik. Hazırkı Ermənistan ərazisində səkkiz mindən artıq mədəniyyət abidəsi var. Bunlara mədəni, dini abidələr və karvansaralar daxildir. “İşğal Olunmuş Ərazilərdəki Tarix-Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Faiq İsmayılov Sputnik Azərbaycan-a bildirib ki, bu abidələrin, demək olar ki, hamısı vandalizmə məruz qalıb.

“Oradakı tarixi-mədəniyyət abidələrimizdir, qəbristanlıqlarımızdır, türbələrimizdir, monumental heykəltaraşlıq nümunələrimizdir ki, bunların hamısı yox dərəcəsindədir. Eyni zamanda arxeoloji qazıntılar nəticəsində Azərbaycan mədəni irsinə sahib çıxıblar. Xristianlıq dövrü abidələri və xristianlığa qədər olan abidələrimiz də ermənilər tərəfindən vandalizmə uğradılıb”.

© Photo : Courtesy of Faig Ismayilov
Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri

Ermənistan ərazisindəki İslam dininə aid abidələr daha çox zərər görüb. Orada yaşayan azərbaycanlıların izlərini itirmək üçün uzun illər planlı şəkildə işlər aparılıb. Bir neçə məscid də "bərpa edilərək" tarixi saxtalaşdırılıb. Qalanlarından ya tövlə kimi istifadə ediblər, ya da dağıdaraq yararsız hala salıblar.

291 məsciddən yalnız biri – “Göy Məscid” İrəvan şəhərində ermənilər tərəfindən bərpa olunub. Eyni zamanda Zəngəzur ərazilərində qalan bir neçə məscidin mövcudluğu görünür. Qalan abidələr, məscidlər, türbələr ümumiyyətlə yox olub”, – F. İsmayılov qeyd edib.

© Photo : Courtesy of Faig Ismayilov
Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri

F.İsmayılov deyir ki, ermənilər ötən əsrin 20-ci illərindən sonra həmin ərazilərdə məskunlaşdırılıblar. Həmin dövrə qədər olan xristianlıq abidələri Qafqaz Albaniyası abidələri hesab olunur. Yəni, onların ermənilərə heç bir aiddiyyəti yoxdur. Lakin onların da tarixi saxtalaşdırılıb və bir çox məscid və karvansaralarımız kimi erməni monastrı və kilsələrinə çevrilib.

“Kilsə və ya monastırlar dini ibadət üçün düşünülmüş bir yerdir. Burada ancaq din təbliğ olunur. Bu da inzibati yaşayış mərkəzlərində ola bilən abidələrdir. Hansısa dağ başında, səhralıqda və ya meşəlikdə kilsə və monastırların olması mümkünsüzdür”, – deyə F. İsmayılov vurğulayıb.
  • Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    © Photo : Courtesy of Faig Ismayilov
  • Qarabağda tarixi abidə
    © Photo : Courtesy of Faig Ismayilov
  • Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    © Photo : Courtesy of Faig Ismayilov
  • Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    © Photo : Courtesy of Faig Ismayilov
  • Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri
    © Photo : Courtesy of Faig Ismayilov
1 / 5
© Photo : Courtesy of Faig Ismayilov
Hazırkı Ermənistan ərazisində tarixi abidələrimizdən biri

Faiq İsmayılov bildirib ki, hələlik dəymiş zərərin qiymətləndirilməsi aparılmayıb. Çünki bunun üçün həmin ərazidə monitorinqlər aparılmalı və dəyən zərər müəyyənləşdirilməlidir. Bununla bağlı beynəlxalq təşkilatlara müraciət də olunub. Lakin ikili standartlar səbəbindən heç bir tədbir görülməyib. Buna baxmayaraq yenə həmin istiqamətdə işlər davam etdirilir.

417
Ziyarətçilər Benksinin əsərlərinə baxırlar, arxiv şəkli

Benksinin əsərini yandırmaq üçün 95 min dollar ödədilər - VİDEO

0
(Yenilənib 00:33 06.03.2021)
"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub.

BAKI, 6 mart — Sputnik. "Injective Protocol" blokçeyn şirkəti küçə rəssamı Benksinin "Morons" rəsmini yandırmaq və rəqəmsal aktivə çevirmək üçün Nyu-York qalereyasına 95 min ABŞ dolları ödəyərək şəkli satın alıb.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, rəssamın özünün yaratdığı "Pest Control" agentliyi əsərin həqiqiliyini təsdiqləyib. Canlı yayımlanan yandırılma prosesindən sonra rəsm əsəri dəyişdirilə bilinməyən tokenə (NFT) çevrilib. Qeyd olunur ki, bu, əsl sənət əsərinin virtual aktivə çevrildiyi ilk haldır.

"Morons" rəsmində real tarixi an - rəssam Vinsent Van Qoqun "Günəbaxanlar" tablosunun hərracda 50 milyon ABŞ dollarına satıldığı vəziyyət təsvir olunub. Bu, çoxlu lot ilə hərracların tətbiqinin başlanğıcı olub.

Daha əvvəl Benksinin qrafitisi olan divarın bir parçasının "altırəqəmli məbləğə" satıldığı bildirilmişdi.

0