XİN-in binası, arxiv şəkli

XİN rəhbərliyi diplomatik korpusla video-konfrans keçirib

10
(Yenilənib 23:28 12.02.2021)
Ceyhun Bayramov Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, dövlətimizin milli maraqları əsaslanan çox vektorlu xarici siyasət fəaliyyəti, prioritet istiqamətlər və yeni çağırışlar, ikitərəfli və çoxtərəfli müstəvilərdə əlaqələrin inkişafından danışıb.

BAKI, 12 fevral - Sputnik. Xarici İşlər Nazirliyi (XİN) rəhbərliyinin Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında fəaliyyət göstərən diplomatik nümayəndəlikləri ilə video-konfrans formatında görüşü keçirilib.

XİN-in Mətbuat xidmətindan Sputnik Azərbaycan-a verilən məlumata görə, görüşdə həmçinin xarici işlər nazirinin müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər və nazirliyin struktur bölmə rəhbərləri iştirak ediblər.

Görüşü giriş sözü ilə açan nazir Ceyhun Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən, dövlətimizin milli maraqları əsaslanan çox vektorlu xarici siyasət fəaliyyəti, o cümlədən prioritet istiqamətlər və yeni çağırışlar, ikitərəfli və çoxtərəfli müstəvilərdə əlaqələrin inkişafından danışıb.

Ötən il dünyanın üzləşdiyi yeni çağırışlara rəğmən ölkəmizin həyata keçirdiyi fəal xarici siyasət, qonşu dövlətlər prioritet təşkil etməklə, bütün dövlətlər ilə əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, dünya miqyasında irəli sürülən təşəbbüslər, beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirakımız və digər məsələlər üzrə konfrans iştirakçılarına ətraflı məlumat verilib.

Xüsusi diqqət ötən ilin 27 sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycanın cavab əməliyyatları və 6 həftə davam edən Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin bölgədə yaratdığı yeni reallıqlara və geosiyasi vəziyyətə ayrılıb. 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrasının bölgədə sülh, təhlükəsizlik və tərəqqiyə xidmət etdiyi vurğulanıb. Azərbaycan, eləcə də bölgədəki vəziyyətlə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə ardıcıl və səmərəli şəkildə çatdırılması sahəsində diplomatik nümayəndəliklərimizin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.

Video-konfrans zamanı diplomatik nümayəndəliklərimizin rəhbərləri ilə il ərzində keçiriləcək əsas tədbirlər, bir sıra inzibati və təşkilati xarakterli məsələlər, həmçinin kadr məsələləri üzrə ətraflı fikir mübadiləsi aparılıb. Mövcud yeni reallıqlar şəraitində xarici siyasət kursunun səmərəli şəkildə həyata keçirilməsi ilə bağlı diplomatik nümayəndəliklərimizin təklifləri dinlənilib.

Tədbir iştirakçıları tərəfindən məlumatlandırma və əlaqələndirmənin təmin olunması baxımından onlayn görüşlərin əhəmiyyəti qeyd olunub və bu kimi məsləhətləşmələrin gələcəkdə davam etdirilməsi üzrə razılıq ifadə olunub.

10
Fəzail Ağamalı, millət vəkili

Partiya sədrləri YAP-ın qurultayı barədə: taktiki strateji qərarlar qəbul edilə bilər

6
(Yenilənib 20:15 04.03.2021)
Fəzail Ağamalı: "Milli dövlətçilik maraqlarını hər şeydən üstün tutan partiyalarla YAP-ın əməkdaşlığı hər zaman yüksək səviyyədə olub".

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Martın 5-də hakim Yeni Azərbaycan Partiyasının qurultayının keçirələcəyi ilə bağlı xəbərlər yayılıb. Yayılan informasiyalarda o da qeyd olunub ki, bu dəfəki qurultayda partiyanın bir neçə nüfuzlu siması, keçmiş vəzifəli şəxslər partiya sıralarından uzaqlaşdırılacaq.

Cəmiyyətdə hakim partiyanın qurultayına olan maraq diqqəti digər parlament partiyalarına yönəldir. Bəs görəsən bu partiyaların YAP-ın hazırki fəaliyyətinə münasibətləri necədir? Onlar bu qurultaydan sonra YAP-ın fəaliyyətində hansı dəyişiklikləri görmək istəyirlər? Sputnik Azərbaycan mövzu ilə bağlı bir neçə parlament partiyasının rəsmi şəxsləri ilə danışıb.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı deyir ki, YAP ölkədə ən çox üzvü olan və eyni zamanda hakim partiya olduğu üçün burada gedən proseslər cəmiyyətdə həssaslıqla izlənilir.

Partiya sədri bildirib ki, YAP-ın bu dəfəki qurultayında zamanın tələblərinə uyğun olaraq yeniliklərin tətbiq ediləcəyini istisna etmir: "Gözlənilən dəyişikliklər Azərbaycanda gedən ictimai-siyasi proseslərə müsbət mənada təsir göstərəcək. Bu dəyişikliklərin iqtidar partiyasına və ümumilikdə idarəçilik sisteminə töhfə verəcəyini düşünürəm. YAP hakim partiya olaraq hər zaman cəmiyyətə açıq olub. YAP müxalifətdə olan partiyalarla siyasi dialoqa və əməkdaşlığa üstünlük verib. Milli dövlətçilik maraqlarını hər şeydən üstün tutan partiyalarla YAP-ın əməkdaşlığı hər zaman yüksək səviyyədə olub. Bu səpkidə hakim partiyanın təşəbbüsü ilə mühim işlər görülüb. Əminəm ki, bu ənənə və tendensiya bundan sonra da davam edəcəkdir".

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə bildirib ki, YAP onlar üçün rəqib partiyadır və qurultayın hansı məqsədlə keçirilməsi haqqında məlumata malik deyil. O qeyd edib ki, qurultay başa çatandan sonra onun nəticələrindən danışmaq doğru olar:

"Hesab edirəm ki, hakim partiya yeni dövrün tələblərinə uyğun taktiki və strateji qərarlarını qəbul edəcək. YAP-ın keyfiyyətcə müəyyən gücdə olması Azərbaycan cəmiyyətində siyasi islahatların aparılmasına ciddi təsir göstərə bilər. Hakim partiya öz daxilində gedən prosesləri daha yaxşı bilir. Yeniləşmələr müsbət istiqamətdə cərəyan edərsə, bu, ümumi vəziyyətə də təsir göstərəcək. Amma qeyd etmək istərdim ki, hər yeniləşmə müsbət effekt vermir. Yeni çağın tələblərinə uyğun dünyagörüşü yetkin olan insanların partiyada aparıcı mövqeləri tutması ölkə siyasətinə də təsir göstərəcək".

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

6
Yeni Azərbaycan Partiyasının inzibati binası

Hakim partiya dəyişiklik ərəfəsində - YAP-ın qurultayından hansı gözləntilər var?

44
(Yenilənib 16:30 04.03.2021)
Ekspert: “YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də kadr heyətində çox ciddi islahatlara ehtiyac duyulur”

Elvin Səlimov, Sputnik Azərbaycan

BAKI, 4 mart — Sputnik. Martın 5-də Yeni Azərbaycan Partiyasının növbədənkənar qurultayının keçiriləcəyi ilə bağlı xəbər yayılıb. Xəbərdə qeyd olunub ki, qurultayda partiyanın tərkibinin yenilənməsi, eyni zamanda bir çox məşhur simaların partiyanın rəhbər orqanlarından uzaqlaşdırılması istisna edilmir.

Sputnik Azərbaycan YAP-ın üzvü, həmçinin partiyanın Milli Məclisdəki deputatı Ramil Həsənin qurultayla bağlı fikirlərini öyrənib.

Millət vəkili deyib ki, Yeni Azərbaycan Partiyasının qurultayının keçiriləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.

O bildirib ki, partiyanın Milli Məclisdə təmsil olunan 70-ə yaxın deputından biri, həm də sıravi üzvü kimi daxili nizamanaməyə uyğun olaraq partiya rəhbərliyi tərəfindən verilən əmri yerinə yetirməyə borcludur:

“Qurultayın hansı zərurətdən keçirilməsi haqqında fikir bildirmək üçün bu barədə rəsmi açıqlama olmalıdır. Partiyanın qurultayı nə vaxtsa keçirilməlidir. Bu ola bilsin ki, mətbuatda göstərilən tarixdə, ya da başqa bir vaxtda baş tutsun. Qurultayın keçirilməsinə zərurət və vaciblik baxımından onu qeyd edə bilərəm ki, Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi və vitse-prezident Mehriban Əliyevanın xoşməramı ilə iştirak etdiyi islahatlar siyasəti uğurla davam edir. Xüsusilə də 44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu proseslər qaldığı yerdən sürətlə davam etməkdədir. Ona görə də, YAP-da da dövlətimizin və ölkənin siyasətinin müxtəlif sferalarında həmahənglik təşkil edə biləcək addımların atılması normal qəbul edilməlidir. Bu dünyanın bütün ölkələrində belədir. İnsanlar təqaüdə çıxır, yeni nəsil gəlir. Yəni bunlar zamanın axarına uyğun olaraq cərəyan edir demək doğru olar. Partiyanın sədri cənab prezident İlham Əliyevdir və onun verdiyi qərarlar, əmrlər partiyanın strukturları tərəfindən yerinə yetiriləcək”.

Millət vəkili deyir ki, hər yerdə yeniləşmə, yerdəyişmə yaşa dolduqca insanların təqaüdə çıxması kimi proseslər baş verir və bu siyasi mühitdə də belədir: “Bu hər kəs tərəfindən normal qarşılanmalıdır və elə də qarşılanır. Ölkəmizin inkişafına uyğun olaraq bu addımların atılması öz töhfələrini verəcəkdir”.

Siyasi ekpsert Aydın Quliyev də deyir ki, YAP-ın qurultayının keçirilməsi ölkənin siyasi həyatında təsirli bir siyasi hadisə olacaq:

“Cəmiyyət və siyasi təşkilatların bu qurultaydan gözləntiləri var. YAP-ın həm siyasi ideoloji fəaliyyətində, həm də struktural fəaliyyətində və elitar kadr heyətində çox ciddi islahatlara ehtiyyac duyulur. Uzun zamandır ki, bu islahatlardan danışılır, ancaq YAP-ın daxilində bu islahatlar məsələsini yaxına buraxmayanlar partiyanın daxili inkişaf yollarında maneələrə çevriliblər. İlk növbədə rəhbər kadr heyətində dəyişikliklərə ehtiyac var. Bu dəyişikliklər partiyanın rayon təşkilat strukturlarından başlayaraq, rəhbər orqanlarına qədər aparılması labüddür. Ona görə ki, ölkənin sosial-iqtisadi xidmət sferasında böyük islahatlar və dəyişikliklər baş verib.  Açıq-aşkar görünür ki, YAP-ın təşkilati-siyasi fəaliyyəti ölkədə baş verən dəyişikliklərin tempindən geridə qalır. Ona görə də ölkənin ümumi islahat tempi ilə YAP-ın ayaqlaşması və bərabərləşməsinə ehtiyac var. Bu ehtiyacları da YAP-ın daxili islahatları ilə aradan qaldırmaq olar”.

Xatırladaq ki, YAP-ın sonuncu qurultayı 2018- ci ilin fevralın 8-də keçirilib.

44
Teqlər:
Yeni Azərbaycan Partiyasının VI Qurultayı, Yeni Azərbaycan Partiyası
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

0
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

0